Gülbala məhəbbəti



GÜLBALA MƏHƏBBƏTİ
(Novella)

Çimərlik tərəfə gedən avtobus pilləkənlərinə qədər adamla dolu idi.

Pilləkənlərdə dayananlar,qapıdan sallaşanlar da var idi.İçəridəkilər ət-ətə söykənmişdilər.


Həm isti Bakı yayının hərarətindən,həm də adamların çoxlu-ğundan avtobusun içi elə idi ki,nəfəs aldıqca admın ciyərləri qarsalanırdı.

Sol əlində içinə pal-paltar,çimərlikdə yemək üçün xiyar,pomidor,çörək doldur-duğu diplomatı tutmuş,sağ ələ ilə adamların başı üzərindən avtobus boyu uzanan ağ nikkel tutacaqdan yapışmış Gülbala sol ayağı üstündə
qalmışdı.

O,bayaqdan bəri sağ ayağını qoymağa yer tapmırdı ki,tapmırdı.Yazıq avtobusa minəndən bəri bir neçə dəfə buna cəhd etmişdisə də,xeyri olmamışdı.

Ancaq kiminsə ayağını tapdalamış,yenicə öyrəndiyi rus sözləri ilə üzr istəməli olmuşdu:
-İzvinite pojalsta.

Düşdüyü bu vəziyyət ona kənddə gördüyü saatlarla bir ayağı üstə dayanıb mürgüləyən hündüşqaları xatırladırdı.

Nəhayət Gülbala sağ ayağına da yer elədi.Bir az rahatlanan kimi oldu.Avtobusun uzun arxa oturacağında sıxlaşıb oturmuş,istidən puçur-puçur tər tökən adamlara baxdı.Onun dayandığı yerin lap qabaq tərəfində qəşəng bir qız əyləşmişdi.

O,əlindəki zoğalı rəngli redikulu gödək yubkasından çıxan dizlərinin üstünə qoymuş, bununla açıq dizlərini mümkün qədər örtməyə, Canavar hərisliyi ilə yanan yad nəzərlərdən gizləməyə çalışırdı..

Gülbala onun ceyran ayaqlarına bənzəyən incə ayaqlarını,şumal baldırlarını,soyulmuş yumurtaya bənzəyən ağ yumru dizlərini, dizi üstündəki zoğalı redikul rəngdə kəmər bağlanmış qarışqa beli kimi incə belini,qabarıq sinəsini,nazik yay köynəyini sanki deşib çıxmaq istəyən lumu döşlərini,istidən pörtüb daha da qızarmış yanaqlarını növbə ilə nəzərdən keçirib ürəyində öz-özünə dedi:
-Zalım qızı lap tabakadır,mən ölüm.

Adam lap diri-diri yemək istəyir Ətağa cəddi.Səlbi nənəm demişkən,yanaqları lap üçənis almasına oxuyur.

Gülbala uzaq dağ rayonlarının birindən idi. Ermənilərin bir neçə Azərbaycan rayonlarını işğal etməsi onun ailəsini də didərgin salmışdı.Ata-anası və bacıları aran rayonlarından birində salınmış çadır şəhərcikdə,özü isə Bakıda dayısıgildə qalırdı.

Əsgərliyə getməmək üçün,özü demişkən, "vayankomun qorxusundan burada daldalanırdı. O,bir ildən artıq idi ki,Bakıda dayısının Dağlı məhəlləsindəki evinin damında,özü demişkən,"quşxana"- da yaşayırdı.

Gülbala elə şəhərə gəldiyi günün səhərisi məhəllənin "əntüqə cayıl"ı sayılan Ağacəfərlə dostlaşmış,Ağacəfər demişkən ,onunla "cur" olmuşdu.Çox tezliklə Ağacəfərin danışıq tərzini də götürmüş,şəhərli ləhcəsində danışmağa başlamışdı.

Şəhərdə "ablava" olmayan günlərdə Ağacəfər onu dənizə çimməyə, kinoya baxmağa,bulvara gəzməyə aparmışdı.Bütün bunların xərci Gülbalanın "şotuna" olsa da,Ağacəfərdən "şəhərin yol-yolağasını" öyrənirdi.

Bu yaxınlarda Ağacəfər ona demişdi:-Özüvə bir əntüqə çvak tap,ələ.Heç cayıl da qızsız olar?

