Bağman Baba:"Qurban olum qara sazın siminə"



Ay zalım fələk

Bir dağı yerindən qopardı məzar,
Basıb sinəsinə apardı məzar.
Tökdüyüm yaşları apardı məzar,
Tutmadım əlimdən,ay zalım fələk.

Yıxan da,quran da sənsən,dərd,qada,
Gör neçə canları atmısan oda.
Baş əyib namərdə mərdim dünyada
Tək sənin əlindən,ay zalım fələk.

Leyliyə,Məcnuna nə sirr eylədin?!
Qəribi çöllərdə yesir elədin,
Qurbani könlünü əsir eylədin,
Xəbərsiz elindən,ay zalım fələk.

Gör neçə lalları gətirdin dilə,
Ömrünün sonunda bir buta ilə.
Yandırdın Kərəmi öz eşqi ilə,
Doymadın külündən,ay zalım fələk.

Aşiqi məşuqa dərman elədin,
Saraltdın həsrətdə şan - şan elədin.
Məftunu leylaya düşman elədin,
Ayırdın gülündən,ay zalım fələk.

İndi hər ahına dözməyir sinəm,
Əlləri qoynunda, gözlərində nəm.
Yandırıb Bağmanı, qoymusan nakam,
Bir ata könlündən,ay zalım fələk.

*****

Axır qəmin,başın sağ olsun,Tovuz

Sığışmaz dərdlərin şerə,dastana,
Nə dönmüsən tağı solmuş bostana.
Karvanlar düzülüb məzarıstana,
Axır qəmin,başın sağ olsun,Tovuz.

Azaflını unutmayan el oldu,
Xanlar əmi pərdələrdə gül oldu,
Əkbər cəh-cəh vurdu,bir bülbül oldu,
Axır qəmin,başın sağ olsun Tovuz.

Həsən Mülkülü də köçdü bu illər,
Əzizin əlində ağladi güllər.
Məftunsuz,Leylasız yaşadı ellər,
Axır qəmin,başın sağ olsun Tovuz.

Gözlərindən çəkilməyir nəm indi,
Üzür səni Aydın deyə qəm indi.
Dərdinə şərikdi yüz həmdəm indi,
Axır qəmin,başın sağ olsun,Tovuz.

Ay Bağman,getməsin əlin qoynuna,
Çıx yeldöyənə,yelin qoynuna,
Rasimi tapşırdıq elin qoynuna,
Axır qəmin, başın sağ olsun,Tovuz.

*****

Sənsiz dünyam dünya deyil

Könül verib sevinmişdik,
Ayrılmariq cox demişdik.
Ayrı düşüb dəyişmişik,
Ayriliqdan keçib bir il-
Sənsiz dünyam, dünya deyil.

Bax,o gözəl ismətinə,
Taleyinə,qismətinə.
Hicranına,həsrətinə
Ağla gülüm,ağla,sevil-
Sənsiz dünyam, dünya deyil.

Yox,sel olub,qopacağam,
Göydən yerə hopacağam,
Bir gün səni tapacağam,
Gözlərinin yaşını sil-
Sənsiz dünyam, dünya deyil.

Şair könlüm,bu şən könlüm ,
Həsrətinə düşən könlüm.
Ürəyimi deşən könlüm
Dərdə, qəmə saldı meyil-
Sənsiz dünyam,dünya deyil.

Bağman kimi sevdaya dol,
Görüşüm ol,qismətim ol,
Ağla min yol sevin min yol,
Yazır bu əl,deyir bu dil-
Sənsiz dünyam, dunya deyil.

*****

Aşıq Xanlar Məhərrəmovun xatirəsinə

Tovuzun dərdini ağlaya bilsəm,
Bu gün aglayardim Xanların üstə.
Yasını tutardım qırx gün,qırx gecə
Azaflı,Ələkbər tək canların üstə.

Rasim Kərimli də eldən ayrılıb,
Məftun tək yaralı güldən ayrılıb,
Dəyərmi güllərin,xalların üstə.

Götürüb sazını çıxıb dağlara,
Doğma balasıtək baxıb dağlara...
Qəlbini,köksünü sıxıb dağlara,
,,Sarıtel'' çalardı yalların üstə.

Havalar çalardı,hey oxuyardı,
Nöqtəli,vergüllü söz toxuyardı .
Çiçəklər dərərdi,gül toxuyardı,
Busələr düzərdi xalların üstə.

Kəndindən, elindən düşüb aralı,
Ağlayır sazıyla baxti qaralı.
Ölməz sənətkar-aşıq Xanları
Bu gün dəfn edirəm qollarım üstə.

Görüşdük,ayrıldıq gözləri sulu,
Bitib,tükənməyən ev həyat yolu.
Bir Bağman qalıbdı dağlar tək dolu
Əlləri qoynunda yolların üstə...

*****

Ağlar

Aydın səhəriyəm doğan gəncliyin,
Yaram köz-köz olar,ələmim ağlar.
Taleyindən narahatdı ürəyim,
Körpə uşaq kimi qələmim ağlar.

Qurban olum qara sazın siminə,
Baş qoymuşam sevincinə,qəminə.
Yetirib eşqini vüsal dəminə,
Ağlasa Dilqəm,Əli əmim ağlar.

Ay Bağman,Babadı atan gözlərim,
Bəxtini ovcunda tutan gözlərim...
Gecəni yarımçıq yatan gözlərim,
Yuyub qarasını giləmin,ağlar.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi