• 23:58 – Hitlerin qəzəbinə tuş gəlmiş azərbaycanlı pəhləvan 
  • 22:59 – Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR 
  • 11:00 – Roza Zərgərli:"Hüseynin elə bir yerindən telefon çıxdı ki..." 
  • 10:12 – 20 yaşlı xanım yaxınlıq etmədiyinə görə şəkillərini montaj edib yayan iki uşaq atası saxlanıldı 
  • 22:52 – Qurd ;"Cavidan tir-tir əsirdi" 
  • 22:05 – Haci Əbdül: "İran çempion olsa, nəzir-niyaz verərəm" 
  • 19:17 – Həkim müğənnini döydü 
  • 16:51 – Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı-Bəxtiyar Qəhrəmanov 

Bu şəxslərin PENSİYA YAŞI ARTIRILDI..

Bu şəxslərin PENSİYA YAŞI ARTIRILDI.. Bu şəxslərin PENSİYA YAŞI ARTIRILDI.. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik layihəsi müzakirə olunub.

Analoq.az baku.ws-ə istinadən xəbər verir ki, indiyədək, xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan yalnız orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilərdi.

Dəyişiklik layihəsinə əsasən, bu qayda kiçik (siyahısı mübafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) rəis heyəti vəzifəsində işləyən əməkdaşlara da aid ediləcək.

Qeyd edək ki, orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar 55 yaşına qədər, sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar isə 50 yaşına qədər xidmətdə ola bilərlər.
Layihədə bildirilib ki, bu dəyişiklik Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış polis əməkdaşlarının xidmət müddətinin artırılmasını nəzərdə tutan siyahını, qənaət etmək məqsədilə genişləndirilməsi təklif olunur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Tarix: 22:00 Oxunma Sayı: 11325 dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV