Atalar və oğullar



Futbol tarixində olan atalar və oğullar

Futbol tarixində ata-oğul futbolçuların adlarını saymaqla bitməz. İtaliyada ata-oğul futbolçu dedikdə Maldini ailəsini barmaqla göstərərlər. Ata Çesare Maldinidən bayrağı təhvil alan Paulo Maldini atasından daha çox zirvə fəth etdi. 24 il “Milan”la saysız uğurlara imza atan Paulo Maldinin yolunu isə çox güman ki, oğlu Kristian Maldini davam etdirəcək. “Milan”ın aşağı yaş qruplarında oynayan nəvə Maldini çox gümanki əsas komandada sonuncu dəfə atasının geyindiyi 3 nömrəli futbolkaya sahib çıxacaq.Hollandiya futbolunun dünyaya bəxş etdiyi ən böyük futbolçulardan biri olan “sarı siçan” Yohan Kroyfun oğlu Jordi Kroyf da atasının izi ilə getmişdi. Hər nə qədər baxımlı bir oyun sərgiləsə də oğul Kroyf atasının soyadı altında “əzildi”. “Borselona”, “Maçester Yunayted”, “Alaves” kimi klublarda oynamasına rəğrəm ustadına “kəm” baxmamışdı.Maradona karyerasının ən gərgin olduğu vaxtlarda dünyaya yeni gələn oğlunu qəbul etmədi. 1995-ci ildə məhkəmənin qərarı ilə Maradona soyadını işlətməyə başlayan Diequito, atasız keçirdiyi günlərin qisasını atasının komandası “Boka Junyors”un əzəli rəqibi “River Pleyte”ə transfer olaraq aldı. Diequitonun bacısı isə Argentina futbolunun son illərdəki ən yaxşı hücumcusu olan Serqio Aquero ilə evləndi. Bu cütlüyün izdivacından dünyaya gələn Leonel Benjamin Aquero Maradonanın 2 yaşı var. Onu yaşıl meydanlarda görüb görməyəcəyimizi bilmək üçün çox səbr etməliyik.Köhnə qitəyə qayıtmadan Cənubi Amerika səyahətimizi davam etdirək. Avropada oynadığı hər klubda yarımmüdafiənin əvəzedilməz bir parçası olan Xuan Sebastian Veron, Xuan Ramon Veronun oğludur. Karyerasının son vaxtalarında ölkəsi Argentinaya qayıdan oğul Veron, “Estudiantes” forması ilə atasının qaldırdığı Libertadores kubokunu 39 il sonra yenidən qaldırmağa müvəffəq olmuşdu.Bir müddət “Beşiktaş” formasını tərlədən Federiko Hiquain və “Napoli”də top qovan Qonzalo Hiquainin atası Jorde Hiquain uzun müddət ölkəsi Argentinada oynamışdı. Oğullarından fərqli olaraq Jorde müdafiəçi idi.Dieqo Forlanın atası Pablo Forlan da öz vaxtında Uruqvayın ən sevilən futbolçularından biri olub.Xavi Alonsonun atası Migel Alonso isə 3 il “Barselona” formasını tərlətmiş.”Barselona” və “Atletiko Madrid”də 14 il qapının qoruyan Migel Reina, bir zamanlar “Liverpul”un qapısını qoruyan Jose Pepe Reinanın atasıdır.Bir başqa qapıçı ata-oğul isə danimarkalı Şmaykıllardı. Tarixin ən yaxşı qapıçılarında biri olan və 50 yaşında olan Peter Şmaykıl, oğlunu da öz dalınca apardı. Kasper Şmaykıl indi “Lester Siti”nin qapısını qorumaqdadır. Bundan əlavə yuxarıda adı sadalanmayan ata-oğul futbolçuların adlarını qeyd edək.İndi isə bütün gözlər Zidanın oğlu Enzo, Haginin 15 yaşındakı oğlu Loris, Maldinin oğlu Krstiana çevrilib. Görəsən onlar atalarından aldıqları bayrağı uğurla daşıyıb, biz azarkeşlərə “deja vü” (öncədən gördüyümüz bir hadisəni təkrar görmək) yaşada biləcəklərmi? Bunun üçün isə ən azı 4-5 il gözdəməyimiz lazım gələcək.

analoq.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi