Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Maraqlı / #Ədəbiyyat

Sus, sakitləş, bir az dincəl ürəyim!Bənövşə Mahmudqızı şeirlər..

10-02-2017, 21:00 | 8512 dəfə baxılıb.

" Getmək "

Mən səndən getdim...
Elə səndən də getdim...
Bir, iki, üç...
Nə deyim vallah, az getməmişəm. Az üzməmişəm.
Az üzülməmişəm...
Hə, sevmişəm.
Səni başqa biri gələnə qədər,
səni də digəri gələnə qədər...
Nə gözləyirdin?
Təksən mi?
Müqəddəssən mi?
Yox, əzizim, yox!
Bu dünyada əvəzedilməz kimsə yox!
Bilirsən, qəribə olan nədir?
Səndən sonra gələn əsl sevgidir. Yəni mən belə sanmışdım...
Hə, aldanmışdım...
Heç vaxt aldanmayan mən... Sındırdım bu sehri...
Bilirsənmi necə?
Dünyada çox yaxşı aktyorlar var... Onlara səssiz alqışlar.
Ona görə səssiz ki, qoy həmişə aktyor qalsınlar...
Və bir gün cəzalarını alsınlar...
Bir də sən ey aktyor cənab!
Lap, lap, lap...
Az qalıb
Səndən getməyimə..




"Bir işə yarayım"

İdeyalarla aldanmış, qəzəbli terorist,
Yüzlərcə insana sıxacağın güllələri
Sıx sıxılmış canıma
Bir işə yarayım...
İçib ortalığı qarışdıran
Sən ey davakar alkaş,
O bıçaqla səni ayıran oğlanı yox
Yaralanmış ürəyimi yarala
Gözlərim qarala-qarala
Bir işə yarayım...
Qudurğan varlı balası
Bahalı maşın alıb atası
Sən Top oynayan uşağı yox
Əzilmiş ruhumun bədənimi əz keç
İstəsən lap gəz keç
Bir işə yarayım...
Məktəbin həyətində qızları güdən oğraş
Təcavüz edilmiş ruhumun bədənini sənə verirəm
Eni uzunu sənin olsun,
Amma nəfsin saf uşaqlardan uzaq dursun!
Bir işə yarayım...



" Dağılmış mirvarilər "

Sürməsi süzülür yanaqlarına,
Göz yaşları çatır dodaqlarına,
Əlinin üstü ilə silir dodağın,
Yayır sifətinə dodaq boyasın,
Güzgünün önündə ağlayır qadın...
Qadının boynunda boyunbağısı,
Sanki duyaraq onun ağrısın,
Qırıldı qadının qırıq qəlbitək,
Bütün mirvarilər sürüşdü tək - tək.
Qadın islanmış kiprikləriylə,
Gözlərini dikib bir anlıq yerə,
Baxıb dağılmış hər mirvariyə,
Taleyinə bir ad verdi:
" Dağılmış mirvarilər " - dedi.




"Sus, sakitləş, bir az dincəl ürəyim!"


" Şeirdən əvvəl üç ürək həbi "
Üşüyə-üşüyə yandınmı heç?
Özünlə oturub baş - başa
Göz yaşlarına etdinmi tamaşa?
Ağrılardan qışqırmaq istədinmi?
Ürəyinin harayını dinlədinmi?
Qırmamaq üçün kimsəni
Hamını qırıb,
Özünü darmadağın etdinmi?
Şeir yazılmalıdır gəlibsə dəmi,
Şeirdən əvvəl üç ürək həbi.
Bunu hansı şair edir?
Ürəyimin ölmək üçün ürəyi gedir...
Daha ağrıma belə,
İncimə, qırılma hər kəlimə ilə.
Deyirlər ki, olacaqsan gərəyim,
Sus, sakitləş, bir az dincəl ürəyim!




"Salam"

Salam...­
Susqun hayqırışlarım,­
Yağmayan yağışlarım...­
Salam...­
Bir zamanlar­
Sevincli anlarım,­
Sual dolu sabahlarım.­

Salam...­
Keçmişim, keçmiş dərdlərim,­
Gələcək əziyyətlərim...­
Mən gəldim ­
Sizlərlə üzləşməyə­
Anlayan yox,­
Sadəcə dərdləşməyə...­
Başlayıram şübhəyə­
Ona, buna, mənliyimə,­
Daxilimdə kimliyimə.­
Sual verdim, kiməm deyə...­
Cavab aldım bir qəribə.­
-Cəhənnəm sakini deyə...­
Bu dünyanın odunda mən­
Yanıram ki, ey Rəbb zatən.­
O dünyada yanmaq qismət...­
Bircə yol var - dəyişmək !­
Günahlarla güləşmək,­
Tövbələrə tutunmaq,­
Günahlardan yuyunmaq...­
Bir qərar qoy ağlıma,­
Sonda məni ağlatma,­
Yanlış yola saptırma,­
Qoyma səni unudam !­
Sən də məni unutma !­
Sanırdım ki mən bu an,­
Tamam başqa mətləbdən­
Yazacağam sən demə­
Ey Rəbbim, şükür hələ,­
Sevgili yarımsan sən,­
Yenə də mənimləsən !­


Bənövşə Mahmudqızı

Tarix: 21:00 Oxunma Sayı: 1049dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar / #Ədəbiyyat

Ruslan Nadir: "Səndən Başqasını, Sevə Bilmirəm"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının