Bizi izləməyi unutmayın

Manşet / #Müsahibə / #Ədəbiyyat

Yafəs Türksəs:"Buna görə də, o,öz mətnlərində evdar qadın düşüncəsi ortaya qoyur"

21-01-2017, 21:52 | 1 1182 dəfə baxılıb.

Analoq.az saytı "3Sual"layihəsinin növbəti qonağıyla olan müsahibəni təqdim edir.Bu dəfə suallarımızı tanınmış şair Yafəs Türksəs cavablandırıb.
- Yafəs müəllim bü günki ədəbiyyatın mənzərəsi sizi qane edirmi?

- Əlbətdə yox.Mən bir şair, bir oxucu kimi əsas fikrimi şeirlərə yönəldəcəyəm.Təbi ki, nəsrə də öz fikrimi bildirəcəm.Biz həqiqətən də şair xalqıq. Azərbaycanda istənilən sayda istedadlı şair var.Amma bu şairlər istedadları imkan verdiyi dərəcədə şeirlər yazırlar.Əsasən isə klassik,ənənəvi fikirləri davam etdirirlər.Bizim çox güclü şairlətimiz var.Məsələn: Vaqif Bayatlı Odər,Ramiz Rövşən, Rüstəm Behrudi,Vaqif Səmədoğlu və s.Mən bunların şeirlərini oxuyuram.Düzdür, onlar öz dövrlərinə görə Azərbaycan şeirində mərhələ yaratdılar, amma düşüncə yenə də ənənəvi olaraq qaldı. Ramiz Rövşən şeiri hardasa 19-cu əsrin axırlarının romantik şeiridir.Vaqif Bayatlı Odərinki də həmiçinin.Bilirsiniz Vaqif Səmədoğluna sual verirlər ki, sənin atanı çox tənqid edirlər.O deyir ki, "Mən atamı müdafiə etməyə ehtiyac görmürəm.
Mənim atam 19-cu əsrin axırlarının şairidir, mən 20-ci əsrin əvvəllərinin şairiyəm".İndi bizim bu Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi bunların hamısı 21-ci əsrin əvvəllərinin şairidir və çox təəssüf edirəm ki, indi 21-ci əsrin əvvəlidi. İndiki şairlərimizin şeirləri yenə də 20-ci əsrin əvvəlinin şeirləridir. Amma müəyyən qədər fərqləri də var. Məsələn: Düşüncə demək olar ki, eyni olsa da, sadəcə texnika fərqləri var. Bu günki gənclərin şeirləri modern texnika ilə yazılıb və onlar savadlı şairlərdir.Eləcə də, dünya ədəbiyyatını yaxşı bilirlər.Ancaq təəssüf hissi keçirirəm ki, onlar modern texnika ilə ənənəvi düşüncəli şeirlər yazırlar.Mən şəxsən bunu istəməzdim.Sosial şəbəkələrdə də, verdiyim müsahibələrdə də bu məsələlərə dönə-dönə toxunuram.Bunlar elə düşünürlər ki, mən onların paxıllığını çəkirəm, amma bu qətiyyən belə deyil.Mən onları çox sevirəm.Arzu edirəm ki, Şəhriyar Del Gerani, Qismət, Kənan Hacı, Sevinc Elsevər 21-ci əsr Azərbaycan şeirinin yeni düşüncəsini yaratsınlar. Müasir insanların yaşamını yaratsınlar. Müasir çoxrəngli həyatımızın bədii ədəbiyyatda inkasını verə bilsinlər.O ki qaldı nəsrə, təbii ki, bizdə çoxlu nasirlər var. Yaxşı hekayələr yazılır. Amma çox təəssüf edirəm ki, mən bunların hamısını izləyə bilmirəm. Düşünürəm ki, bu nəsrdə də belədir. Nəsr əsərlərində də yeni düşüncələr ortaya qoya bilmirlər. İnsanları bədbəxtliklərlə təsvir etmək yox, bədbəxtlikdən çıxış yollarını göstərmək, ortaya modern düşüncə tərzi qoymaq lazımdır. Mən bu fikirlərimi hər zaman demişəm. Kimlər bu fikirlərimə görə inciyirsə, incisin.

Cəsarətli olub deyə bilərsinizmi zəif olanlar yazmasın.

- Mən çox səmimi, obyektiv və belə sözü danışanda şəxsi mənafeyini düşünməyən adamam. Mənim bu xarakterimi Əsəd Cahangir öz yazısında belə vermişdi: "Yafəs nə düşünür onu da deyir. Dediyi sözün xeyir və ya ziyan gətirəcəyini düşünməyən adamdır". Fərqi yoxdu ya oğlan, ya da qız. Mən hər zaman fikirlərimi deyirəm. Fikirləşmirəm ki, bu qızdır, zərifdir. Dediyim sözlərə görə məndən inciyə bilər. Elə bu yaxınlarda Xəyalə Sevilə də rəy yazmışdım ki, siz nə qədər sizi atıb getmiş lirik qəhraman haqqında şeirlər yazacaqsınız. Başqa mövzu yoxdurmu? O biriləri də onun kimi...
Bəzi adamlar deyir ki, xanımlar şeir yaza bilməz. Mən bu fikrin tərafdarı deyiləm. Bizdə kifayət qədər istedadlı xanımlar var. Həm də savadlı...Onlarda da eyni fikirdir. Onlar da yeni düşüncəyə sahib çıxa bilmirlər. Sevgi şeiri yazanda ərlərindən qorxurlar. İctimayiətdən qorxurlar. Bir azad fikir ortaya qoya bilmirlər. Hətta mən azad hesab etdiyim Sevinc Elsevər belə şeir yazarkən evdar qadın kimi çıxış edir. O artıq ərə gedib və iki övladı var. Buna görə də, o,öz mətnlərində evdar qadın düşüncəsi ortaya qoyur. O cür geniş savadlı, geniş dünya görüşlü xanım şeirlərini qorxa-qorxa yazır. Ərə getməmişdən əvvəlki Sevinc Elsevərin şeirləri demək olar ki, indi yoxdu. 90 faiz şeirlərini mətbəxt düşüncəsi ilə yazır. Bəzi xanımların şeirləri də mətbəxt düşüncəlidir. Ərindən, qardaşlandan, qohumlarından, ictimayiətdən, dövlətdən hətta hakimiyyətdən də qorxurlar. Yazıçının bədii əsərinin güclü olmağı da şərtdir. Amma onda səmimiyyət yoxdusa, o nə qədər savadlı, nə qədər güclü yazsa da, əsər yaşam qazanmıyacaq.

- Yazıçılar birliyinin sədri olsaydınız nəyi dəyişərdiniz? Yəni ədəbiyyatda gedən ciddi prosseslərə ciddi nəzarət edə bilərdinizmi?

- Yazıçılar Birliyinin sədri olsaydım dövlətdən və Ədliyyə Nazirliyindən xahiş edərdim ki, bizi də digər ədəbi qurumları da qeydiyyata alsınlar və onlarla rəqabət apara bilək. Yoxsa ədəbiyyatın bütün göbəyini, maddi-mənəvi dəstəyini ancaq bizim təşkilata ver və orda istər-istəməz bir avtoritarizm yaranacaq. Çünki rəqabət olmayandan sonra inkişaf da olmayacaq. Yazıçılar birliyində güclü mühafizəkar bir atmosfer var. Ədəbi əsərlərin yaranmasında da, insanlar daha çox ənənəvi yazır. Daha çox mühafizəkar yazan insanlara müsbət yanaşırlar. Onlara iş verirlər. Yeniliyin, azad sözün tərəfdarları deyillər. Çünki bir ədəbiyyatın, bir qrumun özü avtoritarizmdir. Yəni onun başında duran adam lap demokratik düşüncəli bir adam olsa da, avtoritar hərəkət edəcək. O ki qaldı fakt olaraq Yazıçılar Birliyinin başında duran adam demokratik düşüncəli adam deyil. Sovetdən qalma mühafizəkar düşüncəli bir adamdır və vəzifədən istifadə edib öz bildiyini edir. Yazıçılar Birliyinin üzvlərini iki min nəfərə qaldırıb, kimə istəyir təqaüd verir, kimə istəyir iş verir, kimə də istəyir mükafat verir. Bu yaxınlarda mən də sənədlərimi ora vermişdim. Yeddi il bundan əvvəl də verdiyim kimi... Dedilər ki, bu çox azad adamdır, üsyankar adamdır. Yeddi il əvvəl qəbul etməmişdilər. Bu dəfə də məndən sonra sənəd verən adamları qəbul etmişdilər. Hətda Murad Köhnəqalanı belə...
Amma məni qəbul etmədilər. Sənədlərimi etiraz etmədən kənara qoyublar.Mükafatlandırma sistemini yeniləyərdim. Sonra təqaüdlər siyahı ilə yox, ədəbi əsərlərin mükafat sistemi ilə verilməsinin tərəfdarı olardım. Prezident təqaüdünü ləğv edərdim. Ədəbi əsərləri müsabiqə kimi təşkil edib yaxşı yer tutan əsərlərə üç yüz manat yox, iki min, üç min mükafat yazdırardım. İşə də müasir düşüncəli insanları qəbul edərdim. Yazıçılar Birliyinin üzvlərinin sayını da kəskin şəkildə azaldardım. Çünki ordakı iki min nəfərin iki yüz nəfərinin ədəbiyyata dəxli var.
Sərəstan Gur
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Əkrəm Əylisli:"Mən Ramiz Rövşəni çox böyük artist hesab edirəm"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Musa Yaqubla Ramiz Rövşən quda oldu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Tanınmış şair Vaqif Bayatlı Odərin səhhəti pisləşib.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının