Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ölkə / #Ədəbiyyat

Gözümdə suallar asılıb qalıb...Nigar Arifin şeirləri..

1-02-2017, 21:00 | 7632 dəfə baxılıb.

Tapmışam səni

Görmürəm,görünmür bu saat bu yer,
Baxışım harasa qısılıb qalıb.
Ağlımda hərlənir bir neçə nida,
Gözümdə suallar asılıb qalıb.

Görmürəm,görünmür bu saat bu yer,
Ruhumdan bir məktub uçurur səba.
Arzular könlümə düşüb rəqs edir,
Süzürəm dilimdən boşluğa dua.

Görmürəm,görünmür bu saat bu yer,
Uzaqda yaxını gəzirəm indi.
Qazmışam bugündən dünənə qəbir,
İçində kədəri əzirəm indi.

Görmürəm,görünmür bu saat bu yer,
Məhəbbət,işığın kor edib meni.
Dünyanı söndürüb,dünyama gəlib,
Bu kiçik qəlbimdə tapmışam səni.





Həyat


Ürəkdən ürəyə o yollar ki var,
Onların hamısı həyatdı,həyat.
Xoşbəxti çölündə həmişə təzə,
Bədbəxti içində boyatdı,boyat.

Biraz mən,biraz sən,biraz da odu,
Həyatın həyatı insanlarıdı.
Üzülmə,dərdlərlə başını yorma,
Bu şıltaq həyatın oyunlarıdı.

Ötəri nəsnədi,əzizim,biz də,
Köçəri quş kimi ömür sürürük.
Bəlkə də beşikdən qəbirə kimi,
Hörümçək toru tək zaman hörürük.

Həyatdı,sən bilən cənnət deyilki,
İçində cəhənnəm cəhənnəmi var.
Girdiyi gözlərin dərinliyində,
Sevgisi yaşadar,nifrəti yorar.





Sənsiz yuxum da qarışdı


Günortaya döndü səhər,
Axşam düşdü,qarışdı şər,
Günlərim keçdi birtəhər,
Səndən bir cavab gəlmədi.

Aylar ayları adladı,
Sükut səsi tapdaladı,
Il yolunu yarıladı,
Səndən bir cavab gəlmədi.

Yazı yay bitirdi,
Payızımı qış itirdi,
Fəsil fəsili gətirdi,
Səndən bir cavab gəlmədi.



Gecə gündüzlə danışdı,
Ayla ulduzlar bariwdi,
Sənsiz yuxum da qarışdı,
Səndən bir cavab gəlmədi



Keçən mənsizlik

Ayaq səslərimdən oyanır sükut,
Divarlar diksinib gözünü ovur.
Əsnəyir pərdələr təmbəl küləklə,
Mən dolub otağa yuxunu qovur.

Çıxarıb üstümdən yorğunluğumu,
Alıb öz qoynundan atır pəncərəm.
Açıq sinəsilə təmiz havadan,
Fərahlıq gətirib qatır pəncərəm.

Dağınıq şəfəqlər sərilir yerə,
Hardasa bir küncdən qaçır yoxluğum.
Köhnəlir kitabtək keçən mənsizlik,
Toz kimi tökülür üstə çoxluğum.

Divardan yapışıb qalan saat da,
Qocalıb,əqrəblər sözünə baxmır.
Elə mən gedəndən deyəsən onda,
Zaman geri gedir,irəli axmır.

Budur,yatağım da yorğan-döşəkdə,
Gözünü zilləyib tavana sarı.
Soyuqdan qoruyub mənsiz yerimi,
Gözləyib haçansa gələr Nigarı



Ay qız bu nə gözəllik

Bir fikir qayığına,
Minib gedir baxışlar,
Dolaşır ayağına,
Qəlbindəki naxışlar.

Hər naxış bir həyacan,
Sarmaşıb uşaq kimi,
Gözünün eyvanından,
Qalxır bir uçaq kimi.

Parıldayır həvəs də,
Gün altında qızıl tək,
Dərin göz didəsində,
Əsir ərköyün külək.

Nazlı qəmzələrinə,
Tab gətirmir yanaqlar.
Çoxalır təbəssümün,
Yana qaçır dodaqlar.

Bax o kiçik çökəkdə,
Gizli doğur gözəllik.
Aləmə sevgi çökür,
Ay qız,bu nə özəllik?

Yerlər yerindən qaçır,
Ədalı yerişinə.
Üzündə güllər açır,
Hazırsan görüşünə?


Tarix: 21:00 Oxunma Sayı: 2994 dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

Məhəmməd Turan

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının