Azərbaycanda atalıq məzuniyyəti təsdiqləndi...



Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər az işləyəcək.

Analoq.az Şərq.az-a istindən xəbər verir ki, onlar üçün qısaldılmış iş vaxtı tətbiq edilib. Bu, Prezident İlham Əliyevin "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləməsi ilə mümkün olub.

Qeyd edək ki, bundan əvvəl dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilmişdi. Ancaq bundan sonra qanunda nəzərdə tutulan güzəşt 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə şamil ediləcək.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Tahir Kərimlinin sözlərinə görə, uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərdən kimlərin istifadə edib-etməyəcəyi müvafiq icra hakimiyyətlərinin yoxlamalarından sonra müəyyən ediləcək: "Müraciət edən şəxsin həyat şəraiti yoxlanılandan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər dövlət dəstəyi ilə təmin olunacaqlar. Dəyişikliyin əsas mahiyyəti də anaların diqqətdən kənar qalmamasıdır. Əslində əvvəllər qanunda belə güzəştlər yox idi. "Yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” maddəsi də mövcud qanunvericiliyə sonradan əlavə olunmuşdu. Bu gün isə dövrün tələblərinə uyğun olaraq "atalar” sözünü "valideynlər”lə əvəz etməli olduq. Əks halda, qadınların hüquqlarını pozmuş olardıq”.

Bu məsələnin çoxdan müzakirə edildiyini vurğulayan sosioloq-jurnalist Lalə Mehralı hələ bir neçə il əvvəl mətbuatda da müzakirəyə çıxardıqlarını deyib:

"Qanunda atalıq məzuniyyətinin olmaması və kişilərə bu imtiyazın verilməsini dəfələrlə müzakirə etmişik. Axı qanun tək analar üçün yazılmayıb, qanunlar vətəndaşlar üçün yazılır. Övladına tək baxan anaların hüququnu qoruyan qanun, eyni tolerantlığı atalara da göstərməlidir, necə ki, Azərbaycan qanunları göstərir. Nəzərə alsaq ki, bu gün boşanan ailələrin sayı günü-gündən artır və məhkəmə bütün hallarda uşağı anaya vermir, o cümlədən anasını itirən uşaqlar ata himayəsində böyüyür, o zaman həm işləyib, həm də tək uşaq böyütməyin çətinliyini ata da yaşayır. Eyni zamanda atasını itirən, valideynləri boşanan, ana himayəsində böyüyən 3 yaşadək olan uşaqların məsuliyyətini daşıyan analar üçün də bu üstünlük yerinə düşüb.

Qanundan yararlanacaq çoxlu insanlar var və bu müsbət haldır. Amma 3 yaşınadək övladını tək böyüdən ata və anaların hamısı dövlət müəssisəsində işləmir, körpə uşağını tək böyütməyə məcbur olan, səhər saat 8-də evindən çıxıb özəl müəssisəyə işə gedən, axşam 22-də qayıdan valideynlər də var. İşdə olduğu müddətdə uşağı ya nənə-babasında, ya da dövlətin himayəsində - bağçada olur. Uşaq bir valideynindən məhrum olub, ikincinin də üzünü axşamdan-axşama görürsə, bu onun psixologiyasına, sosial həyatına da mənfi yöndə təsir göstərəcək. Düzdür, bizim ailələr, adətən 3 yaşınadək uşaqları bağçaya vermək istəmir, lakin iş saatlarının çoxluğundan və uşağa baxa biləcək bir yaxının olmaması səbəbindən buna məcbur olurlar. Məncə bu qanun dövlət müəssisəsində işləyib-işləməməsindən asılı olmayaraq uşağını tək böyüdən hər bir valideyn üçün tətbiq edilməlidir. Gələcəkdə bu kimi imtiyazların özəl müəssisələrdə də olmasını istərdik”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

StevMymn

написал 0
Acheter Xenical Orlistat En Ligne viagra Pilule Viagra Unite Purchase Macrobid Discount Worldwide Kamagra Kautabletten