Kommunal ödənişlərin qiyməti qaldırıldı.



Bir sıra yeni tikilən binalarda Mənzil-Tikinti Kooperativləri kommunal ödənişləri qaldırıb. Hətta elə şirkətlər var ki, ödənişi iki dəfəyə qədər artırıb.

Analoq.az Xəzər TV-yə istinadən məlumat verir ki, əvvəl 23 qəpik alınan kommunal xidmət haqqı artıq 40 qəpikdən tələb olunmağa başlanıb. Bu isə vətəndaşların narazılığına səbəb olub.

Sakinlər bildirir ki, MTK onlara qiymət artımının səbəbini də izah etmir. Etirazçıların dediyinə görə, kommunal ödəniş MTK-lara lift, zibil və binanın ümumi təmizliyi üçün edilir. Əgər artım varsa, bunu əsaslandırmaq lazımdır. Üstəlik, ödənişə görə onlara təqdim edilən çeklər də rəsmi sənəd kimi hazırlanmayıb və pul tələb edən adamların heç birinin rəsmi sənədi yoxdur.

Tarix: 19:00 Oxunma Sayı: 4179 dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi