"Boavişta"nın yeni qapıçısında problem - Çərçivə Kamrana əmanət.



Portu təmsilçisi qarşıdakı bir neçə turda Belçikanın "Muskron" klubundan icarəyə götürdüyü qapıçı Vaqner da Silvanın xidmətindən istifadə edə bilməyəcək. Buna 30 yaşlı qolkiperin sənədlərində problem yaranması səbəb olub.

Portuqaliya mətbuatının yaydığı xəbərə görə, baş məşqçi Migel Leal Premyer Liqasının XVII turunda lider "Benfika" ilə səfər oyununda qapını Kamran Ağayevə həvalə edəcək.

Qeyd edək ki, Kamran mövsümün əvvəlində "Boavişta"ya transfer edilib. Onun portulularla müqaviləsi mövsümün sonuna qədərdir.

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi