Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Hansı ana öz balasını gümansız vəziyyətdə, darda qoyar?

12-02-2017, 00:21 | 4322 dəfə baxılıb.

Oğul hər gün işdən evə gələndə cibindən çıxardığı kağız pulu anasına verər və sonra keçib əynini dəyişərdi. Subaylığından buna vərdiş etsə də, ailə qurandan sonra da bu adətini pozmadan davam etdirirdi. Buna qıcıqlanan və oğulu anasına qısqanan gəlin isə hər dəfə qarğış edər, "ehsana qismət olsun" deyərək köks ötürərdi. Min bir əzab-əziyyətlə oğul böyüdən ana hər dəfə gəlininin qarğışlarını eşitsə də, özünü eşitməzliyə vurar, balasının verdiyi pulları "dar gün" üçün toplayardı. Bir gün gəlininin şiddətli ağrılardan əziyyət çəkdiyini görən ana oğluna zəng edərək onun təcili evə gəlməsini və gəlinin xəstəxanaya aparılmasını lazım olduğunu bildirir. Oğul evə gəlir və vəziyyəti ağırlaşan gəlini xəstəxanaya çatdıraraq müayinə etdirirlər. Məlum olur ki, gəlinin bədənində şiş var və gəlin təcili əməliyyat olunmalıdır. Əks halda həyatı təhlükə qarşısında olacaq. Əməliyyat isə xəstəxana məsrəfləri ödənildikdən sonra mümkündür. Oğul anasının illərdir topladığı pulları xatırlayıb əminliklə həkimə yaxınlaşır və lazımi ödəniş üçün onu arxayın edib əməliyyata başlamasını xahiş edir. Sonra isə anasının yanına gəlib vəziyyəti anasına başa salır. Ana oğluna pul lazım olduğunu eşidib bir qədər qüssələnir və qəmli-qəmli başını aşağı dikib oğluna deyir.
- Oğlum, məndə indi pul yoxdur. Topladığım pulları uzaq bir qohumuma əl borcu vermişəm. Bilməzdim ki, bizə bu qədər vacib pul gərək olar. Palatada uzanmış gəlin qayınanasının cavabını eşidəndə təbdən çıxaraq uca səslə qadını təhqir etməyə başlayır və bütün öfgəsi ilə danışır.
- Sən mənim ərimin pullarını yığıb qohum-əqrabana səpələyirsən, mən isə burada can verirəm. Sənin ucbatından ölüm ayağındayam. Qaynana gəlininin dediklərinə münasibət bildirmədən sakit dayanaraq oğlunun gözlərinin içinə baxır və onun da anasını məzəmmət edəcəyini gözləyir. Oğul isə anasının əllərini ovcuna alıb onun könlünü alır.
-Eyib etməz, ana! Yəqin ki, elə lazım olub. Mən bir yerdən pul tapıb ödəyərəm. Sən də pulunu geri alarsan, borcumuzu qaytarıb verərik.
Gəlin əməliyyat olunmuş və bu gün xəstəxanadan evə buraxılmışdı. Qaynana sevinir, gəlininin böyük bir təhlükədən xilas olduğu üçün Allaha dua edirdi. Oğlu isə fikirli-fikirli oturub aldığı borcu necə qaytaracağını düşür, içində var-gəl edirdi. Ana oğlunun boynunu qucaqlayıb təbəssümlə üzünə baxdı. Əllərini oğlunun qəmli çöhrəsində gəzdirib, "anan qəminə qurban, oğul"- deyərək övladının boyunu oxşadı və sürətlə yan otağa keçib ilıq ovuclarında tutduğu güllü kəlağayının arasına bükələdiyi topa kağız pullarla geri qayıtdı. Neçə illərdir topladığı pulları oğlunun başından səpib dolxusunaraq dilləndi:
- "Dar gününə mən qurban olum sənin, oğul!" Hansı ana öz balasını gümansız vəziyyətdə, darda qoyar? Oğlu hələ də təəccüblə anasına baxır, sual dolu gözləri gülürdü.
- Bu nədir, ana? Bəs deyirdin. ..? Anası onun sözünü kəsdi.
-Yox, oğlum. Mən pulu heç kimə verməmişdim. Amma sən hər dəfə mənə pul verəndə gəlinimin qarğışını qulaqlarımla eşidirdim. Odur ki, cürət edib bu pulları sənə vermədim. Qorxdum ki, nəsə pis bir şey olar. Sonra sən də əzab çəkərsən, mən də.
Qaynanasının dediklərini eşidən gəlin yatağında süst qalmışdı. Gözlərində isə iki damla yaş kipriklərindən asılı qalaraq donmuşdu və bu iki damla göz yaşı pəncərədən otağa düşən hərarətli günəş şəfəqlərini özündə əks etdirən bir cüt mirvariyə bənzəyirdi.

Şahin Abbasскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ədəbiyyat

Vüsal Yurdoğlu:"Nə deyirsən, ay dayı, onların papağı var?..."

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə / #Kriminal

Bakıda dəhşətli ailə faciəsi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının