Bizi izləməyi unutmayın

Manşet / #Maraqlı / #Siyasət / #Dünya

İrəvan və havadarları şokda – Bakıdan prinsipial qərar...

29-01-2017, 14:00 | 3 6002 dəfə baxılıb.

Analoq.az Axar.az-a istinadən bildirirki Işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfərlər edib, separatçı rejimi təbliğ etdiyi və onu “müstəqil dövlət” adlandırdığı üçün Azərbaycanın qanuni sorğusu əsasında Belarusda saxlanılan yəhudu bloqqer, üçlü vətəndaşlığa (İsrail, Rusiya, Ukrayna) malik Aleksandr Lapşnin işi yekunlaşmaq üzrədir. Xəbər verildiyi kimi, yanvarın 26-da Minsk Şəhər Məhkəməsi onun Belarus Baş Prokurorluğu tərəfindən Bakıya ekstradisiyası haqda qərarından verdiyi apelyasiya şikayətini təmin etməyib.

Bu, o deməkdir ki, A.Lapşin ölkəmizə ekstradisiyanın bir addımlığındadır. Niyə bir addımlıqda?

Ona görə ki, formal olaraq, 10 gün müddətində onun ən son instansiyaya - Belarus Ali Məhkəməsinə də apelyasiya şikayəti vermək hüququ var. Ancaq artıq aydındır ki, Belarus rəhbərliyi bloqqeri Azərbaycana təhvil verməkdə qətiyyətlidir. Əgər bundan vaz keçmək istəsəydi, vaxtı uzatmaz, elə Minsk Şəhər Məhkəməsinin qərarı ilə bunu edərdi. Deməli, rəsmi Bakı və Minsk məsələdə sonadək getməkdə qərarlıdır.

Yada salaq ki, ötən ay bloqqer Belarusda saxlandıqdan sonra İsrail XİN-i məsələ ilə bağlı dərhal hərəkətə keçmiş, Bakıya təsir və təzyiq etmək üçün hətta Rusiya xarici işlər naziri Sergey Lavrov açıq şəkildə, bir qədər də ultimativ tonda Lapşinin Azərbaycana təhvil verilməsinin əleyhinə çıxmışdı. Eyni zamanda bloqqer və anası bağışlanmaq üçün Azərbaycan prezidenti İlham Əliyevə yazılı müraciət etmişdi...

***

Bu arada İsrailin nüfuzlu “Haaretz” qəzeti diplomatların Lapşinin ekstradisiyası ilə bağlı rəsmi Bakıya əngəl olmaq cəhdlərinin hələlik nəticə vermədiyini, əməkdaşlıq davam etdirilsə də nəyəsə nail olunacağına artıq inanmadıqlarını yazıb (virtualaz.org). Nəşrin bildirdiyinə görə, hətta İsrailin Moskvadakı səfiri Gary Koren Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb, Moskvanın Bakıya təsir göstərməsini istəyibmiş.

Lakin bütün bunlara baxmayaraq, yanvarın 18-də Belarusun baş prokurorunun müavini A.Lapşinin ekstradisiyası haqda sərəncam imzalayıb. Bloqqerin vəkili də sərəncama etirazını bildirərək, məhkəməyə müraciət edib. Minsk Şəhər Məhkəməsinin qərarı isə artıq bəllidir. Bunun ardınca Belarusun Ali Məhkəməsinə müraciət göndərilib. Ali Məhkəmə məsələyə fevralın 4-də baxacaq.

“Haaretz” qəzeti isə İsrail rəsmilərinə istinad edərək, bloqqeri Bakıya aparacaq təyyarənin artıq Minskə endiyini yazıb. Beləcə, son günlərədək nikbin olan İsrail rəsmiləri indi başqa ovqatdadırlar. Onlar ümid edirdilər ki, Lapşinin Azərbaycan prezidentindən yazılı üzr istəməsi kifayət edəcək ki, məsələ bağlansın. Ancaq göründüyü kimi, Bakı məsələyə gözlənildiyindən də prinsipial yanaşır, “Haaretz”in bir İsrail rəsmisindən aldığı bilgiyə görə, hətta Bakı təklifi rədd edib.

Xatırladaq ki, Azərbaycana təhvil verilərsə, Lapşini 8 ilə qədər həbs cəzası gözləyir. Yəhudi bloqqerin sonrakı taleyinin necə olacağı hələlik dəqiq bilinmir. Onun İlham Əliyev tərəfindən bağışlanması istisna deyil. Ancaq iş ondadır ki, Azərbaycanda əfv prosedurunun öz qaydaları var. Öncə Lapşinə məhkəmə cəzası kəsilməli və ardınca məhkəmə qərarı qanuni qüvvəyə minməlidir. Bundan ötrü isə vaxt lazımdır.

***

A.Lapşinin Azərbaycana ekstradisiyasından isə təbii ki, ən çox Ermənistan təlaş keçirir. Bu da məntiqlidir. Lapşin Bakıya gətirilsə və daha sonra əfv edilsə belə, bu, İrəvanın Qarabağ təbliğatına sanballı zərbə olacaq, Qarabağa bundan sonra qanunsuz səfər etmək istəyən başqa xarici vətəndaşlar üçün çəkindirici presedentə çevriləcək. Həm də münaqişə tarixində Azərbaycanın xeyrinə ilk belə presedent olacaq. Bu mənada Ermənistan və erməni lobbisinin A. Lapşin ətrafında beynəlxalq səviyyədə israrla yaratmaq istədikləri, Azərbaycanı şantaj etməyə yönəlik hay-küy iflas olmuş sayıla bilər.

Erməni tərəfini bu xüsusda təlaşlandıran həm də odur ki, Azərbaycan dost-müttəfiq olan digər MDB və qeyri-MDB ölkələri (Qazaxıstan, Qırğızıstan, Ukrayna, Özbəkistan, Türkiyə və s.) də Azərbaycanın sorğusu əsasında bənzər qərarlar verə bilər. Rusiya Ermənistanın yiyəsi olduğu üçün yəqin ki, bu sırada istisnadır. Lavrovun Lapşinə dəstəyi buna şübhə yeri qoymadı. Yeri gəlmişkən, yəhudi bloggerin Bakıya verilməsi həm də Rusiya XİN başçısının pərt edilməsi, Lavrovun sözünün saya salınmaması anlamına gələcək ki, bu da az əhəmiyyət daşımır və Azərbaycan dövlətinin öz qürurunu, ərazi bütövlüyünü hər şeydən üstün tutduğunu göstərir.

Bundan əlavə, insident son illər işğal altındakı Azərbaycan ərazilərində turizmi inkişaf etdirmək istəyən Ermənistana ciddi zərbə olardı. Məhz bu səbəbdən rəsmi Bakı məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində baxır və İsraillə möhkəm tərəfdaşlıq münasibətlərinə rəğmən, bu ölkənin bloqqerinin təqib olunmasını dayandırmaq barədə israrlı xahişlərini yerinə yetirmir.

Təkrar edirik, Azərbaycan üçün bloggerin Bakıya ekstradisiyası onu gözləyən cəza müddətini çəkməsə belə, çox mühümdür. Rəsmi Bakı bu ekstradisiyaya nail olduqdan sonra bloggerin barəsində əfv qərarı çıxarıb onu İsrailə təhvil də verə bilər ki, bu da Azərbaycanın məsələdə qazandığı siyasi-təbliğati dividentlərə kölgə salmayacaq.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Lavrov:"Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Lukaşenko hələ bu qədər əsəbləşməmişdi...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

İrəvan narahatdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının