Azərbaycanlı avtoritet "sxodka"da başından güllələndi..



Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb.

Analoq.az Reporta istinadən bildirir ki hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.
Tarix: 14:00 Oxunma Sayı: 9716 dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi