• 22:12 – Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı 
  • 20:36 – Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir 
  • 17:57 – Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı 
  • 17:48 – Tanınmış şairin anım günü keçiriləcək 
  • 01:37 – Une pétition lancée à Paris relative à la libération des Azerbaïdjanais pris en otage par les Arméniens 
  • 20:00 – Tanınmış Azərbaycanlı model Ramina Abbasova Yeni il və Həmrəylik günü münasibətilə hər kəsi təbrik edir - FOTO 
  • 23:38 – Məktəbdə ingilis dərsi deyən müəllimin ermənilərə olan sevgisi 
  • 00:32 – Qəbirstanlığın yanından keçəndə musiqi dinləmək olarmı?-İlahiyyatçıdan maraqlı münasibət 

Səlim Müslümov əmək pensiyaları haqqında qanuna ediləcək dəyişiklərdən danışdı

Səlim Müslümov əmək pensiyaları haqqında qanuna ediləcək dəyişiklərdən danışdı Səlim Müslümov əmək pensiyaları haqqında qanuna ediləcək dəyişiklərdən danışdı Prezident İlham Əliyevin sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdacaq sakinlərin sosial sığorta ilə əhatə olunması ən yaxın rayonda yerləşən müvafiq qurum vasitəsilə həyata keçiriləcək”. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu barədə məlumat verib.

Prezident İlham Əliyevin sərəncamına əsasən Cocuq Mərcanlı qəsəbəsində ilkin mərhələdə 50 ev, məktəb, tibb məntəqəsi və digər sosial obyektlərin tikintisi nəzərdə tutulur. Məhz bundan sonra insanlar öz evlərinə qayıdacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, Cocuq mərcanlı kənd sakinlərinin işlə təminatı və sosial sığorta məsələri də öz həllini tapacaq.

"Vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar, yaşamağa və işləməyə başlayacaqlar. Əgər işləməyə başlayacaqlarsa, o insanların sosial sığorta ilə əhatə olunması meydana çıxacaq. Onların sosial sığorta ilə əhatə olunması ən yaxın rayonda yerləşən müvafiq qurum vasitəsilə baş verəcək. Bu gün onların hər hansı sosial təminat elementləri ilə təmin olunmasında heç bir problem yoxdur. Əsas məsələ məşğulluq və sosial sığorta məsələləridir. Təbii ki, ondan sonra biz bu addımları atacağıq.

Nazir jurnalistlərə açıqlamasında əmək pensiyaları haqqında qanuna ediləcək dəyişiklərə də toxundu. Yeni qanunda sığortanın baza hissəsi aradan qaldırılacaq. İnsanların pensiyası onların topladığı fərdi hesablara görə müəyyənləşdiriləcək.

Uşaqların reabilitasiyası ilə bağlı yeni layihələr də hazırlanır.
aztv.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV