Norveç və İsveçin Rusiya ilə münasibətləri. Qorxaq İsveç və onun siyasəti.

Norveç və İsveçin Rusiya ilə münasibətləri.  Qorxaq İsveç və onun siyasəti.
Tarix: 10-01-2017, 13:30 Toplam: nəfər paylaşdı. Baxılıb: 5380


Norveç – Rusiya münasibətləri
Norveçin XİN-i Börge Brende Norveç-Rusiya arasında olan münasibətlərin pozitiv olduğunu və əməkdaşlığın əvvəlkindən daha yaxşı olduğunu söyləmişdir. Norveç-Rusiya əlaqələri ikili-qarşırıqlı əməkdaşlığa yönəlmişdir. İki ölkə arasında diplomatik münasibətlər 1905-ci il 30 sentyabrda qurulmuşdur. Rusiyanın Osloda səfirliyi, Barentsburg və Kirkenesdə konsulluqları var. Norveçin də Moskvada səfirliyi, Murmansk və Sankt-Peterburqda isə konsulluqları var. Norveç NATO çərçivəsində ordusunun balanslı inkişafına nail ola bilmişdir. İttifaq cəmiyyətin ənənəvi dəstəyindən zövq alır və Norveçlilərin əksəriyyəti Rusiya ilə yaşana biləcək konfliktdə ABŞ-dan dəstək alacağına ümid edir, çünki Norveç 5 mln əhali ilə özünü qoruya bilməyə qadir deyil. Amma onsuzda ümumi sərhəd Finnmarkda Şimal Qütb dairəsinə çox uzaqda olduğuna görə bir düşmənin hücumu üçün uzun və çox çətindir. Norveçlilər Ukrayna ilə olan hadisələrə baxdıqdan sonra sərhəddə müdafiə, eləcə də ləvazimatları gücləndirməyi qərara aldılar. Rusiya səfiri –Norveçdəki Andrey Kulikov bu plana belə cavab verdi: “Şimaldakı rus hərbi fəaliyyəti digər ölkələrə qarşı yönəlməyib, sadəcə regiondakı uzun müddətli milli maraqlarımızdan ibarətdir. Bu qonşularımıza olan xüsusi bir plan deyil, sadəcə SSRİ-dən sonra demək olar təmamilə tərk edilmiş Arktikadakı rus varlığının yenidən başlanmasının təbii bir parşasıdır. Biz min ildən çoxdur ki Norveçlə sülh şəraitində yaşayırıq və onu dəyişməyə niyyətimiz yoxdur. Rusiya Norveçə hücum etməyəcək və bu həmçinin Norveç ordusu nümayəndələri tərəfindən gözlənilir.” Ruslar Norveçdən bir şeyə görə ehtiyat edir. Onlar Stoltenberqin İsveçi NATO-ya üzv olmağına razı sala bilər. Ruslar buna hərbi güclə cavab verəcək. Həmçinin enerji ehtiyatlarının çoxalması və Rusiya təbii qazına olan asılılığını azaltma cəhdləri Norveçdəki ən böyül neft və təbii qaz şirkəti Olan “Statoil”-in əlinə keçdi. Şirkət nəinki Avropada, hətta Avropada Ukraynada da qaz ehtiyatlarını artırdı. Norveçin Qərbi Avropaya 9 mlrd m3 qaz tədarük etməsi üçün Rusiyadan daha yaxşı performans göstərməsi təsadüfi deyil.
Rusiyanın hazırki siyasəti Avropanın ən aktuaı sualları sırasındadır. Norveç bunu Rusiyanın NATO-ya olan münasibətindən və Aİ-yə olan bağlılığından düşünür, çünki Rusiya Norveçin həm su, həm də quru sərhəddindən qonşudur. Son 15 il ərzində Norveçin Rusiya ilə əlaqəsi yaxşı olmuşdur. Əməkdaşlıq Barens dənizindəki balıqçılıq və Arktika potensial enerjisinin idarəsi üzrə uğurla təşkil olunmuşdur. Böyük təlimlər keçirilmişdir, rəsmi və qeyri-rəsmi rabitə kanalları hərbi gərginliyi azaltmış, hadisə və anlaşılmazlığa qarşı təhlükəsizliyi artırmışdır. Norveç-Rusiya ikitərəfli əməkdaşlığın pik nöqtəsi Stoltenberq və Medvedev tərəfindən imzalanan 2010-cu il dəniz sərhədləri haqda olan razılaşma idi. Bu razılıq əslində illərdir həm Rusiya həm də Norveçin iddia etdiyi Barens dənizindəki ərazisi haqda idi və razılaşma ilə ikiyə bölündü. Ümumiyyətlə Norveçin əsas maraqlarının dəyişməz olduğunu demək ədalətli olar. Norveç sülhməramlı əməkdaşlığı davam etdirmək istəyir və sərhədyanı ərazilərlə bağlı yaxşı idarəetmə təşəbbüsləri vermək arzusundadır. Çox norveçlilər Rusiyaya müasir və demokratik ölkə kimi baxmışdır, amma bu dəyişir və Norveçlilər rusları avtoritar millət kimi görməyə başlayır. Gallup İnstitutu Norveçlilərin siaysi və media sahəsində Rusiyaya qarşı yumşaq siyasət yeritməsinə baxmayaraq, Norveçlilərin Putin üçün ən güvənsiz olanları arasında olduğunu ortaya qoydu. Əvvəllər bu dövlətlər enerji, nəqliyyat, balıqçılıq, yerli inkişaf, tədqiqat və ətraf mühit sahəsində əməkdaşlıq etməsinə baxmayaraq, indi aşağı neft qiymətləri, sanksiyalar və dəyişən təhlükəsizlik vəziyyəti, enerji əməkdaşlığı üçün layihələr azaldılmışdır. Təhlükəsizlik və müdafiə siyasəti daha vacib rol oynamağa başlamışdır.


İsveç – Rusiya münasibətləri
Rusiyanın maraqları İsveçlə Baltik dənizində, Norveçlə isə Arktikada kəsişir. Rusiyanın İsveçə qarşı ilk təxribatı 1981-ci ildə qeydə alındı. Belə ki, naməlum sualtı obyekt İsveçin ərazi sularına daxil oldu. Bu Soyuq müharibə dövründə nüvə silahları ilə dolu Sovet gəmisinin İsveç sularında çətin vəziyyətdə qaldığı vəziyyəti xatırlatdı. İsveç ordusunu gücləndirməyə başladı. Hansı ki, artıq neçə illərdir ki, NATO üçün dəstək artmamışdır, əksinə azalmamışdır. Bu vəziyyətin iki həlli ola bilər. Birincisi, İsveç təxminən 2 əsrlik neytrallığını xatırlatdı və qeyd etdi ki, neytral ölkə kimi ənənələrini pozan, eləcə də digər ölkələrlə müdafiə siyasətində asılığının yaradılmasında maraqlı deyil. İkincisi, İsveçdə hakim partiya olan Sosial Demokratlar partiyası NATO-ya qarşı mənfi münasibəti ənənəvi hesab edir. Lakin bununla birlikdə İsveçin Rusiya qəzəbindən qorxmaq üçün başqa bir səbəbi var (Qotland adası). Bu İsveç adası Baltik üzərində olan nəzarətin açarıdır. Bu “ batırılaya bilməyən təyyarə gəmisi”(unsinkable aircraft carrier) adlanır.
İsveç ilk dəfə görünməz gəmi hadisəsindən sonra 10 il üçündə daimi bir qarnizon yaratdı və sərhəd boyunca yerləşdirdi. Qotlandın ən böyük şəhəri Visbydə olan Radio Liberty adlanan liman North Stream layihəsi çərçivəsində ruslar tərəfindən yenidən quruldu. Bu layihə adadan çox da uzaqdan keçməyən Rusiya və Almaniya arasında olan əsas qaz kəməri barəsində idi. Bu yalnız Rusiyanın iqtisadi maraqlarını adada olmasını göstərmir, həmçinin suda və quruda enib qalxa bilən təyyarələrin enişini mümkün edir. Çünki ada genişləndirilmişdir və indi böyük gəmilərin lövbər salmasına imkan verir.
Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev bu yaxınlarda dedi: “ Əgər İsveç NATO-ya qoşulsa, bunun nəticəsi olaraq Rusiya hərbi güclə cavab verəcək. NATO-ya üzv olmaq istəyən hər bir dövlət bu riskə məruz qalmaqdan xəbərdar olsa yaxşıdır.”
İsveç və Finlandiya öz NATO üzvü olan qonşuları ilə sıx əməkdaşlıq edir. Finlandiya hələ də özünə güvənir, ittifaqın tərəflərinə qulaq asmağa başlayıb. Amma İsveç görünür hələ də Rusiyadan ehtiyat edir və qorxmağa səbəbləri var. Norveç isə üç ölkə arasında ən çox qorunandır və avropalıların Rusiyaya olan asılılıqlarının azaltma arzusundan yararlanır.



скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10