Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Maraqlı / #Ölkə / #Ədəbiyyat

Şəhanə Müşfiq:"Özüm də yad oldum özümə Allah"

28-01-2017, 20:00 | 9122 dəfə baxılıb.

Günah daşıyıram...

Müharibə şəkilləri asılıb
gözlərimlə dünyanın arasında.
Güllələnmiş körpənin "ana" hayqırışı bəzəyir qulaqlarımı-
Sırğa əvəzi.
Şəhidlərin qanı dolanıb nişan barmağıma,
Matəm rəngiylə bəzənib toy çadırım.
Övladı qollarında can verən ananın,
Yolunmuş saçlarıdır başımdakı duvağım.
Günahsız qurbanların naləsi, Qopur vağzalı sədalı qara zurnadan.
Zülüm, işgəncə dolub yatağıma,
Qarnına süngü keçirilmiş gəlinin,
"Günahını" daşıyıram bətnimdə.
Onun ahu-fəryadını,
Ahını daşıyıram bətnimdə.
Dırnaqlarımın arasına dolub,
"Siyasət" adlı əjdahanın süfrəsindəki sümüklərlə bəslənən torpaq.
...və mən- qələmlə silahın arasında can verən zavallı!

*******

Ayrılaq...

Bu ayrılıq heç xoşuma gəlmədi,
Gəl barışaq, sonra yenə ayrılaq.
Bircə dəfə ayrılmağın nə dadı,
Təkrar-təkrar, dönə-dönə ayrılaq.

Belə ayrılığa mən necə dözüm?!
Gərək gözlərindən ayrıla gözüm,
İnadkar qəlbimə yetmir ki sözüm,
Əlim küssün əllərinə, ayrılaq...

Alışmasın öpüşünə yanağım,
Unutsun adını gərək dodağım.
Səssiz getmə, tutulacaq qulağım,
Çıxaq zilə, düşək bəmə, ayrılaq.

Gəl tələsmə, ayaq saxla bir anlıq,
Göz yaşımı qoy çantana yavanlıq.
Deyirlər ki, soyuq olur ayrılıq,
Həsrətini sər üstümə, ayrılaq...

...bu ayrılıq heç xoşuma gəlmədi,
Gəl barışaq, sonra yenə ayrılaq.
Bircə dəfə ayrılmağın nə dadı,
Təkrar-təkrar, dönə-dönə ayrılaq!

*******

Darıxan qadın.

Nə üzlü qonaqmış bu darıxmaq da,
Fikrimdən qovuram, qəlbimdən gəlir.
İndi bahar fəsli deyil, mən bilən,
Bəs niyə burnumda qoxun güllənir?!

Belə darıxmağı kim icad edib?
Görüm darıxmaqdan məntək boğulsun...
Sənsiz gözlərim də yolun itirib,
Gəl ki, yazıqlar da "evə yığılsın"

Xoşbəxt günümüzdən xatirə şəkil,
Gözümün kökütək saralıb indi.
Yollar da üstümə sənsiz qayıdır,
Görüm zəhrimara qalsın həsrəti!

Boyumdan yekədi, əynimə gendi,
İçində itmişəm bu darıxmağın.
Qayıt, duman gözlüm, qayıt, yubanma,
Yolunda boy atıb "Darıxan qadın"

*******

Yadam özümə...

Bu külək özünə oxşamır nəsə,
Əhvalı dəyişib, halı dəyişib.
Hara əsdiyini özü də bilmir,
Cığırı dəyişib, yolu dəyişib.

Bu küçə heç tanış gəlmədi mənə,
Necə səssizlikdir, necə qaranlıq.
Yoxmu bu küçədə Allah bəndəsi,
Dayanıb dinləyə məni bir anlıq?

Bu yollar nə qədər yaddır, İlahi,
Əvvəl heç düşməyib yolum bu yola.
Sonu haralardır, hara aparır?
Nə yolla özüm salım bu yola?

Mən ki tanımıram bu adamları,
Nə yaman soyuqlar, nə yaman yadlar.
Sanki bu dünyada yaşamırlar heç,
Bəlkə yaşamaqdan daha doyublar?

Güzgüdən boylanan o adam kimdir?
Gözləri nə qədər kədərli baxır.
Həyat pərçimlənib sanki gözünə,
Ordan damla-damla torpağa axır.

Tanıya bilmirəm daha heç kimi,
Özüm də yad oldum özümə, Allah!
Daha istəmirəm xatirə, yaddaş,
Məni heç qaytarma özümə, Allah.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

Mən türkəm

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Gülnar Səmanın şeirləri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının