• 19:30 – Elza yenə od püskürdü:"Bəzi müğənnilər efirə həsrət qalanda,qapımda kanallar dayanırdı ki,gəlmişik Ceylanı çəkək" 
  • 16:35 – Könül Xasıyeva həbs etdirdiyi müğənnini bağışlayıb 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 

Elşən Əzim Gülnar Səmaya aldandı

Elşən Əzim Gülnar Səmaya aldandı Elşən Əzim Gülnar Səmaya aldandı Qayıtsın
ELŞƏN ƏZİM

Gəl sənə ötəri aldanım bir az,
Təki şairliyim geri qayıtsın.
O sevən ürəyin, o yazan əlin,
Biri gəlməsə də, biri qayıtsın.

Nəğməli duyğular lal olub, susub,
Həsrətin yolları gözümdən asıb.
Qələmim səfildir, ilhamım kasıb,
Qayıt ki, ömrümün zəri qayıtsın.

Bir gün səni məndən alan da olsa,
Dözərəm qırğın da, talan da olsa.
Elşənə sevgi ver, yalan da olsa
o gedən gəncliyim bəri qayıtsın.


Mənə aldanmayın
GÜLNAR SƏMA

Mənə aldanmayın, aşiq olanlar
Üzümdə şeytanın tükü gizlənib.
Demirəm iblisə uymuşam artıq
Mənim varlığımın pakı gizlənib.

Mənə aldanmaq da aldanmamaqdı
Deyəsən, bu sözüm dərinə düşdü.
Neyləyim sözümü yerə saldınız
Nədənsə, o da lap yerinə düşdü.

Gəlin, aldatmayaq bir-birimizi,
Şeytan da, mələk də insan deyil ki.
Həqiqət o qədər urvatdan düşüb
Mənə inanmaq da asan deyil ki...
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV