Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Mesenat Hacı Zeynalabdin Tağıyev

15-02-2017, 20:13 | 1 7962 dəfə baxılıb.


“Kasıb olduqlarından ata-anam mənə sevgi, məhəbbət, nəvazişdən başqa heç nə verə bilməyiblər, məndə olan bütün yaxşı cəhətlər üçün onlara - məhəbbət və nəvazişlərinə borcluyam. Şübhəsiz, bu da Allah-taalanın iradəsi ilə olub. Bütün işlərimlə yanaşı fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib, hər yerə - uzaq kəndlərə də göndərilməlidir”.
H.Z.Tağıyev, “Təzə həyat” qəzeti, 12. 02. 1908

Xeyirxahlıq nəciblik, mərhəmət, şəfqət və alicənablıq deyil, xeyirxahlıq hər şeydən birinci ma¬yası insa¬na mə¬¬həbbətlə yoğrul¬muş hu¬manizm¬dir. Məhz bü¬tün bu mənəvi dəyər¬ləri özündə bir¬ləş¬dirməyi bacarmış şəxs Tanrının dərgahın¬da ka¬mil in¬san sa¬yıla bilər.
Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi:- Dörd şey-dən ikisini yad¬da saxla¬yın, ikisini unudun- deyib əleyhüssəlam. Sizə olu¬nan yax¬şı¬lığı unutma¬yın, et¬diyi¬niz yax¬¬şılığı yad¬dan çıxa¬rın. Si¬zə olun¬muş pisli¬yi unu¬dun, etdiyini-zi yaddan çı¬xar¬mayın.
Əgər birinci halda xeyirxahlıq bir nəticə,nəcib sosial akt kimi təbliğ olunursa,ikinci nöqteyi-nə¬zər da¬ha çox bu hərəkətin dərin mənəvi-fəlsəfi saxlanclarından xəbər verir, təvazökarlıq, alicə¬nab¬lıq kimi məziyyət cizgilərini, ümumbəşəri əxlaq, etika və nəzakət normalarını təşviq edir.
Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri var. Hələ məşhur is¬pan dra¬ma¬turqu Migel de Servantes bu barədə fikri daha çox diqqət çəkir: “Xeyirxahlıq - artığı ziyan ver¬mə¬yən bir əməldir”.
Azərbaycan tarixində xeyirxah əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyev (25.01.1823-01.09.1924) cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətləri ilə dövrünün başqa kapitalist və milyonçulardan fərqlənirdi. Məşhur azərbaycanlı maarifpərvər milyonçu, Rusiya İmperiyasının Dövlət Müşaviri, Şərqdə ilk qızlar məktəbinin yaradıcısı, sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük səxavət sahibi Hacı Zeynalabdin Tağıyevin adını uzun illər təsiri altında olduğumuz Sovet rejimi bizə unutdurmağa çalışsa da, böyük xeyriyyəçilik fəaliyyəti ilə hafizələrdə yaşayan bu böyük şəxsiyyəti yaddaşlardan silə bilmədi. “Onun zəkası iki qayə üçün çalışmışdır: I- zəngin olmaq, II- Milli qayəmizə xidmət etmək, milli inkişafımızı və yüksəlişimizi dəstəkləmək “(Nağı Şeyxzamanlı).
Onun fəaliyyətində elə hallar olmuşdur ki, xalqın ehtiyacı öz şəxsi mənafe və qazancından qat-qat yüksək olmuşdu. Tağıyevin təşəbbüsləri çox vaxt çətinliklə həyata keçirdi. Əcnəbi və erməni kapitalistləri, yerli çar məmurları H.Z.Tağıyevin hər bir təşəbbüsündən qorxuya düşərək, hər vasitə ilə ona mane olmağa çalışırdılar. Ancaq bütün mürəkkəbliklər qarşısında H.Z.Tağıyev öz əməlləri ilə xalqın əbədi rəğbətini, hörmətini qazanmağa nail olur.
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində dünyaya göz açmışdı. 10 yaşında olarkən anası Ümmü xanımı (bəzi mənbələrdə bilgəli Ana xanım) itirir. Əvvəlcə atasının yanında əmək fəaliyyətinə başlayan balaca Zeynalabdin daha sonra 12 yaşında bənna yanında daşyonma sənətini öyrənir. 15 yaşında bənnalığı öyrənmiş, bir çox Bakıda binaların inşa olunmasında iştirak etmişdi. 1873-cü ildə 50 yaşında olan zaman qazdırdığı neft quyusu fantan vurur və həyatındakı böyük dönüş o zamandan başlayır. Z.Tağıyev tək dövrünün məşhur neftxudası deyil, eyni zamanda Kür-Xəzər dənizi kənarında böyük balıq vətəgələri, dəyirmanı, iri toxuculuq fabriki, Quba, Yevlax ətrafında, Ənzəli, Rəştdə geniş meşə sahələri, ticarət, yük, sərnişin gəmiləri, Bakıda, Moskvada böyük imarətlər sahibi idi.
O, 1894-cü ildə Mərdəkanda Kənd təsərrüfatı məktəbinin, 1896-cı il Peterburq müsəlman xeyriyyə cəmiyyətinin, 1901-ci ildə Bakıda ilk qız məktəbinin, 1883-cü ildə ilk teatr binasının, 1905-ci ildə ilk “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin əsasını qoymuşdu. O, 1898-ci ildə “Kaspi” mətbəəsini alaraq həmin adla Azərbaycan ziyalılarının ixtiyarına verir. Tehranda rüşdiyyə və “Səadət” məktəbinin açdırmışdır. Abşeronda fəhlələr üçün ilk qəsəbə saldırmışdı. “Kaspi” nəşriyyatında çap olunan ilk kitab “Quran”ı Azərbaycan dilinə tərcümə etdirmişdi. Məhəmməd Hadinin ilk kitabı “Firdövsülhamat”ı öz xərcinə “Kaspi” mətbəəsində çap etdirmişdi
Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci həyat yoldaşı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın həyat yoldaşı idi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğlu ilə ailə qurmuşdu), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq dünyadan köçmüşdür. Hacı Zeynalabdin ömrünün son günlərinə kimi onun yanında olan ancaq Sara xanım olmuşdu. Sara xanım son nəfəsinədək atasına görə itirilmiş hüquqlarının bərpası, atasına qarşı yalnış yanaşmaları, münasibəti aradan qaldırmağa çalışmışdır.
Milyonçu Hacı Zeynalabdin Tağıyevi xeyriyyəçilik fəaliyyətinə görə Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özlərinə fəxri sədr seçmişdilər. O, tək Azərbaycanda deyil, Rusiyada və bütün müsəlman aləmində tanınmış sərmayədar idi.
Nəyə görə dövrünün çoxlu sayda milyonçuları içərisində ən çox yaddaqalan, adı çəkilən H.Z. Tağıyev idi? Çünki Bakı sərmayədarları içərisində heç bir milyonçu xalqa, camaata Tağıyev qədər yaxın olmamışdı. Çünki o, özü xalqın içərisindən çıxmışdı, adi palçıq daşıyan fəhlədən, adlı-sanlı, qüdrətli sərmayədar dərəcəsinə qədər yüksəlmişdi. Xalqımızın yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi özünə əbədi heykəl ucaltmış “millət atası” adını da ilk dəfə H.Z. Tağıyev aldı.
H.Z.Tağıyevin marrifpərvər fəaliyyətləri içərisində ən çox yaddaqalanı Şərqdə ilk qız məktəbinin (indiki AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun binasında yerləşib) əsasını qoyması oldu. 1905-ci il inqilabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. O, dövrün hadisələrinin şahidi və iştirakçısı olan Nağı Şeyxzamanlı (Türkiyəyə getdikdən sonra Naki Keykurunadı ilə tanındı) “Azərbaycan istiqlal mücadiləsi tarixi (1905-1920)” adlı xatirələrində H.Z.Tağıyevin Avropaya təhsil aımaq üçün gedən tələbələrin qarşısına qoyduğu şərtləri ardıcıllıqla sadalayır:
1. Hər tələbəyə təhsilinin davamı müddətincə 50 rublə veriləcəkdir.Yaz tətillərində Qafqaza gəliş və dönüş xərcləri də ayrıca ödənəcəkdir.
