Sən heç bilirsənmi darıxmağ nədi? Orxan Saffarinin şeirləri...



"Yadımdadı"
Yadımdadı..
Məni "TƏRK" edən də belə
"TƏK" getməmişdin sən.
Bir qucaq sevgi aparmışdın,
Bir qucaq ümüd qoparmışdın,
Gözlərimin içinə qədər yalnızlıq
dolmuşdu bədənimə
Ruhum hüzünlü sinfoniyalara köklənmiş,
Biraz da xroniki ağrılarım vardı
Yadımdadı...
Birdə səndən sonra mənə,
bir qucaq not ayrılıq qaldı....
İndi birgə dinlədiyimiz mahnılar da
cənazə marşımı çalır
elə bil,
Sonuncu məsləhət gördüyün
kitabın da elə ilk cümləsində
sən varsan....,
Bilirsən....?.....
İndi mənim
"yaxşı ki, varsan" deyən vaxtımdı
Amma baxıram "sən yoxsan".....


"Çörəkçi qadın"

Hər səhər azan səsinə oyanır,
Övladını qucaqlayıb,
Yatan o çörəkçi qadın!
Sanki Xəmir iyi verən saçlarında gizlənib, Təndir çörəyinin qıraqları tək
qızaran, yanan illəri.....
Mənə elə gəlir ki, o daha çox yoğrulub
Ərinin onu atdığı illər də
İndi onun unlu paltarı
daha aydın sezilir
Bu qaranlıq gecələrdə......
Hərdən də öz qadınının yanından,
yenicə duran bir maşın sahibi də saxlayır,
"Otur aparım deyə".....
Amma, tələsir, qaçır, çörəkçi qadın!
Hələ təndirə yapılacaq
nə qədər çörəyi var,
Siz ki, onu tanımırsız hələ.
-Mən deyim
Onun dırnaqlarının qırağında
xəmir quruyan
-zərif əlləri var......!!!


Sən heç bilirsənmi darıxmağ nədi?

Sən heç bilirsənmi darıxmağ nədi?
Onun qoxusunu duya bilmirsən
gecələr onunçün yuxu yatmayıb
səhərlər yerindən dura bilmirsən
Sən heç bilirsənmi darıxmağ nədi ?
Yeməkdə keçməz onsuz boğazından
Sən heç bilirsənmi darıxmağ nədi?
Tutarsan kədərin düz yaxasından
Sən heç bilirsənmi darıxmağ nədi?
Bir addım yerindən ata bilməmək
Sən heç bilirsənmi darıxmağ nədi?
Etdiyin arzuya çata bilməmək
Sən heç bilirsənmi darıxmağ nədi?
Gərək hər işində karıxasan sən
Sən heç bilirsənmi darıxmağ nədi?
Gərək ki, mən qədər darıxasan sən.


"Ata gedişi"

Hərdən çox tez gedir atalar
O, qocalmamış
Sən böyüməmiş
Hərdən bütün dərd-kədəri görür atalar
Bəzən bir şad gününü belə görməmiş......
Hərdən qabar-qabar olur atalar
Bəzən qəddi bükülmüş
Əslində atasından sonra bilir insan
Adamlar necə də asan ölürmüş.......
Fəsadp pis olur bu gedişlərin
Bir ana oğulsuz,
Bir qadın başsız qalır
Bəzən özünə doymadıqlarımız
Bir ömür divardan asılı qalır.........
Çıxarıb atmaq da olmur bir kənara
Eləcə zillənib şəkilə baxırsan
Yadına düşür ki, nə arxan var, nə də dayağın
Səssizcə sakitliyə qulaq asırsan......


Orxan Saffari
Tarix: 21:00 Oxunma Sayı: 697dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Need Cialis Today Cialis Sin Prescripcion Generic Real Provera cialis Online Secure Progesterone Medicine No Prescription Needed