Məhəllə uşaqlarının "Ağacəfərin adyutantı" adlandırdıqları Ağarəfi isə çürümüş mırıq dişləri ilə hırıldaya-hırıldaya demişdi:

-Özü də hansı millətdənistəsən rus, erməni,gürcü. Hərəsinin də öz dadı,öz ləzzətiAğarəfi sonra da meyxana ritmi ilə oxumuşdu:Alarsan rus qızını üst-başını çist eləyər,Alarsan gürcü qızı səni hər vaxt məst eləyər,Alarsan erməni qızı səni hamıynan dost eləyər,Alarsan müsürmanı evini alt-üst eləyər, sağ canını xəstə eləyər.

Amma şəhərdə yaşadığı bir ildən artıq olsa da Gülbalanın qız məsələsində bəxti heç gətirməmişdi.Ağacəfərin təhriki ilə bir neçə dəfə müxtəlif qızlarla tanış olmağa cəhd eləsə də,bir şey çıxmamış,oxu daşa dəymişdi.

Onu da deyim ki,Gülbala hər dəfə bu qızlara ürəyini açanda utandığından sanki ölüb yenidən dirilmiş, o dünyanı gözləri ilə görüb qayıtmışdı.

O,özünü şəhər cavanlarına oxşatmağa çalışsa da,kənd uşaqlarına məxsus utancaqlıqdan hələ də xilas ola bilməmişdi.

Ancaq son vaxtlar Gülbala özü də hiss edirdi ki,yamanca sırtıqlaşmağa başlayıb.Əvvəllər tanış olmaq istədiyi qızın bir "yox" cavabından həftələrlə özünə gələ bilməyən Gülbala indi artıq belə şeyləri vecinə almırdı.

Ağacəfər ona öyrətmişdi ki,xoşuna gələn qıza rast gələndə gözünü zillə onun gözlərinə,o sənə tərəf baxmasa da ondan gözlərini çəkmə.O vaxt qız istər-istəməz sənin haqqında düşünəcək.

İndi qarşısında oturan qızı iştaha ilə seyr eləyən Gülbalanın yadına Ağacəfərin həmin məsləhətləri düşdü.O,həyasız nəzərlərini qızın üzünə zillədi.Qız isə bu sırtıq baxışlardan sıxılır,ona tərəf heç baxmamağa çalışırdı.

Ancaq bəzən bu mümkün olmurdu.Hansı hissin gücü iləsə qız da hərdənbir çətən kimi sıx kirpiklərini qaldıraraq narazı nəzərlərlə Gülbalaya tərəf baxmalı olurdu.Onların baxışları toqquşanda Gülbala ürəyində deyirdi:

-Caaan,quzu kəsərəm o gözlərüvə.Birdən qız Gülbalaya nəsə işarə edib,ancaq Gülbalanın hiss edəcəyi bir tərzdə göz vurduGülbala sevindiyindən nə edəcəyini bilmədi.Ürəyində öz-özünə dedi:

-Alə,bu elə mən axtaran quş imiş ki... Nə plajbazlıqdır? Mən də onunla düşürəm, Ətağacəddi.

Gülbala xəyalında min bir aləm yaratmışdı.Bu səhər dayısı ona bir ala "Şirvan" yəni o vaxtın pulu ilə o qədər də dəyəri olmayan on min manat verib demişdi:

-Beş-altı gün girlənərsən bununla.Gülbala həmin "şirvan"ı nazik ağ köynəyinin cibinə qoymuşduİndi həmin pula arxalanan Gülbala xəyalında bu incəbelli qızla kinoya gedir,ona dondurma alır,onunla birlikdə günorta yeməyi yeyirdi.

Avtobus növbəti dayanacağa çatıb dayandı.Qız avtobusdan düşdü.Gülbala da admları yara-yara özünü birtəhər pilləkənlərə çatdırdı.Qızın dalınca özünü yerə atdı.Qız avtobusdan xeyli aralanmışdı. O qaça-qaça qıza çatdı və irişə-irişə dedi:

-Qəşəng qız,icazə ver tanış olaq.Mənim adım Gülbaladır.

Qız gözəl simasına acıqlı bir ifadə verərək hirslə dedi:

-Əl çək məndən,avaranın biri...

Gülbala təəccüblə dedi:

-Ağəz,özün namyok vermədin bəgəm?

-Kül təpəvə.Cibindəki puluvu çıxardırdılar,ona görə işarə elədim.

Gülbala əlini cəld yay köynəyinin cibinə atdı.Dayısı verən al "şirvan" yox idi.

Vaqif Qüdrət
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Viagra Suppliers Uk Free Sample Viagra Without Prescription cialis 5 mg Levitra Vs Viagra Comparison Achat Propecia Europe Secure Tab Doryx In Internet Shipped Ups Free Doctor Consultation