2. Tələbə yüksək təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək, məmləkətinə xidmət edəcəkdir.
3. Tələbə qeyri-türk ilə evlənməyəcəkdir.
4. Tələbə təhsilini bitirib həyata daxil olduqdan sonra təhsil müddətində Hacı Zeynalabdinin aldığı pulu Cəmiyyəti Xeyriyyəyə tam, yaxud da ödəyə biləcəyi məbləğdə hissə-hissə ödəyəcəkdir.
Bir gün yaz tətilinə gələn tələbələr Hacıya qeyri-türk qızı ilə evlənməməklə bağlı imza aldığı təqdirdə, məmləkətlərində savadlı türk qızlarının olmaması ilə bağlı təəssüflənib şikayətlənirlər. Hacı Zeynalabdin Tağıyev bu söhbətdən sonra Bakıda qız məktəbi açmağı qərarlaşdırır. Nəriman Həsənəliyev Sara xanımla apardığı müsahibəsində Sara xanım həmin qız məktəbi ilə bağlı söhbətində qeyd edirdi: “Azərbaycanda həm məktəblər, həm də yetimxanalar açmağa həmişə səxavətlə vəsait buraxırdı. Amma onun qız məktəbi açmağı nələrin, nələrin bahasına başa gəldi, onu yalnız tanrım bilir...”. H.Z.Tağıyev qız məktəbini açmaqdan ötrü dəfələrlə II Nikolaydan xahiş etmiş, bundan ötrü onun həyat yoldaşı Aleksandr Fyodrovnaya çox qiymətli hədiyyələr göndərmişdi. Amma qarşılaşdığı problemlər məktəbin açılışı ilə başa çatmır. Mövhumatın hökm sürdüyü cəmiyyətdə qız uşaqlarının məktəbə təhsil üçün göndərilməsi o dövrdə “abır-həya” pərdəsinin götürülməsi hesab olunurdu. Hətta o dövrdə Tağıyevin bu addımına görə onu öldürmək üçün cani də sifariş etmişdilər. Tağıyev bir sıra din xadimlərinə pul verib Məkkə, Mədinə, Kərbəla, Dəməşq kimi ən müqəddəs şəhərlərdən möhürlü sənədlər gətizdirərək şəhərdə əhaliyə oxutdurub, qadınlara fiziki təzyiqlər göstərən qoçulara, din xadimlərinə qadınların kişilərlə bərabər hüquqa malik olduqlarını sübuta yetirməyə çalışırdı.
H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti mənsub olduğu ölkəsinin sərhədləri ilə məhdudlaşmırdı. O, Birinci dünya müharibəsindən sonra ermənilər tərəfindən talan olunmuş Türkiyənin fəlakətə uğramış Şərq vilayətlərinə, Qarsa maddi yardım göstərmişdi.
Sosializm, kommunizm ideologiyasının kapitalizmi inkar etdiyindən xalqına vaxtilə böyük xidmətlər göstərmiş H.Z.Tağıyev kimi iri kapitalistlərin tariximizdəki müstəsna xidmətləri mənfi planda təsvir olunurdu. 1985-ci ilin ortalarından başlayaraq demokratiya, yenidənqurma və aşkarlıq dövründə mətbuatdan gizli qalan bir sıra tarixi şəxsiyyətlərin isimləri yenidən ictimaiyyətə tanıtdırıldı. Dövrünün ictimai rejiminin mütərəqqi inkişafında böyük xidmətləri olan, xalqın maariflənməsi, mədəniyyətə, elmə qovuşması yolunda əlindən gələni əsirgəməyən H.Z.Tağıyev barədə həqiqətləri oxucuya çatdıran publisistik məqalələrin araşdırılması bu baxımdan əhəmiyyətlidir. Belə yazılar sırasında Nağı Şeyxzamanlının (Naki Keykurun) Türkiyədə çap olunan “Azərbaycan Aylıq Kültür dərgisi”nin 1957-ci il 14-cü sayında “Böyük bir xeyirsevər Hacı Zeynalabdin Tağızadə”, “Odlar yurdu” qəzetinin 1989-cu ilin iyul ayında 14-cü sayında Mövsüm Əliyevin “Maarifçi H.Z.Tağıyev”, “Ədəbiyyat” qəzetinin 1995-ci il 14 aprel tarixli sayında akademik Ziya Bünyadovun “Allah sənə rəhmət eləsin, Hacı!”, “Azərbaycan” jurnalının 1989-cu il tarixli 12-ci sayında Nəriman Həsənəliyevin “Əsrin yaşıdı ilə görüş”, 1999-cu il tarixli 9-cu sayında Teyyub Qurbanın “Hacı Zeynalabdin Tağıyev: Ömür boyu və yubiley yaşında” adlı məqalələri dayanır. Doğrudur, bu böyük şəxsiyyət barədə N. Nərimanovun “Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri” (1900), Hüseyn Nəcəfovun “Balaxanı mayı” (1986), Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” (1987), “Azərbaycan milyonçuları: Hacı Zeynalabdin Tağıyev” (1996), Əşir Bəşiroğlu “Hamının sevimlisi (H.Z.Tağıyev haqqında)” (2012) kitabları da yazılmışdır. Ancaq mən bu yazımda “Azərbaycan” jurnalında nəşr olunan məqalələr barəsində fikir bildirmək istərdim.
Jurnalist Nəriman Həsənəliyevin “Əsrin yaşıdı ilə görüş” müsahibəsindəki respondent H.Z.Tağıyevin son dəqiqələrinə kimi yanında olan, onun qızı olduğuna görə sürgünlər, məhrumiyyətlər, məhbəslər taleyi yaşamış, gözləri dünya işığından məhrum olan, ömrünün qoca çağlarını soyuq, təmirsiz mənzilində güzəranını keçirən, qohumları, övladları tərəfindən biganəliklə qarşılanan, yüksək mədəniyyətli, ziyalı qadın Sara xanım haqsız yerə görə itirilmiş vətəndaşlıq hüquqlarının bərpasını tələb edirdi. H.Z.Tağıyevin ölümündən sonra kimisi az və ya çox dərəcədə onun xeyirxahlığını qiymətləndirmək təşəbbüsündə oldu. Ancaq heç kim öz qədrişünaslıq aktını Sara xanım kimi sona qədər yerinə yetir bilmədi. Məruz qaldığı ictimai ədalətsizlərə qarşı ömür boyu mübarizə aparan, bir kapitalist qızı olduğuna görə həyatı boyu göz dustağı olan Sara xanımın mətanəti, yüksək dözümü reportyoru inanılmaz dərəcədə heyran qoyur. Müsahibədə H.Z.Tağıyevin şəxsiyyəti onun ömür yoluna canlı şahidlik etmiş Sara xanımın şəxsi retrospeksiyası (keçmişə qayıdış) ilə aydınlaşır. Bu müsahibədə reportyor respondentlə heç bir konfliktə girmədən məntiqi suallarla onun söylədiklərini doğru qəbul edir, ilk savadlı azərbaycanlı qadınına, xalqımızın böyük iftixar sahibinin qızına göstərilən biganəliyə görə təəssüflənir, bəzən qarşı tərəfin halına acıyaraq öz emosional münasibətini də bildirməkdən çəkinmir.: “Onun bircə arzusu var: nahaq yerə, heç bir sənədsiz-sübutsuz işdən götürülməsini lazımı idarələrin nəzər-diqqətinə çatdırmaq və ədalətin təntənəsinə nail olmaq”.
