YENİ QƏRAR! İşıq pulu belə HESABLANACAQ - Sakinlər ayağa qalxdı



"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) məcburi köçkünlərin sayğaclarının son göstəricisini silib.

Bu barədə məcburi köçkünlər məlumat verib.

Məlumata görə, indiyədək elektrik enerjisini onlara ayrılan 150 kVt/saatlıq limitdən az işlədərək qənaət edən, həmçinin də limitdən artıq elektrik enerjisi sərf edən məcburi köçkünlərin elektrik sayğaclarının son göstəricisi sıfırlanıb.

Müxtəlif ünvanlarda məskunlaşan məcburi köçkünlər bildiriblər ki, adambaşına ayda 150 kVt/saat elektrik enerjisindən pulsuz istifadə limitini qənaətlə işlədərək balanslarına müəyyən məbləğdə vəsait toplayıblar.

Bu günlərdə isə "Azərişıq" ASC-nin əməkdaşları onların qənaət etdiyi məbləği balansdan silərək sayğacın son göstəricisini 0 ediblər: "Biz elektrik enerjisinə qənaət edərək aylıq limitdən az işlətmişik.

Bunun sayəsində bəzilərinin sayğacında göstərilirdi ki, balansımızda müəyyən məbləğdə vəsait qalıb. Bir-iki gündür ki, sayğacımızın balansı 0 göstərilir. Araşdırdıq, məlum oldu ki, "Azərişıq" ASC bizim qənaət edərək balansımıza topladığımız məbləği silib.

Səbəbini isə bizə izah edən yoxdur. Halbuki bizim elektrik enerji sərfiyyatımız sayğacdakı son göstəriciyə uyğun hesablanırdı.

Qənaət edib işlətmədiyimiz limit balansımızda qalırdı. O limiti bizə dövlət ayırmışdı, işlətdik-işlətmədik, həmin 150 kVt/saat elektrik enerjisinin haqqını "Azərişıq" ASC-ə aylıq olaraq ödəyibdir.

Biz isə qənaət edərək limitdən az işlədib o məbləği balansımıza toplamışıq. İndi "Azərişıq" ASC dövlətdən hər ay pulunu aldığı 150 kVt/saat elektrik enerjisindən əlavə bizim işlətmədiyimiz elektrik enerjisinin haqqını da əlimizdən almış olur.

Bununla bağlı "Azərişıq" ASC-nin məsələyə münasibəti öyrənilib. "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, indiyədək məcburi köçkünlərə elektrik enerjisi üçün ayrılan limit aylıq elektrik enerjisi sərfiyyatı kimi hesablanıb: "Məcburi köçkünlərə adambaşına ayrılan 150 kVt/saat elektrik enerjisi aylıq limit idi.

Limit aylıq norma kimi nəzərdə tutulduğundan, növbəti aya keçə bilməzdi. Onu da qeyd edim ki, məcburi köçkünlərin bəziləri elektrik enerjisini qənaətlə işlətdiklərini iddia etsələr də, xüsusilə, rayon yerlərində məskunlaşan məcburi köçkünlər aylıq limiti dəfələrlə aşırdılar və həmin məbləğ borc kimi yaranmışdı.

Hesablasaq, limitdən artıq sərf edilən elektrik enerjisinin haqqı, qənaət edilərək məcburi köçkünlərin balansına toplanan məbləğdən dəfələrlə çoxdur.

Məcburi köçkünlər üçün kommunal xidmətlərə görə, limit ləğv olunaraq müavinətlə əvəzləndiyindən, "Azərişıq" ASC dəqiq hesablama aparmaq üçün onların sayğacının balansının son göstəricisini 0-dan hesablayacaq. Biz qanuna müvafiq olaraq işimizi görürük".

T.Mustafayev deyib ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilən müddətdən indiyədək, məcburi köçkünlərin məskunlaşdığı mənzillərə 5 min 700 elektrik sayğacı quraşdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsindən də bildirdilər ki, Nazirlər Kabinetinin müvafiq qərarında məcburi köçkünlər üçün ayrılan kommunal xidmətlərə görə limitin növbəti aya keçməsi barədə qeyd yoxdur:

"Bu isə məcburi köçkünlərin elektrik enerjisini qənaətlə işlədərək balansa yığdıqları limitin növbəti aya keçməsinə əsas vermir".

Mənbə:Sonxeber.az
Tarix: 23:00 Oxunma Sayı: 8296dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Propecia Side Effects Allergy generic cialis Kamagra Apcalis Propecia Generico En Espana Comprar Cialis En Mendoza Kamagra 100mg Berichte Est Usar La Propecia tadalafil generique Viagra Sildenafil Preisvergleich Precio De Cialis Generico En Aguascalientes Nitrofurantoin Mono Mcr 100myl canadian cialis Cialis Acheter Europe Viagra X Donne Tadalafil Kaufen Direct Generic Hydrochlorothiazide Medicine Cash Delivery Price online pharmacy Viagra Cialis Prostata Viagra Deutsche Apotheke Il Cialis Aumenta La Pressione Generique Cialis Prix Viagra Samples For Sale cialis price Io Col Viagra Mi Calmo Viagra Wholesale China Dosage For Amoxicillin 400 5ml