Elə o qız da bir səhər...



Əllərimçün gec olacaq
Bir gün çıxıb gedəcəksən.
Mənə adamlar güləcək,
Divarlar üstümə gəlib
Pərdələr, camlar güləcək.
Əvvəl əllərim solacaq,
Qocalacaq, qocalacaq.
Bəlkə də, qayıdacaqsan
Əllərimçün gec olacaq.
Gedəcəksən, qalmayacaq,
Bu dünyada bircə kəsim,
İkihecalıq adını,
Pıçıldayacaq nəfəsim,
Silinəcək həyatından,
Söhbətim sözüm gedəcək,
Solmuş əllərim gedəcək,
Doluxmuş gözüm gedəcək.
Bir beşikcə doğulmuşdum,
Bu dünyayla bir gedəcəm,
Hamı üçün açılmamış,
Bir düyünlü sirr gedəcəm.
Nəyim idin? - Qonşu qadın
bilməyəcək, bilməyəcək,
"Yarpaqlar pıçıldaşacaq:
- Gəlməyəcək, gəlməyəcək"
Gecələr, uzun gecələr
Adamın sonuna çıxır,
Getmək üçün tələsənlər,
Gedəndən sonra darıxır.
Bilirsənmi, bilirsənmi,
Səndən əvvəl hamı getdi,
Bu həyat alıb apardı,
Atamı, anamı getdi.
Bilirsənmi, bilirsənmİ?
Əvvəl əllərim solacaq,
Qocalacaq, qocalacaq,
Bəlkə də, qayıdacaqsan,
Əllərimçün gec olacaq.


ŞƏKİL

Bütün yaxşı adamları,
Yer aparır, torpaq udur,
Gözümün qabağındaca,
Hamı bir-birin unudur.
Hər gün həsrət qoxuyacaq,
Hər gün ayrılıq dadacaq,
Elə o qız da bir səhər,
O oğlanı unudacaq.
Silinəcək yaddaşından,
İsti-isti görüşləri,
Silinəcək sığalları,
Silinəcək öpüşləri.
Güzgülərdən qəşəng-qəşəng
Şəkilləri yox olacaq,
O qız dönüb o oğlandan,
Öz içinə yıxılacaq.
O oğlanı kəsik-kəsik,
Şəkillərdən toplayacaq,
Əllərini tapmayacaq,
Gözlərini tapmayacaq.
Üç il qabaq bu şəkillər,
Tikə-tikə deyildi ki,
Gözündəki o tənhalıq,
Belə yekə deyildi ki.
Üç il qabaq... Nə yazıq ki,
Sonrasını görmək olmur,
Üç il sonra geri qaçıb
o şəkilə girmək olmur.


OLMADI

Bu dünyada evciklər həmişə evə dönmür.
Çirkin ördək balası, həmişə sona olmur,
Bütün analar mələk, bütün atalar igid,
Bütün qızlar gəlincik bələyib ana olmur.
Ürəyin istəyəndə ulduzlar ocaq imiş,
Sevəndə evlər qəfəs, küçələr ev kimiymiş,
Divlərin insafına şükr eyləmək gərəkmiş,
Bu xaraba dünyada adamlar div kimiymiş.
Mənim nağıllarımda almalar yada qaldı,
Mənim nağıllarımda sular qırçın olmadı,
Məlikməmməd əbədi zülmət dünyada qaldı,
Ol deyəndə olanlar axı neyçün olmadı?
Bu küçələr adamsız, bu adamlar hardadır?
Hardadır əliuzun, qucağı boş adamlar?
Neçə cildə girirlər əcəldən gizlənməkçün,
Bu insafsız adamlar, axırı daş adamlar.
Bütün ağır yükləri zərif çiyinlər çəkir,
Dərdlərin ən ağırı, ən zərif qızın olur,
Günəşdən üz çevirmək hamının işi deyil,
Balaca adamların kölgəsi uzun olur.

Vəfa Mürsəlqızıскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Cialis 20 Mg Espana Uri Amoxil Kamagra In Canada tadalafil cialis from india Buy Generic Cialis Fast Free Shipment Buy Viagra 100 Mg Cod