H.Z.Tağıyevin itirilmiş adının bərpası uğrunda böyük əzmkarlıqla mübarizə aparan Sara xanımın müsahibəsində atası haqqında elə məntiqi ardıcılıqla, ürəkdolusu bəhs açır ki, sanki müsahibə oxucunun nəzərində vahid süjet ətrafında cərəyan edən milyonçu, mesenant H.Z.Tağıyev romanını xatırladır.
H.Z.Tağıyev şəxsiyyətini ictimaiyyətin diqqətinə çatdıran, onun barəsində yazılanları saf-çürük edib analitik təhlil süzgəcindən keçirən Teyyub Qurbanın “Hacı Zeynalabdin Tağıyev: Ömür boyu və yubiley yaşında” məqaləsində isə publisisti 2 problem düşündürür: H.Z.Tağıyevin təvəllüdünün Azərbaycan So¬vet Ensiklopediyasında yanlış göstərilməsi və onun müstəsna fəaliyyətini təh¬rif olunaraq ləkələnməsi; müstəqillik illərində H.Z.Tağıyevin layiq olduğu də¬yərin verilməməsidir. Məqalədə bəzən publisistin ədalətin xilafına çıxanlara qarşı əsaslı dəlillər gətirərək H.Z.Tağıyev barədə yazılan çirkin iftiraları təkzib et¬məsi, hətta onlara qarşı münasibətdə haqlı qəzəb və hiddəti də duyulmaq¬da¬dır. Teyyub Qurban qələmə aldığı məqaləsində məqsədi dövrün konyukturasına uyğun olan Tağıyevlə bağlı fikirləri tutarlı, əyani faktlara əsaslanaraq həqiqəti sübuta yetirməkdir. Əsas arqument kimi akademik Z.Bünyadovun, M.Əliyevin məqalələrini göstərmişdir.
1999-cu ildə Teyyub Qurban Tağıyev barədə yazırdı: “Azərbaycan tarixşünaslığında bu günədək H.Z.Tağıyevdən ancaq birtərəfli bəhs edilmiş, o istismarçı sinfin nümayəndəsi, əməkçi xalqın qanını soran kapitalist, milyoner kimi tənqid edilmişdir. Cüzi istisnalar olmaqla, Tağıyevin maarifpərvərlik və messenatlıq fəaliyyətindən danışılmamışdır”.
Ümumiyyətlə, “Azərbaycan” jurnalının müxtəlif saylarında nəşr olunan hər iki məqalədə H.Z.Tağıyevin həyatı, Azərbaycan tarixindəki misilsiz xid¬mətləri barədə zəngin məlumat verilmiş, onunla bağlı yalnış təsəvvürləri inkar edilmiş, konkretlik, ünvanlılıq, ümumiləşdirmələr sayəsində onun obrazı və ta¬leyi dəqiqliklə səciyyələndirilmişdir. Hər iki məqalədə publisistin məqsədi Tağıyevlə bağlı söylənən, yazılan haqsızlıqları aradan qaldırmaqdır.
Vaxtilə qızı Sara xanım onun H.Z.Tağıyevin maarifçilik görüşləri ilə bağlı dissertasiya yazsa da, məlum səbəblərdən o dövrdə müdafiə edə bilməmiş, üstəlik bu təşəbbüsünə görə çalışdığı M.F.Axundov adına Rus dili və Ədəbiyyat İnstitutunun kitabxanasından qovulmuşdur. Əslində, H.Z.Tağıyevin həyat və fəaliyyəti daha geniş tədqiqat mövzusudur.
Ancaq zəngin mənəvi dəyərlərə malik xalqımız mesenat H.Z.Tağıyevin adını hər zaman yaşadacaq, onun kimi uzaqgörən, xeyirsevər, mütərəqqi şəxsiyyətlər yetişdirməkdə davam edəcək.

Aynurə Paşayeva
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi




скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı / #Araşdırma

Tovuzda qədim bulaq tapılıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Cahangir Əsgərov bir villasına xərclədiyi milyonlar hesabına neçə gəncə təhsil verə bilərdi?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının