Təcili! Azərbaycanda bu məhsulların qiyməti kəskin bahalaşdı



Analoq.az Sonxeber.az-a istinadən xəbər verir ki 2017-ci ilin yanvar ayı ərzində qiyəmti bahalaşan ərzaq məhsulları aşağıdakılardır:
Düyü;
Un
Qarabaşaq yarması;
Makaron;
Mal, qoyun və toyuq əti;
Kolbasa məmulatları;
Balıq məhsulları;
Süd məhsulları;
Pendir;
Yumurta;
Kərə və bitki yağları;
Şəkər və şəkər tozu;
Qəhvə, çay və kakao.

Meyvə və tərəvəzlərdən isə almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2017-ci ilin yanvar ayında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryolu və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma, digər ölkələrə hava nəqliyyatı xidmətlərinin, məişət cihazlarının və avtomobillərin təmiri xidmətlərinin, tibbi və stomatoloji xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Tarix: 19:00 Oxunma Sayı: 16479dəfə oxundu.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi