• 15:00 – Abşeron rayonunda daha bir qeyri hadisə-20 manatı olanın şəkili şərəf lövhəsində 
  • 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 

Elza Seyidcahan xalq artistini təriflədi

Elza Seyidcahan xalq artistini təriflədi Elza Seyidcahan xalq artistini təriflədi Brilliant Dadaşovanın verdiyi pulla evimizə televizor aldım"

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar verib.

Sevilən ifaçı onu tənqid edənlərə cavab verib, bir çox sənətçinin onun etdiklərini təkrarladığını bildirib:

"Bəzən məni çox yaxından tanıyanlar da məni anlamırlar, əsərimdə nə demək istədiyimi tuta bilmirlər. Məni başa düşməyən insanlara qərəzli, acıqlı deyiləm. Fikirlərşirlər ki, görəsən, Elza bu qədər tənqidlərə necə dözür?! Bu gün məni tənqid edənlər, bəyənməyənlər sabahısı gün mənim etdiyimi təkrarlayırlar və onu da hansısa stilistin adına çıxarırlar. Guya, yenilik, "fashion" edir. Bu yaxınlarda bir müğənnidə "priçoska" gördüm, deyir ki, mən yenilik etmişəm. Halbuki o "priçoskanı" birinci mən etmişəm, sonra Rihanna edib, sonra da bu müğənni".

Verilişdə xalq artisti Brilliant Dadaşova Elza Seyidcahanla bağlı fikirlərini bölüşüb, onun dəyərli sənətçi olduğunu vurğulayıb. Elza Seyidcahan isə Brilliant Dadaşova haqda bunları söyləyib:

"Brilliant Dadaşova ilə gözəl işlər görmüşük. İlk dəfə Zaqulbada tanış olmuşam onunla. Sonra Brillant xanım mənə zəng vurub dedi ki, ərə getmə, sənətini davam etdirə bilməyəcəksən. Dedim ki, mən artıq evliyəm, 2 övladım var. Çox təəccübləndi, həm də sevindi. Brilliant xanım çox müğənnilərdən fərqli olaraq, mənim heç nəyimə qısqanclıqla yanaşmadı. Adətən, qadınlar digər qadının gözəlliyini qısqanırlar. Bir yerdə konsertdə olanda mənə dedi ki, sən axıra kimi səhnədə qal, qoy gözəlliyini görsün hamı. Mən gənc idim, adımı efirlərdə dəfələrlə çəkirdi. Hətta, mənə mahnıya görə pul da vermişdi. Evimizdə televizorumuz yox idi, gedib o pula televizor aldım. İstəsəydi, o pulu verməyə də bilərdi. Hazırda mənim Brilliant xanımın səsinə uyğun mahnılarım var, sadəcə vaxt eləyib o mahnıları hazırlamaq lazımdır. O vaxt mənim "Toy adamları" mahnımı oxuduğuna görə, Brilliant xanıma çox təzyiqlər oldu. Dedilər ki, oxuma bu mahnını, biabır olacaqsan. Amma həmin kompozisiyanı ayaqüstə alqışladılar".

Elza Seyidcahan Alim Qasımova yazdığı mahnının ifa edilmədiyini söyləyib:
"Nüsrət Kəsəmənlinin sözlərinə yazdığım bir mahnını Alim Qasımova təqdim etdim, çox bəyəndi. Günlərlə Alim müəllimgilin evində bu mahnını məşq etdik, amma o, bu mahnını oxumadı. Səbəbini bilmirəm"
.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV