Sən onun könlünü sərxoş nə zaman eyləmisən?Esmira Rəhimli şeir və qəzəllər..



Tərs kimi

Könlüm ovsunlanmış yenə, qadasın alım, tərs kimi,
Bilmirdi var ondan betər, ondan da zalım tərs kimi.

Balıq tək çıxdım sahilə, atmir gölə bilə-bilə,
Soruşmur məndən halımı, pisdir əhvalım tərs kimi.

Çatmır atlası tənimə, bu qumaşdan nə nimtənə?
Vəfasız dünya bir kərə demir qal, qalım tərs kimi.

Danışmayır hikkəsindən, and vermişəm qibləsindən,
Qıfıl vurmuş cümləsidən sözlərə lalım, tərs kimi.

İnciyərlər incidəndən, Əsməra, o küsdü səndən,
İçir nəyi var dünəndən cahi-calalım, tərs kimi.


Niyə gəldin

Yaramı sarmadan öncə gedəcəkdin, niyə gəldin?
Götürüb dava-dərmanı dönəcəkdin, niyə gəldin?

Ey təbib, öz canımı mən özüm viran eyləmişəm,
“Özünə yaxşı bax" gəlib deyəcəkdin, niyə gəldin?

Olmuşam qandallı əsir, ürəyim tir-tir əsir,
Bu könüllər sultanını qul eyləyəcəkdin, niyə gəldin?

Qatmısan zəhər badəmə, bal tək şirindir həyat,
Bu şirin canımın qətlinə fərman verəcəkdin, niyə gəldin?

Gülə şeh, bülbülə gül, sənə gülmək yaraşır,
Gözümün yaşı axarkən güləcəkdin, niyə gəldin?

Əsməra, hamı tək gəlir bir gün cahana gələndə,
Sən ki, tənhalıq içində öləcəkdin, niyə gəldin?



Gəlməz


Biz bahar xəstəsiyik, çarə zimistan* bizə gəlməz,
Nə qədər ah edərik tazə gülüstan bizə gəlməz.

Çünki fani cahanın adamlarından deyilik biz,
Bəlkə ondan ötərü o əhli-dövran bizə gəlməz.

Qırılıb yelkəni qalıb dəryayi-ümman üzündə,
Yəqin ol səbədəndir, gözləri ümman bizə gəlməz.

Məntiqlə, əqli-zəkayla hələ gərdişlərə baxsaq,
Buraxıb cənnəti əlbəttə ki, rizvan* bizə gəlməz.

Qaraldar göyləri zülmə fəryadı, ahı müslimün,
Nə günah işlətmişik axir-əz-Zaman bizə gəlməz?

Əsməra, hər könlü qan, gözləri giryan gələr bizə,
Neçin bir gülər üzlü, bəxti firavan bizə gəlməz



Dəyməz

Qaranlıq gecələr, zülmət gecələr
Qara gözlərinə, qaşına dəyməz!
Ağlama, əzizim, bu gözəl dünya
Sənin gözlərinin yaşına dəyməz!

Kefçün yaratmayıb bəni-adəmi,
Düzək yaxamıza incini-dəni.
Bir adam bilib də qəlb incidəni
Döyəsən dizinə-başına, dəyməz!

Küsməsin ürəyin, dönməsin üzün,
Bu dünya sənindir, mənimdir, bizim!
Əgər ki, sevinib-gülməsən, quzum,
Bir ovuc torpağı daşına dəyməz!

Mən də sənin kimi başı bəlalı,
Mən də sənin kimi qara sevdalı.
Aşbaz öyrənməsə od yandırmağı
Ocağın istisi aşına dəyməz!



Sevə bilmərəm!

İlişdi gəmisi qaldı qayada,
Dəniz sultanı Nuh oldu piyada.
Hər kəsin qisməti var bu dünyada,
Mən yer insanını sevə bilmərəm.

Kimə lazımam ki, qala nigaran,
Belə dil bilməzi kimdir axtaran?
Həm də bu ürəklə heç vaxt, heç zaman,
Mən yer insanını sevə bilmərəm.

Bir gözü ağlayan, biri gülənsən,
Ürəyi oxuyan, qəlbi bilənsən.
Sən də mənim kimi göydən gələnsən?
Mən yer insanını sevə bilmərəm!



Eyləmisən

Nə olub yenə, ey gül, dövrə tikan eyləmisən,
Çıxmısan dağ başına orda məkan eyləmisən.
Yenə qan eyləmisən!

Həsrətli aşiqinin ki, ahını almaz göylər,
Sən ona busə verib tərki cahan eyləmisən.
Yenə qan eyləmisən!

Etmədən naleyi-ney, vermədən badeyi-mey,
Sən onun könlünü sərxoş nə zaman eyləmisən?
Yenə qan eyləmisən!

Büzmüsən qönçə dodağı, göstərib lalə yanağı,
Bülbülün bağrını oxla yenə qan eyləmisən,
Yenə qan eyləmisən!

Göylərdən gizli tutarmı, Əsməra, könül dağını,
Gözünün yaşını sanma yerdə nihan eyləmisən.
Yenə qan eyləmisən!


Tarix: 21:00 Oxunma Sayı: 1084dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Kamagra 100 Mg Gel Generic Prevacid Online Viagra Quando Scade Il Brevetto cialis 20mg price at walmart Baclofene Lyon Professional Viagra Next Day Buy Cialis Legally Online 438