Elçibəyin kürd dilində bir cümləsi,çıxışı varmı?



“Nizami Süleymanov da deyirdi ki, Elçibəy erməni idi. Zərdüşt Əlizadə isə iddia edir ki, kürddür”.

Analoq.az Karabakhmedia.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Zərdüşt Əlizadənin Elçibəyin kürd olması barədə səsləndirdiyi ittihama münasibət bildirərkən qeyd edib.

“Elçibəy hansı ideyaya xidmət edib? Türk ideyasına xidmət edib. Amma Elçibəyin kürd olmasını demək bir irqçi yanaşma deyilmi? O kürd olsa nə olacaq, yaxud da başqa millətin təmsilçisi olsa nə olacaq? Kənardan yüz adam deyə bilər ki, filakəs filan millətin mənsubudur. Adam özü deyirsə ki, mən türkəm və türk ideyasına da xidmət edirsə, türk dilində danışırsa, biz nə deyə bilərik ki.

Elçibəyin kürd dilində bir cümləsi, çıxışı varmı? Kürd ideyalarını dəstləkləyən bir dənə də olsun sözü varmı? Necə kürddü ki, öz millətini deyil türkü dəstəkləyib? Bu, çox mənasız, absurd və səviyyəsiz yanaşmadır. Elçibəyin kürd olması nəyi dəyişir? Bu, ancaq böhtan xarakteri daşıyır.

Elçibəy bir türk ideyasını daşıyan nəsili, kökü bütövlükdə yalnız türk olan bir lider olub. Onun şəcərəsini araşdırıb, tanıyan bir adam kimi deyirəm. Onu hər hansı bir şəkildə bu formada qaralamaq yaxşı hal deyil. Adamın nəyə xidmət etməsinə baxmaq lazımdır.

Tutaq ki, hamı deyir Ziya Gökalp Diyarbəkirdə doğulmuş bir kürd idi. Amma o "Türkçülüyün əsaslarını" yazdı. Cəmaləddin Paşa polyak olub, amma "Turançılıq nəzəriyyəsini" yazıb. O adam artıq polyaklıqdan çıxıb, türkçülüyə, turançılığa xidmət edib.

Milliyyətçilər tez-tez onu da gündəmə gətirir ki, Z.Gökalp kürd olub. Bunun nə fərqi var? O adam türkçülüyə xidmət edibsə, burada başqa neqativlər axtarmağa ehtiyac yoxdur.

Əbülfəz bəyin də yaxın şəcərəsi və bütün yaxınları haqqında bu ifadənin işlədilməsi həqiqətən də yaxşı yanaşma deyil. Onun doğulduğu və sonradan yaşadığı kənddə kürd xalqına mənsub insanların yaşaması kimi bir fakt da yoxdur.

Biri var ki, onlara yaxın kəndlərdə kürdlər yaşasın, onda nəysə düşünülə bilər. Kürdlər də Azərbaycanın dəyərli xalqlarından biridir. Biz kürdlərlə azərbaycanlılar arasında fərq görmürük. Qardaş xalqlardır.

Sadəcə PKK-a dəstək olanları lənətləyirik. Bizim kürdlərlə bağlı da bir problemimiz yoxdur. Bu mənada düşünürəm ki, Əbülfəz bəyin kürd, talış və ləzgi olması nəyisə dəyişmir. Əsas odur ki, Azərbaycana xidmət edib. Onun niyyətinin xalqa zərər vermək olduğunu söyləmək doğru və obyektiv yanaşma deyil”- deyə millət vəkili sosial şəbəkədə vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi