• 23:58 – Hitlerin qəzəbinə tuş gəlmiş azərbaycanlı pəhləvan 
  • 22:59 – Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR 
  • 11:00 – Roza Zərgərli:"Hüseynin elə bir yerindən telefon çıxdı ki..." 
  • 10:12 – 20 yaşlı xanım yaxınlıq etmədiyinə görə şəkillərini montaj edib yayan iki uşaq atası saxlanıldı 
  • 22:52 – Qurd ;"Cavidan tir-tir əsirdi" 
  • 22:05 – Haci Əbdül: "İran çempion olsa, nəzir-niyaz verərəm" 
  • 19:17 – Həkim müğənnini döydü 
  • 16:51 – Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı-Bəxtiyar Qəhrəmanov 

HƏSRƏTİN ODUNDA…

HƏSRƏTİN ODUNDA… HƏSRƏTİN ODUNDA… Göz bəbəklərimdəki ağsan, aynalarda surətin olmadıqdan sonra neyləyirəm gözəllikləri mən?

Həsrətin odunda yanıb oldum xar. Yellərə qoşulub sənə qarışdım, gecələr boyu səni düşündüm; ətrinlə səni xəyal etdim, özü də hər gecə, yar.
Yuxularımda yuxusuzluq, göz yaşımda ümid, dualarımda imansan. Sənə qovuşmaq üçün qismətim yanmaqsa da, gülüm, razıyam həsrətinlə yanmağa, sonsuz xoşbəxtliyin adı olan vüsalı gözləməyə.
Ürəyimsən dediyim yar! İçim səninlə nə qədər yanacaqsa, yansın; yetər ki, göz yaşlarım şükürlə və səninlə parlasın.
Ey həsrətimin adı yar!
Göz bəbəklərimin didəsisən, güzgülərdə surətin olmadıqdan sonra neyləyirəm gözəllikləri mən? Neyləyirəm sənsiz zamanı, baharı, çölləri?
Nəyimə gərəkdir gül, bənövşə, lalə, zambaq? Gülüşlər sənsiz boş mənə, yaşamaq mənasız. Vüsalına çatdırmayan dəqiqələr, saatlar mənasız.
Su səninlə həyat mənə; dualar səninlə anlamlı. Sənsiz keçən hər gecəm könlümdə bir qəm yuvası. Mən həsrət məhkumuyam, sevgili, dünyan mənə yasaqlı.
Günəş doğub, batır; zaman çətin də olsa, keçir, sanki dağların ardından; sonsuzluğun yadından mənə gülümsəyən vüsal üçün yaşayıram mən.
Həsrətin atəşinə qəlbimdəki iman və eşqinə inancla dayanır; səninlə, sevdanla çətinliklərə sinə gərir, bir əsr kimi olan hər günü sənə qovuşmaq üçün şükürlə aşıram mən.
Gecələri yığdım vüsal dağarcığıma. Xəyallarımla süslədim şövqümü; təzə-tər tutmağa çalışdım həvəslərimi uzaq kimi görünən, tez ya da gec gələcək sabahlarımla.
Həsrətindən qovrulduqca gecələr, həsrətin hər gecə yarısı qurdurduğu dar ağacının səbir taxtına çıxıb səbrimin nəbzini ölçdüm dilimdəki dualarla. Yalvarıb-yaxardım Allaha.
Arzum sonsuzluğa səninlə axıb getmək. Məqsədim özü yanmaz, amma başqalarını yaxar deyə tanınan həsrəti eşqinlə, sevdanla məhv etməkdir mənim. Bilirəm, qismətim qaranlıqlarda tək yoldaşım divarlarla həsbi-hal olmaqdır mənim.
Olsun, eşqi həsrət məqamında, şükür notlarıyla sabahlarım üçün bəstələyəcəyəm mən, səni Rəbbimdən hər gecə usanmadan diləyəcəyəm mən.
Sənin üçündür səcdələrdə aldığım nəfəs; vüsalımız üçündür əllərimin dualarla şahə qalxmağı, ağzımdan çıxan hər səs. İçimin həsrət hayqırtılarını və könlümün Mövlaya yalvarışlarını duyursanmı bilmərəm, lakin Rəbbim görür və bilir halımı.


-unudulan qalu-bəla qoxusuna-

Yoxluğun yayına gərilmiş varlığın
Susmayan gecələrimin sabahına yoldaşdır.
Ayrılıqda bir ümiddir mənə yarlığın
Bil ki, məni ayaqda tutan eşqdir.
Ötələri arzular içimin çağlayanları,
Axmağa çalışırlar həsrətə qarşı.
Dünyalıq deyil ki, sevdam!
Aşiqim mən sənə, yar!
Bu üzdən əllərim qalu-bəla qoxuyar.

Mehmet Nuri Parmaksızскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV