Manşet / #Yazarlar / #Ədəbiyyat
O hansı dağdı ki, dumanı yoxdu

Allah vermədi
Allahdan istədim, allah vermədi
Bəndədən istəyim, xeyri nədir ki?!
Biri seviləndə biri sevilmir,
Heç-heçə olmaq da xeyrinədir ki...
Eh, mənə vermədi, vermək fikri yox,
Mən hara, sevginin ünvanı hara.
Oyunçu eylədi bəxtəşahabbas,
Bütün hisslərimi qoydu qumara.
Yer üzü adamla dolub-daşır ki...
Qoy bir bəndəsi də yadından çıxsın.
Ümid gözlərimi yolda qoydu ki,
Bir ömür səssizcə səmaya baxsın.
Gəlmişəm
Əlindən tutmağa əlim gəlmədi,
Ayrılaq!- deməyə dilə gəlmişəm.
Sənə od qoymuşam... Od da müqəddəs,
İndi də əlimdə tələ gəlmişəm.
Bilmirəm sən hansı tora düşəcən
Sevsən də ikinci tura düşəcən
Nə bilim, ordan da hara düşəcən,
Haradı bilmirəm, hələ, gəlmişəm.
Gəl burdan ayrılıq tərəfə gedək
Ömürlük həsrətin xeyrini güdək.
Onsuz da, bilirsən ömrü çox gödək,
O qəlbinə düşən xala gəlmişəm.
Kimi
Mənə çəkdiyin dağa gəl,
Gəl, qorxma, dumanı yoxdu.
Elşən Əzim
O hansı dağdı ki, dumanı yoxdu,
Mənim ilk sevgimin göz dağı kimi?
O hansı yazardı romanı yoxdu,
Şair ürəyimin söz dağı kimi.
Elə sancır sanki key iynələyir,
Bir işə yaramaz şey iynələyir.
Tikməyi bir yana, hey iynələyir
Cumubdur üstümə biz dağı kimi.
Göybəgöy axtardım, Səma, özümü
Yerbəyer yerlərdə bitdi əzimim.
Gönüqalın bilib üzsüz üzümü
Dərimi hey soyur xəz dağı kimi.
Yuxuda
Sən yuxuya gedəndə
Mən yuxudan gəlirdim.
Gözün məni güdəndə
Özüm bunu bilirdim.
Yuxu mənə gələndə
Mən də səndən gedirdim.
Sən mənimçün öləndə
Mən də gendən gedirdim.
Mənə o təsir edir
Sən axı dan gəlirsən.
Hamı yuxuya gedir
Sən yuxudan gəlirsən.
Hamı xeyrini güdür
Sən də mənə zərərsən.
Məni könlünə müdir
Yat, yuxuda görərsən.
Taxta divan
Vaxtla oynama, gülüm,
Vaxtında oyna bir az.
Özünə divan tutma
Taxtında oyna bir az.
Oturtmaqçün yerində
Taxta divan qurular.
Sənin alın tərində
Taxta divan qurular.
Boş sözdü ki, deyirlər
Quruca baxtın olsun.
Baxtın quruyanacan
Qızıldan taxtın olsun.
Gülnar SƏMA
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Allahdan istədim, allah vermədi
Bəndədən istəyim, xeyri nədir ki?!
Biri seviləndə biri sevilmir,
Heç-heçə olmaq da xeyrinədir ki...
Eh, mənə vermədi, vermək fikri yox,
Mən hara, sevginin ünvanı hara.
Oyunçu eylədi bəxtəşahabbas,
Bütün hisslərimi qoydu qumara.
Yer üzü adamla dolub-daşır ki...
Qoy bir bəndəsi də yadından çıxsın.
Ümid gözlərimi yolda qoydu ki,
Bir ömür səssizcə səmaya baxsın.
Gəlmişəm
Əlindən tutmağa əlim gəlmədi,
Ayrılaq!- deməyə dilə gəlmişəm.
Sənə od qoymuşam... Od da müqəddəs,
İndi də əlimdə tələ gəlmişəm.
Bilmirəm sən hansı tora düşəcən
Sevsən də ikinci tura düşəcən
Nə bilim, ordan da hara düşəcən,
Haradı bilmirəm, hələ, gəlmişəm.
Gəl burdan ayrılıq tərəfə gedək
Ömürlük həsrətin xeyrini güdək.
Onsuz da, bilirsən ömrü çox gödək,
O qəlbinə düşən xala gəlmişəm.
Kimi
Mənə çəkdiyin dağa gəl,
Gəl, qorxma, dumanı yoxdu.
Elşən Əzim
O hansı dağdı ki, dumanı yoxdu,
Mənim ilk sevgimin göz dağı kimi?
O hansı yazardı romanı yoxdu,
Şair ürəyimin söz dağı kimi.
Elə sancır sanki key iynələyir,
Bir işə yaramaz şey iynələyir.
Tikməyi bir yana, hey iynələyir
Cumubdur üstümə biz dağı kimi.
Göybəgöy axtardım, Səma, özümü
Yerbəyer yerlərdə bitdi əzimim.
Gönüqalın bilib üzsüz üzümü
Dərimi hey soyur xəz dağı kimi.
Yuxuda
Sən yuxuya gedəndə
Mən yuxudan gəlirdim.
Gözün məni güdəndə
Özüm bunu bilirdim.
Yuxu mənə gələndə
Mən də səndən gedirdim.
Sən mənimçün öləndə
Mən də gendən gedirdim.
Mənə o təsir edir
Sən axı dan gəlirsən.
Hamı yuxuya gedir
Sən yuxudan gəlirsən.
Hamı xeyrini güdür
Sən də mənə zərərsən.
Məni könlünə müdir
Yat, yuxuda görərsən.
Taxta divan
Vaxtla oynama, gülüm,
Vaxtında oyna bir az.
Özünə divan tutma
Taxtında oyna bir az.
Oturtmaqçün yerində
Taxta divan qurular.
Sənin alın tərində
Taxta divan qurular.
Boş sözdü ki, deyirlər
Quruca baxtın olsun.
Baxtın quruyanacan
Qızıldan taxtın olsun.
Gülnar SƏMA
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Manşet / #Yazarlar / #Maraqlı / #Ölkə / #Ədəbiyyat
Şəhanə Müşfiq:"Özüm də yad oldum özümə Allah"
Manşet / #Yazarlar / #Ədəbiyyat
Faiq Hüseynbəyli:"İçimdə Allah yaşayır"
#Ədəbiyyat
Gülnar Səmadan şeirlər
-
#KriminalDünən, 09:30
Azərbaycanlı samboçunu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir
-
#Mədəniyyət16-02-2019, 15:00
Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib
-
#ƏdəbiyyatDünən, 13:30
Mətnə düşməyən abzaslar-Kənan Hacı yazır-
-
#MədəniyyətDünən, 12:00
Daimi Nümayəndəliyinin rəhbəri Litvanın Müstəqillik günü münasibətilə təşkil edilmiş tədbirdə iştirak edib
RƏY YAZIN