Manşet / #Yazarlar / #Ədəbiyyat
Seyfulla Azər..şeirlər

Olmur
Nöqsandı ki,insan, sənə şeytan demək olmur.
Insan,sənə insan kimi insan demək olmur.
Insanlığı məhv eyləyən, insan, sən özünsən,
Səndən savayı kimsəyə nadan demək olmur.
Xəlq etsə də Xaliq səni dünyaya Xəlifə,
Şeytanidi hökmün,sənə sultan demək olmur.
Qırdın,taladın hər nəyə əl vurdun ay axmaq,
Əl qoymadığın yerlərə viran demək olmur.
Ruhun haçalanmış, iki sevda yaşayırsan,
Dünya!, belə məşuqəyə canan demək olmur.
Həmcinsinə insan kimi meyl eyləmir heyvan,
Heyvandan uzaq, heç sənə heyvan demək olmur.
Qəlbində məhəbbət daşıyan zalım, əzazil,
Nə dost demək olmur, nə də düşman demək olmur.
Dərd eyləmə Azər, görəcəksən bu yaxında,
Insanlığa ol dəhrdə nöqsan demək olmur.
Yorulmuşam həyatdan.
Həyat ağac, mən budaq,
Qırılmışam həyatdan.
Olub yetim bir uşaq,
Atılmışam həyatdan.
Həyat maraqsız kitab,
Mən də səhifəsiydim,
Çəkib yaman istirab,
Cırılmışam həyatdan.
Sən demə heç yoxuymuş,
Bir gilə mənası da,
Qorxulu bir yuxuymuş,
Ayılmışam həyatdan.
Çox şişib mübahisə,
Didişmədən nə fayda,
Siz yaşayın, mən isə,
Qovulmuşam həyatdan.
Cılız çərçivəsində,
Sevgiyə yer olmadı.
Kədər məngənəsində,
Sıxılmışam həyatdan.
Hiyləlidir səfası,
Çaşarsan aldanarsan,
Zəhərlidir havası,
Boğulmuşam həyatdan.
Soruşmayın Azəri,
Qanlı gəzir, axsayır,
Uçurumdur hər yeri,
Yıxılmışam həyatdan.
Əsər yoxdu rahatdan,
Düşüm bu yorğun atdan,
Gedim keçim siratdan,
Yorulmuşam həyatdan
Dünyanın başına dolanaydı kaş
Şərin Yer üzündə üfunətindən,
Bu Yerin ürəyi bulanaydı kaş.
Yerdə yersizləri fırlatmağından,
Bezib, Yer kürəsi dayanaydı kaş.
Hava dərmək üçün bir yellənəydi,
Yapışıb oxundan silkələnəydi,
Insanlardan başı gicəllənəydi,
Göydə bir yer tapıb uzanaydı kaş.
Göydə ki, Yer üçün yer qəhət deyil,
Şərdən uzaqlaşmaq pis cəhət deyil,
Utanma, çəkinmə, bu qələt deyil,
Yerə şərlə enən utanaydı kaş.
Bu Yerin səmtini Göylər nizamlar,
Bu səmtə zidd gedir yerdə avamlar,
Elə itirsin ki, şəri adamlar,
Səmti bilinməsin hayanaydı kaş.
Fələk tək Yer salmır bizi çarxına,
Insan da dərk edib, düşsün arxına.
Yerləri, Göyləri basıb bağrına,
Dünyanın başına dolanaydı kaş.
Qarşılıqlı ümid!
Gördüm günəş üzünü,
Bir şaxtalı gecədə.
Zilləmişdin gözünü,
Ümidsizdin necə də.
Xatırla o yağışı,
Ümidlərim qədərdi,
Kədər dolu baxışı,
Heç almadın vecə də.
Getmə, qal, narazıyam,
Qışqırıb yalvarırdım,
Təki qayıt, razıyam,
Ya tezə, ya gecə də.
Sənlə səmimi idim,
Ey nazənin, Sevgilim.
Qırılmazdı ümidim,
Illər ötüb, keçə də.
Gözümə inanmadım,
Əllərindən tutunca,
Heç kəsdən utanmadım,
Öpdüm səni küçədə.
Seyfulla Azər
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Nöqsandı ki,insan, sənə şeytan demək olmur.
Insan,sənə insan kimi insan demək olmur.
Insanlığı məhv eyləyən, insan, sən özünsən,
Səndən savayı kimsəyə nadan demək olmur.
Xəlq etsə də Xaliq səni dünyaya Xəlifə,
Şeytanidi hökmün,sənə sultan demək olmur.
Qırdın,taladın hər nəyə əl vurdun ay axmaq,
Əl qoymadığın yerlərə viran demək olmur.
Ruhun haçalanmış, iki sevda yaşayırsan,
Dünya!, belə məşuqəyə canan demək olmur.
Həmcinsinə insan kimi meyl eyləmir heyvan,
Heyvandan uzaq, heç sənə heyvan demək olmur.
Qəlbində məhəbbət daşıyan zalım, əzazil,
Nə dost demək olmur, nə də düşman demək olmur.
Dərd eyləmə Azər, görəcəksən bu yaxında,
Insanlığa ol dəhrdə nöqsan demək olmur.
Yorulmuşam həyatdan.
Həyat ağac, mən budaq,
Qırılmışam həyatdan.
Olub yetim bir uşaq,
Atılmışam həyatdan.
Həyat maraqsız kitab,
Mən də səhifəsiydim,
Çəkib yaman istirab,
Cırılmışam həyatdan.
Sən demə heç yoxuymuş,
Bir gilə mənası da,
Qorxulu bir yuxuymuş,
Ayılmışam həyatdan.
Çox şişib mübahisə,
Didişmədən nə fayda,
Siz yaşayın, mən isə,
Qovulmuşam həyatdan.
Cılız çərçivəsində,
Sevgiyə yer olmadı.
Kədər məngənəsində,
Sıxılmışam həyatdan.
Hiyləlidir səfası,
Çaşarsan aldanarsan,
Zəhərlidir havası,
Boğulmuşam həyatdan.
Soruşmayın Azəri,
Qanlı gəzir, axsayır,
Uçurumdur hər yeri,
Yıxılmışam həyatdan.
Əsər yoxdu rahatdan,
Düşüm bu yorğun atdan,
Gedim keçim siratdan,
Yorulmuşam həyatdan
Dünyanın başına dolanaydı kaş
Şərin Yer üzündə üfunətindən,
Bu Yerin ürəyi bulanaydı kaş.
Yerdə yersizləri fırlatmağından,
Bezib, Yer kürəsi dayanaydı kaş.
Hava dərmək üçün bir yellənəydi,
Yapışıb oxundan silkələnəydi,
Insanlardan başı gicəllənəydi,
Göydə bir yer tapıb uzanaydı kaş.
Göydə ki, Yer üçün yer qəhət deyil,
Şərdən uzaqlaşmaq pis cəhət deyil,
Utanma, çəkinmə, bu qələt deyil,
Yerə şərlə enən utanaydı kaş.
Bu Yerin səmtini Göylər nizamlar,
Bu səmtə zidd gedir yerdə avamlar,
Elə itirsin ki, şəri adamlar,
Səmti bilinməsin hayanaydı kaş.
Fələk tək Yer salmır bizi çarxına,
Insan da dərk edib, düşsün arxına.
Yerləri, Göyləri basıb bağrına,
Dünyanın başına dolanaydı kaş.
Qarşılıqlı ümid!
Gördüm günəş üzünü,
Bir şaxtalı gecədə.
Zilləmişdin gözünü,
Ümidsizdin necə də.
Xatırla o yağışı,
Ümidlərim qədərdi,
Kədər dolu baxışı,
Heç almadın vecə də.
Getmə, qal, narazıyam,
Qışqırıb yalvarırdım,
Təki qayıt, razıyam,
Ya tezə, ya gecə də.
Sənlə səmimi idim,
Ey nazənin, Sevgilim.
Qırılmazdı ümidim,
Illər ötüb, keçə də.
Gözümə inanmadım,
Əllərindən tutunca,
Heç kəsdən utanmadım,
Öpdüm səni küçədə.
Seyfulla Azər
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


#Mədəniyyət / Manşet
"Mən kübar olmaq istəyirəm"
#Mədəniyyət / #Yazarlar / #Ədəbiyyat
Yeganə:"Bir layla altında uyutmaq olmur"
-
#KriminalDünən, 09:30
Azərbaycanlı samboçunu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir
-
#Mədəniyyət16-02-2019, 15:00
Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib
-
#ƏdəbiyyatDünən, 13:30
Mətnə düşməyən abzaslar-Kənan Hacı yazır-
-
#MədəniyyətDünən, 12:00
Daimi Nümayəndəliyinin rəhbəri Litvanın Müstəqillik günü münasibətilə təşkil edilmiş tədbirdə iştirak edib
RƏY YAZIN