Nazirdən Ledi Qaqaya bir milyon dollar verilməsi xəbərinə açıqlama



Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində dünya və ya yerli ulduzların iştirak etməsi nəzərdə tutulmur.

Analoq.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, açılış proqramı möhtəşəm bir şou olacaq:

“Lakin açılışın proqramı elədir ki, orada mahnı oxumaq nəzərdə tutulmayıb. Ancaq bağlanış mərasimində yerli ulduzlar bizə dəstək verə bilərlər. İnanıram ki, açılış mərasimi hər kəsin çox xoşuna gələcək”.

A.Rəhimov Birinci Avropa Oyunlarının açılışında iştirak edən dünya ulduzu Ledi Qaqaya bir milyon dollar verilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

O,bildirib ki, Top-10-luqda olan dünya ulduzlarının müqavilədə göstərilən qiymətləri adətən açıqlanmır:

“Dünya ulduzları müxtəlif tədbirlər üçün müxtəlif qiymətlərə razılaşa bilirlər. Səhv etmirəmsə, bu ulduzların böyük tədbirlər üçün qiyməti bir milyon dollara qədərdir. Ancaq Azərbaycana gəlincə, Ledi Qaqaya verilən qonorarın məbləğini açıqlaya bilmərəm, bu, kommersiya sirridir”

Tarix: 20:00 Oxunma Sayı: 4970dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi