Ermənistanda siyasi böhran dərinləşir..



Sosial-iqtisadi sahədə iflasa uğrayan Ermənistanda siyasi böhran da getdikcə dərinləşir. Ölkənin keçmiş baş naziri Ovik Abramyan, sədr müavini olduğu hakim partiyanın sıralarını tərk edib. Onun müxalif qüvvələrin yaratdığı koalisiyaya qoşulacağı bildirilir. Müxalif qüvvələri isə fevralda İrəvan küçələrində kütləvi silahlı toqquşmaların olacağını bəyan ediblər.

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan Respublika partiyasının sıralarından çıxır. O, Sarkisyan qruplaşması ilə çalışmaq istəmədiyini açıqlayıb. Siyasi ekspertlər, ölkədəki böhranın artıq hökümət sıralarına da nüfuz etdiyini deyirlər. Serj Sarkisyanın ətrafından uzaqlaşaraq ona qarşı çıxanların sayı getdikcə çoxalır. Keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər naziri Vardan Oskanyan da artıq iqtidarla həmfikir olmadıqlarını bildiriblər. Onlar, bu ilin aprelində keçiriləcək növbəti parlament seçkisinə blok şəklində getmək qərarına gəliblər. Bloka müxalifətdə olan “Milli özünütəyinetmə” birliyi, “Üçüncü respublika” və “Demokrat” partiyaları da daxildir. Keçmiş baş naziri Ovik Abramyanın da bu koalisiyaya qoşulacağı bildirilir. Hakim dairələrdə fikir ayrılıqlarının yaranması müxalifət düşərgəsində canlanma yaradıb. Keçmiş dissident Paruyr Ayrikyan bildirib ki, Sarkisyan, hakimiyyətinin ömrünü uzatmaq üçün növbəti dəfə qarşıdurmaya gedəcək. İrəvan küçələrində kütləvi silahlı toqquşmalar olacaq. Çünki, hazırkı hökümət saxtakarlığa adət edib. Eyni halların bu seçkilərdə də müşahidə olunacağı istisna deyil.
Mənbə:Aztv.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi