Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Məhəmməd Nərimanoğlu-60

18-02-2017, 11:00 | 8962 dəfə baxılıb.

Onu tanımaq həm asandır, həm də çətin
Bir qələm adamının açılıb oxunmayan ömür kitabının bəzi səhifələri


Uzun illərdir ki,vətənimizin göylərindən qara buludlar çəkilmək bilmir.Uzun ilıərdir ki, yurd itkisi,vətən niskili çəkirik.İllər ötsə də,düşmənin sinəmizdə açdığı yara,daha da qövr edir,əli qələm tutan bu dərdlərin acısıyla qələmə sarılır,əli silah tutan silaha, əslində, qələm də bir silahdır,amma yazmağı bacarana,el-obasının,yurd və yurddaşlarının dərdinə şərik olana.

Belə yurd itkili,vətən təəssübkeşli yazarlarımızdan biri də 30-dan cox bədii publisistik kitabların müəllifi, yazıçı-publisist, "Azərbaycan" qəzetinin əməkdaşı, jurnalist Məhəmməd Nərimanoğludur.
Məhəmməd Nərimanoğlu 1957-ci ildə Kəlbəcərdə anadan olub.

Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasına yiyələnib.1987-ci ilə qədər Kəlbəcər rayon mədəniyyət şöbəsində bədii rəhbər, metodist olub.

Dövri mətbuatda 1982-ildən çap olunur.1987-1993-cü illər ərzində Kəlbəcərdə çıxan "Yenilik" qəzetində korrektor, ədəbi işçi, müxbir, şöbə müdürü və məsul katib vəzifələrində çalışmışdır.

1993-cü ildən məcburi köçkün olan Məhəmməd müəllim öz yurd həsrətini qəlbində yaşadıb, kitab və qəzetlərdə paylaşmağa başlayıb.

Onun "Azərbaycanın qala qapısı Kəlbəcər" və "Qala dərdim" kitabları bunun bariz nümunəsidir. Məhəmməd Nərimanoğlu hər yurd itkili,Qarabağ faciəli yazılarını qələmə aldıqca sanki yaşayır, bəzən isə göz yaşlarına hakim ola bilmir.

Təbiidir ki, itirdiyi yurd bir dünyadır.O dünya ki, orada doğulub, orada-boya başa çatıb,o torpaqda ayaq açıb yeriyib,o torpaqda ana laylası eşidib.
Bu qəlım adamı özü kimlər haqqında yazmayıb, ilahi?!

Qələmində qış da gözəldir, yaz da.Amma bəzən yazda gül-çiçək açmır.Anasını yazda itirdiyi, torpağa verdiri üçün deyir ki,daha mənim yazım gəlmir.

May onun üçün gül-çiçək ayı deyil –anasızlıq gətirdiyi, onu əbədi yetim qoyduğu üçün...

Məhəmməd müəllimin 30 kitabından (hələ neçələri də çapa hazırdır)cəmi biri şeirlərindən ibarətdir ki,onu da gözəl şairimiz Eldar İsmayılın təkidlərindən sonra ən yaxın dostu Zaur Qafarzadə ona təmənnasız çap etdirib-hədiyyə edib.

Qənbər Şəmşiroğlu isə kitabı növbəti dəfə nəşr elətdirib. Kitabın ön söz yerində onun haqqında elə səmimi ürək sözləri yazıblar ki.

Oxuyaq: “Məhəmməd Nərimanoğlu təkcə yazıçı və ya şair deyil, eyni zamanda publisistik yazıları ilə dövri mətbuatda müntəzəm çıxış edən bir jurnalist, həm də qəzet redaktoru imiş.

Bir vaxtlar Kəlbəcərdə ilk qələm təcrübəsi keçdiyi «Yenilik» qəzetinin son dörd-beş ildə təsisçisi və baş redaktoru kimi də tanınır və sevilirmiş.

Məhəmməd Nərimanoğlunun yaradıcılıq bioqrafiyasına yazılacaq çoxsaylı faktları sadalamağa ehtiyac yoxdur.

Bir-birindən,sanbalına görə,seçilən kitabların müəlliflərindən biridir Məhəmməd Nərimanoğlu.

Kollektivimizin sevimlisidir,-desəm daha doğru olardı.

Sifarişlər tapdıqca və onların materiallarının əsas hissəsini hazırlayıb nəşriyyata gətirdikcə sevincinin həddi-hüdudu olmayıb,hərdən uşaq kimi şadlanıb ki, “bu sifarişi də yerinə yetirdik”…

Zaur Qafarzadə yazır:“Məhəmməd Nərimanoğlunun Kəlbəcərin nəinki keçmişi ilə bugününü özündə qovuşduran kitabların hazırlanmasında,eləcə də bu ulu türk-oğuz yurdunun erməni vandalizminin qurbanlarından birinə çevrilməsi,şəhidlik və işğal tarixinin,eyni zamanda ədəbi dünyasının tədqiqi və nəşrində göstərdiyi xidmətlərin mən deyərdim ki,əvəzi yoxdur.

Bilmirəm,onun bu əvəzsiz xidmətlərini kəlbəcərlilər necə qiymətləndirirlər,amma,bir faktı yeri gəldiyi üçün qeyd etməliyəm:o,həm də ictimai-siyasi hadisələrin izləyicisi və təhlilçisi, siyasi-publisist kimi də tanınır.

Məhəmməd Nərimanoğlunun «Heydər Əliyev: Astara Azərbaycanın cənub mirvarisidir»tədqiqat kitabının rəsmi dairələrdə çox yüksək səviyyədə qəbulunu da bura əlavə etsəm,fikrimi aydınlaşdırmış olardım.

Bəli, məhz onun bu kimi kitablarının nəşrindən sonra kollektivimiz digər rayonların rəhbərləri tərəfindən belə tipli sifarişlər qəbul etmişdir.

Demək, Məhəmməd Nərimanoğlunun mövzuları aktual olmaqla yanaşı,həm də vacib sahələri əhatə edir. Onun «Adiloğlu» nəşriyyatında çapdan buraxılmış «Kəlbəcər: yüz şairin bir kitabı», «Kəlbəcər:sazın-sözün harayı»,beş dilə tərcümə olunmuş «Kəlbəcər: təbii sərvətlər və möcüzələr diyarı»,«Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası»,«Kəlbəcərin folklor dünyası», sifarişi ilə nəşr etdiyimiz Cavidin «Dünya qəmli nağıl imiş»,Əli Qəmginin «Odlu-közlü sinəm»,Yusif Süleymanın «İstisu–möcüzələr çeşməsi» və s.kitablarının oxucular tərəfindən səbirsizliklə gözləndiyini də bilirik.

Çünki həmin kitabların nəşrindən sonra bizə hər yerdən müraciətlər olunur və o kitabları haradan əldə etmək istədiklərini bildirirlər.

Bir sözlə,Məhəmməd Nərimanoğlu həm də xeyirxah insandır, doğma kəlbəcərlilərinin könül iztirablarının bir araya toplanıb çap olunması üçün əlindən gələni əsirgəmir və hətta,həmin topluların nəşri üçün himayədarı da özü tapır”.

Mən,yeri gəlmişkən bir məsələni də diqqətə çatdırmaq istərdim.Məhəmməd Nərimanoğlunun nəşrə hazırladığı kitabların əksəriyyəti Dədə Şəmşirin nəvəsi,Milli Məclisin üzvü (2005-ci ildə kəlbəcərlilər tərəfindən yekdilliklə seçilmiş millət vəkili) Cavid Qənbər oğlu Qurbanovun maddi və mənəvi dəstəyi ilə işıq üzü görüb.

Mənə belə gəlir ki,kəlbəcərlilər belə deputatları ilə fəxr etməlidir,çünki hər millət vəkili onun kimi öz seçicilərinə xidmət göstərmir.

Cavid Qurbanov bununla Azərbaycan ədəbi aləminin, yəni milli-mənəvi sərvətlərimizin qorunub saxlanmasına xidmət etmiş olur.

Mən,bununla həm Cavid Qurbanova,həm də Məhəmməd Nərimanoğluna sözün yaxşı mənasında qibtə edirəm ki,doğma Vətənə, torpağa,doğulduqları yurda onlar belə can yandırır,Kəlbəcərin keçmişinin kəlbəcərlilərinin qaçqınlq-köçkünlük illərinin tarixini toplayıb nəşr etdirib gələcək nəsillərə çatdırırlar.

Hə,az qala unudacaqdım.Məhəmməd Nərimanoğlu həm də ürəyəyatan şeirlər yazırmış. Bunu əvvəllər hiss elətməyib.

Son zamanlar onun internet vasitəsilə şeirlərini oxuduqca həm kövrəlmiş, həm də sevinmişəm.

Qardaşımın poetik duyğuları nə qədər tarıma çəkilmiş,İlahi? Doğulduğun yurda,el-obaya bu qədər doğmalıq hardandı belə?!

Tez də xatırlayıram:axı,anası şairə Güllər Məmmədqızının iki şeirlər kitabını da biz nəşr eləmişik.

Məhəmmədin poetik nəfəsi də elə anasınınkıdır. Qəmli bir dastana bənzəyir onun hər bir şeiri.Mən poezya adamı olmadığım üçün şeirlərə ancaq oxucu kimi yanaşıram.Vallah,bu adamın mövzusu qəm-kədər, yaxud vətənpərvərlikdirsə, dili bulaq suyu kimi duru və safdır: yaddaqalandır, ruha hopandır:

Elə bildim bir xəyaldı, nağıldı,
Səni görcək huş başımdan dağıldı.
Elə bildim sinəm üstə taxıldı,
Yazda açan tər bənövşə,gülüm sən.

Mən nümunə göstərdiyim bəndlərə şərh verə bilmsəm də, deməliyəm ki,onun hər misrası süzülür könüllərə.Gənclik təravətli şeirləri ilə yanaşı,onun ana,Vətən haqqında yazdıqları barədə də bu fikirləri söyləyərdim:

Qanım, canım sənə halal!
Sənsiz çox olmuşuq məlal!
Sənindir bu ölkə, mahal,
Dəyişib tarix, növrağım,
Mənim üçrəngli bayrağım!

Yaxud,onun anasızlıq ağrılarının ifadəsinə diqqət yetirək:

Daşlaşıbdı baxışınız bu daşda,
Gərəksiniz elə vallah bu yaşda.
Dözəmmirik, qalx ayağa, yığış da,
Atam ilə yurda qoşa dönmüsən,
Ay ana, yatmısan, daşa dönmüsən?!

Dünənə qədər jurnalist dostum kimi təqdim etdiyim Məhəmməd Nərimanoğlu dağlarda doğulub,o yerlərə 20 ildən artıqdır ki,həsrətlə boylandığını da yana-yana bizə poetik ovqatla çatdırır.Dağlar və dərd-qəm sanki onun əbədi mövzusudur:

Kəlbəcərdən ayrı düşüb qəribsizlik dərdini şələləndiyini görün bir necə ifadə edir:

Heydər baba!

Xəyalıyla qovrulduğum yurdumun
Açılmır səhəri düz on üç ildi.
Yəhərsiz-yüyənsiz,bir də ki, nalsız
Minilir kəhəri düz on üç ildi.

O,gözəllik aşiqi olduğunu da unutmur.Bumövzuda
qələmə aldıqları artıq aşıq və müğənnilərin dilinin əzbəridir:

Məhəmməd Nərimanoğlunun qələmindən süzülüb,yuxusuz gecələrinin şəriki olacaq hələ neçə-neçə əsərlər,kitablar gözləyirik.

İnanırıq ki,o,ədəbi bioqrafiyasına yazdığı təkcə bunlar olmayacaq,onu Kəlbəcərin xoş və firavan günlərindən də yazacaq müəllif kimi görmək arzusu ilə,ona yaradıcılıq uğurları diləyir və ömür amanatı,- deyirik.

Bəli,Məhəmməd Nərimanoğlu bir-birindən dəyərli kitab müəllifli olmaqla yanaşı,həm də sədaqətli dost, gözəl ailə başçısı,o cümlədən fədakar atadır. Sadə və təvazökar bir insandır,hər zaman yaxşıları özünə deyil,ilk olaraq dostuna arzulayan biridir.

Məhəmməd müəllim haqqında çox yaza bilərdim, amma, böyük ürəkli insanlar nədənsə,cümlələrə sığmır,nə qədər yazsan da...

Cümlələr o ürəyin kölgəsində qalır.Məhəmməd Nərimanoğlu da məhz belə insanlardandır.

Bu gün -18 fevral onun doğum günüdür,bu münasibətlə Məhəmməd müəllimi təbrik edir,ona cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları və sonda yurd itkili kədər deyil,sevinc göz yaşları arzulayıram.

Mətanət (Nəcəfova) DUYĞULU
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Qənbər ŞƏMŞİROĞLU: "Məhəmməd Nərimanoğlu Kəlbəcərin dərd karvanının sarvanıdır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Dağların dağ boyda ahı Məhəmməd Nərimanoğlu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

QALA DƏRDİM

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının