Kreml Qarabağla bağlı son qərarını verdi



Analoq.az Publika.az-a istinadən bildirir ki Dağlıq Qarabağda müharibə istənilən an yenilənə bilər. Ermənistan və Azərbaycan daim yeni müharibəyə hazırlaşır. Lakin bu vəziyyət Moskva üçün əlverişli deyil. Rusiyanın Ermənistan qarşısında təhlükəsizliklə bağlı öhdəlikləri var, eyni zamanda Azərbaycanda da ciddi maraqları mövcuddur. Yeni müharibə Rusiyanın bu iki ölkədən birini itirməsi ilə nəticələnə bilər".

Bu barədə Rusiya Strateji Tədqiqatlar İnstitutunun (RİSİ) hazırladığı məqalədə deyilir.

Məqalədə Rusiya xarici işlər naziri Sergey Lavrovun yanvarın 24-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Moskvada keçirilən görüşünə toxunulur: "Rusiya hökuməti və xarici işlər nazirliyi münaqişə həll olunmasa belə, yeni müharibənin alovlanmasının qarşısını almaq üçün səylər göstərir. Lavrovun Moskvada Məmmədyarovla qapalı görüşündə də müzakirə olunan məsələlərdən biri bu idi. Görüşdən əldə edilən məlumatlara görə, Rusiya bu münaqişənin həllinə qərar verdi".

İnstitutun "Milli Strategiya Problemləri" jurnalının baş redaktoru Əjdər Kurtov da hesab edir ki, Qarabağda müharibə istisna edilməyib.

"Azərbaycan öz ordusunu gücləndirmək xəttini seçib. Prezident İlham Əliyev də bəyan etdi ki, Silahlı Qüvvələrin müasirləşdirilməsi və ölkəsinin ərazi bütövlüyünün bərpası üçün bütün addımları atacaq. Bakının "Dron" raketlərini özünün istehsal edəcəyi haqda söhbətlər gəzir. Həmçinin, yeni tipli silahların istehsalı da gündəmdədir. Bu, Bakının dediklərində ciddi olduğunu təsdiqləyir", - deyə rusiyalı ekspert bildirib.

Ə.Kurtov hesab edir ki, münaqişənin həlli üçün tərəflərin mövqelərinin yaxınlaşacağını gözləmək çətindir: "Bundan başqa, Azərbaycan indi ABŞ-ın yeni administrasiyası ilə əlaqələrini qaydaya salmağa çalışır. İndiyə qədər çoxmilyonlu erməni diasporu Vaşinqtonun Qarabağ məsələsində Ermənistana dəstək verməsini təmin edirdi. Bakı bu vəziyyəti dəyişmək istəyir. Yeni imkanlar Azərbaycana həm də ən müasir silahlar almaq şəraiti də yaradır".
Qeyd edək ki, Ermənistan mediası da Məmmədyarovla Lavrovun Moskvada qapalı görüşündə ərazilərin qaytarılması məsələsinin müzakirə edildiyini yazmışdı.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi