Bizi izləməyi unutmayın

Manşet / #Ölkə / #Kriminal

Neftçalada ata 15 yaşlı qızını zorladı...

29-01-2017, 17:00 | 4 8522 dəfə baxılıb.

Daim cinsi zorakılığa məruz qalan gənc qız bir müddətdən sonra taleyi ilə barışıb və onlara müqavimət göstərməyib

Bu günə qədər bir çox məhkəmə prosesində iştirak edib, cinayət işlərini izləmişəm. Bu cinayət işlərinin arasında çox inanılmazları olub. Lakin indi təqdim etdiyim cinayət işi demək olar ki, izlədiyim cinayət işlərinin içində ən dəhşətlidir. Gözünlə görməsən, inanmaq istəməzsən. Məhkəmədə oturub cinayəti törədənlərin və zərərçəkənlərin dilindən iyrənc faktları eşitdikcə hansı dünyada yaşadığına və bütün bunların insan oğlu tərəfindən törədildiyinə utanırsan.

Haqqında danışacağım hadisə keçən ilin fevralında Neftçala rayonunda baş verib. Belə ki, rayon sakini 15 yaşlı G.N (adı şərtidir) mütəmadi olaraq, atası R.N və əmisi (Z.N) tərəfindən seksual zorakılığa məruz qalıb.

Analoq.az Lent.az-a istinadən bu dəhşətli cinayət işini təqdim edir.

Bu hadisəyə hansı faktdan başlayacağımı müəyyənləşdirməkdə çətinlik çəkirəm. Ata və əmi 15 yaşlı anasız qızın başına bu iyrəncliyi bir dəfə gətirsələr, yazını başqa bir dəfədən başlayardım. Lakin bu iyrənclik bir ildən çox davam edib. hələ üstəlik bu harasıdı, ibtidai istintaqı zamanı ifadə verən G.N bakirəliyinin qardaşı tərəfindən pozulduğunu söyləyib. Yəni atası və əmisindən qabaq qardaşı tərəfindən seksual zorakılığa məruz qalib.

Dünyanın sonu: qardaşı bacısına, ata qızına sataşır

G.N-nin atası və qardaşı ilə birlikdə rayonda yaşayırdılar. Anasını itirmiş G.N atasının və qardaşının qulluğunda dururdu. Günlərin birində G.N-nin özündən 3 yaş böyük olan qardaşı T.N evdə bacısı tək olan zaman onu hamamda çimərkən zorlayır. Qardaşı onu öldürəcəyi ilə hədələdiyindən G.N qorxusundan bu barədə heç kəsə bir söz demir. T.N hərbi xidmətə yola düşənəcən bacısını bir neçə dəfə zorlayır. Qardaşından təzəcə canını qurtarmış 15 yaşlı qız bu dəfə atasının hədəfinə çevrilir.

Günlərin birində G.N-ya atası Z.N-nin gözü düşür. Evin təmiz olmamasını bəhanə gətirən ata qızını döyməyə başlayır. Bu zaman G.N-nin əynindəki paltar cırılır. Qızının çılpaq bədəni Z.N ağlını başından alır. O, qızına təcavüz edir. G.N nə qədər çalışsa da, atasına müqavimət göstərə bilmir. Z.N qızının bakirə olmadığını görür. Təcavüz etdikdən sonra yenidən G.N-ni döyməyə başlayır. Ondan ilk dəfə kiminlə olduğunu soruşur. Lakin G.N qorxusundan heç nə demir. Atası yenə onu döyməyə başlayır. Və beləliklə, atanının qızını zorlaması mütəmadi olaraq davam edir. Qızının bakirə olmaması Z.N-nin əlində bir bəhanəyə çevrilir.

Bir neçə müddətdən sonra Z.N-nin həbsdə olan qardaşı R.N azadlığa çıxır və onlara gəlir. Qardaşıgildə yaşayan R.N heç bir işlə məşğul olmur. Həbsdən əvvəlki avaraçılıq həyatına davam edir. Günlərin birində R.N rayon mərkəzindən evə gələrkən qardaşının mənzilindən səs-küy və ağlamaq səsi gəldiyini eşidir. Astaca içəri daxil olan R.N qardaşının G.N-ni zorladığını görür. Lakin o, qapı arxasından qardaşının bu iyrənc hərəkətinə baxaraq, heç bir söz demədən bayıra çıxır. Z.N-nin başı qızını zorlamağa qarışdığından R.N-nin gəlib-getdiyinin fərqinə belə varmır.

R.N axşamüstü evə qayıdır. Bu barədə nə Z.N-yə, nə də G.N-yə bir söz demir. Sən demə, R.N-nin də öz planı varmış, qardaşının qızına tamahı düşübmüş. O, G.N-nin evdə tək olacağı anı gözləyir. Və həmin an gəlir yetişir. Z.N rayon mərkəzinə gedən zaman R.N fürsətdən istifadə edib qardaşı qızını yatdığı yerdə zorlayır.

Atası və əmisi tərəfindən seksual zorakılığa məruz qalan G.N zorlanan zaman artıq müqavimət göstərmirdi. O, müqavimətin göstərməyin mənasız olduğunu fikirləşirdi və bu barədə söyləyəcəyi nə qonşusu, nə də yaxın bir qohumu olduğunu fikirləşərək, başına gətirilən bu bəlalara dözməkdə davam edirdi.

Namusuna toxunduğu qızını qardaşına "qısqanan” ata

Günlərin birində Z.N qardaşı R.N-nin qızı G.N ilə cinsi əlaqədə olmasının şahidi olur. Bundan çox qəzəblənən Z.N qardaşını hədələməyə başlayır. Lakin R.N bu hədələrə məhəl qoymur. G.N ilə aralarındakı münasibəti davam etdirir. Qızını qardaşına "qısqanan” ata polisə üz tutur. O, qardaşının qızı G.N-ni zorlaması ilə bağlı polisə şikayət edir. Z.N fikirləşir ki, qızı atasını satmayacaq, onsuz da əmisi həbsdə olub, bu cinayəti onun həbsə geri qayıtması üçün əsas olacaq. Z.N da qızını zorlamağa davam edəcək.

Polis tərəfindən dindirilən G.N atası və əmisi tərəfindən mütəmadi olaraq zorlandığını bildirir. G.N-nin ifadəsi əsasında ata və əmi həbs olunur. İbtidai istintaqın gedişində G.N daha bir faktın üstünü açır. O, ilk dəfə olaraq qardaşı tərəfindən zorlandığını söyləyir. Qardaşı hərbi xidmətdə olduğundan onun barəsində müvəqqəti olaraq tədbir görmək mümkün olmur. Ata ilə əminin cinayət işi birlikdə məhkəməyə göndərilir.

Məhkəməyə ifadələrində Z.N qızı əxlaqsız yola düşdüyünə görə onu cəzalandırdığını bildirir. O, G.N-nin qardaşı T.N-yə şər atdığını söyləyir. R.N isə qardaşı qızını zorlamadığını, onun istəyi ilə cinsi əlaqədə olduğunu söyləyir.

G.N məhkəməyə ifadəsində ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyir. Beləliklə məhkəmə prosesi sona çatır. Məhkəmənin hökmü ilə R.N 15 il, Z.N isə 14 il müddətinə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə azadlıqdan məhrum edilirlər.

G.N-ni ilk dəfə zorlayan qardaşı barəsində isə cinayət işi ayrı icraatda aparılır. Çox güman ki, məhkəmə onun barəsində də ədalətli qərar çıxaracaq.

P.S. Bu yazı R.N və Z.N barəsində olan cinayət işinin ittiham aktı əsasında qələmə alınıb.

Fərid Əkbərovскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Lənkəranda ağır yol qəzası baş verib.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Kriminal

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: ata 6 yaşlı oğlunun başını kəsdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının