• 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 22:30 – Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" 
  • 20:00 – İlham Mirzəyev toylarda aparıcılıq edir 
  • 19:30 – 46 qızı zorlayan falçı SAXLANILDI 
  • 18:15 – Yeni hökumət təsdiqləndi: Ciddi dəyişikliklər - Sərəncam 
  • 15:30 – Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi 
  • 20:00 – Məktəb direktoru avtomobilini görün harada saxlayır 
  • 16:00 – Məstan Günərin ikicildliyi təqdim edildi 

Xanım jurnalist Kamildən polisə şikayət etdi

Xanım jurnalist Kamildən polisə şikayət etdi İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında jurnalist Əfruzə Ağayeva məlumat verib.

Şikayətçi bildirib ki, K. Zeynallı onu instaqram hesabında təhqir edib və xanım jurnalist həmin gün polisə müraciət edib.

Ə. Ağayeva müraciətinin ardınca Nəsimi rayon Polis Şöbəsində izahat yazıb. Bundan sonra idmançı şöbəyə çağırılıb və ifadəsi alınıb.

Məsələ ilə bağlı “Qafqazinfo”ya jurnalistin vəkili Vüqar Səfərli də danışıb:

“Jurnalist Əfruzə Ağayeva özü Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edib və izahatını verib. Mən işin məhkəmə tərəfində jurnalistə kömək olacam. Kamil Zeynallının hansı ifadəni verdiyini qeyd edə bilmərik. O ki qaldı Əfruzə Ağayevanın tələbinə... Əfruzə xanım şərəf - ləyaqətin müdafiəsi və onun ünvanına Kamil Zeynallı tərəfindən edilən təhqir söyüş xarakterli məlumatların ( yazıların) təkzib edilərək, onun tərəfindən müvafiq olaraq instagram hesabında və KİV -də üzr istəməsi tələbi ilə məhkəməyə müraciət edib.

Bu xüsusatı da vurğalamaq istəyirəm ki, Kamil Zeynallı Əfruzə Ağayevanın mobil nömrəsinə hədə -qorxu dolu mesajlar yazaraq onu təhdid edib. Buna görə də, hazırda jurnalist Əfruzə Ağayevanın həyat və sağlamlığı ciddi təhlükədədir. Onsuz da xanım kifayət qədər stress içində və hal-hazırda həkim nəzarətindədir”.Elvin Elxanскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV