Hamamda çılpaq çimmək olmaz.Şeyx belə buyurur

Hamamda çılpaq çimmək olmaz.Şeyx belə buyurur
Tarix: 11-01-2017, 22:00 Toplam: nəfər paylaşdı.


"Hamamda olarkən ayaqyoluna getmək haramdır.Bu, ən böyük murdarçılıqdan, iyrəncliklərdən biridir.

Mömin müsəlman əvvəlcə ayaqyoluna, sonra hamama getməlidir.Üstəlik,hamamda çılpaq olmaq da günahdır. Hamam çirklənmə yox, təmizlənmə yeridir.Buna görə də hamamda böyük və ya kiçik abdəst olmaz. Əks təqdirdə şeytanlar vəsvəsə verər".

Özünü "şeyx" kimi təqdim edən Kərəm Önder belə deyir.

Milli.Az bildirir ki, Kerem Önder Türkiyədəki "İhramcızâde İlim Yayma Derneği"nin illahiyyatçılarından biri, nəqşbəndiyyə təriqətinin mənsubudur.

Onun fikrincə, müsəlman kişi və ya qadın hamamda olarkən əsla çılpaq çimməməlidir.

Sən demə, "müsəlman hamamda olanda orada cinlər və şeytanlar tərəfindən izlənilir".

"Cinlərlə şeytanlar daim pusqudadır.Müsəlman hamama girən kimi o pusqudakı cinlərlə şeytanlar müsəlmana baxmağa başlayırlar.

Müsəlman kişi, yaxud qadın hamamda olanda, çiməndə mütləq, amma mütləq diz qapaqları ilə göbəyi arasındakı yerləri örtməli,qapatmalıdır. Çılpaq, lüt çimənləri cinlər görür və bu adamlar cinlərin felinə uyurlar.

Hədisdə də deyilib: "Kim gecə çılpaq yuyunarsa, sonra özündə dəlilik əlaməti görərsə - özündən savayı kimsəni qınamasın!"

Əfsuslar olsun ki, müsəlmanların bir qismi hamamda çılpaq olur.Müsəlman çılpaq olmamalıdır! Çılpaq müsəlman şeytanlarla cinlər üçün təsəllütdür!

Ədəb nədir? Göbək dəliyi və diz qapaqları arasındakı yer.ahəmin yer ən azı dəsmalla bağlanmalıdır.

Bunu edə bilmirsənsə, bir şort geyin, əsla çılpaq yuyunma.Sonra da gəlirlər ki, dua yaz, bədənimə cin girdi, şeytan təsəllüt etdi!

Soruşursan, bunu edibsən - deyir, "hə".Deyirsən, onu edibsən, deyir, "hə!"

Qardaşım, sən özün cinlərlə şeytanları çağırıbsan, dəvət edibsən, "Yanıma gəlin, birlikdə olaq!" söyləyibsən ki...

Cinlərlə bərabər olma, onlar başına dərd olar, problem yaradar", - Kərəm Önder söyləyib.
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10