Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

SÜRƏT QATARINDAN MAVİ SƏMAYA – KACİ MOTOCİRO YOLU

23-02-2017, 23:22 | 4322 dəfə baxılıb.


O, ədəbi taleyi gətirməyən, şəxsi həyatı qəmkədər, xəstəlik və dürlü-dürlü dərdlər içində məhv olan bir yazıçı ömrü yaşadı. Cəmi otuz bir illik bu ömrün səhifələri başdan-başa hüznlə yazılmış rekviyemə bənzəyir. Qayğısız uşaqlıq illəri keçirməyən, gəncliyini nəinki xoşbəxt, hətta bir gün belə istədiyi kimi fərəhli yaşaya bilməyən, bəxtsizliyi ilə hamıda təəssüf və kədər doğuran bir insan ömrü haqqında rekviyem... XX əsr yapon yazıçısı Kaci Motociro bütün həyatını bədbəxtliklə mübarizə aparmağa həsr elədi. Cismən bu mübarizədə məğlub tərəf kimi görünsə də, mənəvi güc və istedadın təhrikilə yaratdıqları onun çətin həyat üzərində qələbəsi kimi tarixin yaddaşına həkk olundu.
Kaci Motociro 17 fevral 1901-ci ildə Yaponiyanın məşhur Osaka şəhərində sadə və kasıb bir ailədə dünyaya göz açmışdı. Firma qulluqçusu olan atası Hotaro, uşaq baxçasında tərbiyəçi işləyən anası Hisa ailəni çətinliklə dolandırırdılar. Maddi ehtiyacları heç vaxt tam təmin olunmayan, pulları bəzən ən sadə yeməyə belə çatmayan çoxuşaqlı ailə həmişə taleyin sınaqları ilə üz-üzə idi. Atasının işi ilə bağlı Kacinin ailəsi tez-tez yaşayış yerlərini dəyidirməli olurdu. Lakin ailədə böyüyən doqquz uşağın sıxıntısı təkcə maddi imkansızlıqla bağlı deyildi. Övlad-larına heç vaxt örnək ola bilməyən ata çox içki içir, əyyaşlığı ilə həyat yoldaşını və uşaqları təngə gətirirdi. Uzun illər davam edən ailədaxili münasibətlərin gərginliyi təbii ki, uşaqların tərbiyəsinə və psixoloji durumuna da öz mənfi təsirini göstərirdi. Sonralar Kacinin həyatdan üz döndərməsinin, küskünlüyünün, böhran keçirib içkiyə qurşanmasının təməlində ailəsindəki bu mürəkkəbliyin, ziddiyyətin müəyyən rolu olduğunu təxmin etmək heç də çətin deyil. Övladlarının yeganə mənəvi dayağı olan Hisa ən həssas uşağı Kaci üçün təkcə fədakar ana yox, həm də həmişə gərəkli insan, həmdərd, həmsöhbət olmuşdu. Oğlunda ədəbiyyata ilk həvəsi oyadan ana bu məhəbbəti ömürlük onun ruhuna hopdura bilmişdi.
Həmin dövrdə kütləvi informasiya vasitələrinin qıtlığı – dövrü mətbuatın məhdudluğu, radio və televiziyanın yoxluğu, təzə və tək texniki avadanlıq sayılan patefonu bahalığına görə hər ailənin ala bilməməsi dünyagörüşün, eləcə də estetik zövqün formalaşmasında yeganə amil kimi kitab mütaliəsini zəruri etmişdi. Bu illərdə bütün Yaponiyada olduğu kimi, Motociro ailəsində də uşaqlar böyük-lərlə yanaşı məşhur yapon yazıçıları Natsume Soseki və Mori Oqayın əsərlərini oxuyur, həyata baxış tərzləri bu görkəmli milli sənətkarların bədii irsinin təsirilə müəy-yənləşirdi. Kaci Motocironun xüsusilə Natsume Sosekiyə sevgi və rəğbəti sonsuz idi. O, yazıçını dahi sənətkar və özünün idealı hesab edir, onun tək yazmağı xoşbəxtlik kimi görürdü. Hətta ehtiyac içində yaşamasına baxmayaraq ilk məvacibini sevimli yazıçısının əsərlərinin külliyyatını almağa xərcləmişdi.
Orta məktəb illərində Kaci ədəbli davranışı və intizamı ilə fərqlənmiş, sevdiyi fənləri yaxşı oxumuş, lakin heç vaxt dərs əlaçısı olmamışdı. O, on səkkiz yaşında orta dərəcəli məktəbi bitirib Nara dövründə ölkənin paytaxtı olmuş, qədim və şöhrətli Kioto şəhərinə köçür, burada kirayə ev tutur və mühəndis olmaq həvəsi ilə ali dərəcəli məktəbə daxil olur. Lakin otaq yoldaşları, istedadlı gənc ədəbiyyatçılar İicima Tazaki və Nakatami Takao ilə yaxın dostluq əlaqələri Kacini seçdiyi texniki sahədən uzaqlaşdırıb ədəbiyyat aləminə daxil olmağa sövq edir. Onu ədəbiyyat ixtisasını seçməyə, ömrün qarşıdakı illərini öz ruhuna uyğun bu sahəyə həsr etməyə istiqamətləndirən həmin gənclərdən İicima Tazaki gələcəkdə məşhur yazıçı və kino tənqidçisi, Nakatami Takao isə özünəməxsus yaradıcılıq üslubu və yazı manerası ilə fərqlənən yazıçı kimi yapon mədəniyyət tarixində önəmli yer tutacaqdılar. Beləliklə, Kaci Kiotoda ali təhsil aldığı illərdə vaxtilə anası tərəfindən qəlbinə səpilən ədəbiyyat sevgisi toxumlarının Tazaki və Tokaonun “müntəzəm qulluğu” sayəsində cücərib pöhrələndiyini, günbəgün böyüdüyünü, içində qol-budaq atdığını hiss edir.
Vərəm xəstəliyinə tutulduğunu aşkarlayan həkim-lərin məsləhətilə Kaci ali təhsilə bir il fasilə verməli olur. Qeyd etmək lazımdır ki, həmin illərdə onun dörd bacı-qardaşı da vərəmdən əziyyət çəkirdi. 1920-ci ildə o, bacısının ibtidai məktəb müəllimi işlədiyi əyalət şəhəri Mieyə gedir. Burada qaldığı vaxtlarda yazdığı məktub və gündəliklərin məzmunu ilə tanışlıq göstərir ki, Kaci bu bir ildə özündə ədəbiyyatı qavramaq, mənimsəmək bacarığının daha yüksək olduğunu kəşf edir. Məktublarından birində yazır: “Mən fəlsəfəni nə qədər oxyuramsa, mənimsəyə bilmirəm. Ədəbiyyatı isə nə qədər lazım olsa, oxuya bilərəm. Məntiqi mövzuları heç cür başa düşmürəm.”
Təhsilini davam etdirmək üçün bir illik fasilədən sonra Kiotoya qayıdan Kaci dərslərinə hazırlaşmaqla yanaşı, dünya mədəniyyəti və incəsənətiylə də maraqlanır. Qərb təsviri sənəti onun zövqünü oxşayır, Roden, Renuar, Deqanın ədəbiyyat jurnallarında tez-tez çap olunan əsərlərinə böyük maraq göstərir. İncəsənətin mahiyyətini dərk etdikcə, özünün bu sahəyə aludəçiliyinin dərəcəsini anladıqca yanlış ixtisas seçimi haqqında düşüncələr də onu daha çox narahat edir. Çox keçmir ki, bu barədə fikirlərini dostları ilə bölüşür, gündəliklərində hələ də öz yolunu tapmamağın dözülməz hal olduğunu vurğulayır, “mövqesiz yaşamaqdansa, ölmək daha yaxşıdır” qənaətini qeyd edir.
Kaci Motociro 1921-ci ildə ali məktəbin ikinci kursuna keçdiyi vaxt doğulub boya-başa çatdığı Osakaya qayıdır, daha doğrusu, gün-güzəranının nisbətən rahat olacağı ümidilə doğma şəhərə sığınır. Osakada tez-tez ədəbiyyat fakültəsinin tələbələri ilə görüşür, bu ədəbi söhbətlərlə bir növ narahat ruhunu rahatladır. Yaşadığı Osakadan təhsil aldığı Kiotoya hər gün sürət qatarı ilə yol gedən Kacinin yazıçılğının tarixçəsi də məhz sürət qata-rından başlayır. Sürət qatarında tanış olduğu qıza qarşı duyduğu dərin sevgi hissinin cavabsız qalması onu ilk əsərini yazmağa sövq edir.
Kacinin yazdığı həmin novella ədəbiyyatçı dostları tərəfindən çox bəyənilsə də, yazıçının yaradıcılığının bu ilk nümunəsi günümüzədək gəlib çatmamışdır. İlk gənclik illərinin dostu, Kacinin ədəbiyyata gəlişini addım-addım izləyən Hirabayaşi Yoko xatirələrində bu əsər haqqında yazır: “Kaci sürət qatarında bir qızla tanış olur və ona vurulur, o, ingilis poeziyasından “Sevgisini etiraf edən kişi” adlı bir şeiri qıza verir və onu oxumasını xahiş edir. Səhəri gün qızla görüşdükdə ondan həmin şeri oxumadığını eşidir, bundan çox mütəəsir olur və oradan ayrılır. Mən bunu ona görə xatırlayıram ki, Kaci bu hadisədən sonra öz həyatı barədə ilk hekayəsini yazır. Bu hekayə iyirmi beş vərəq həcmində idi. Hekayənin əsas epizodunu və baş qəhrəmanını ağ ciyəri xəstə olan cavan adam təşkil edir. Həmin dövrdə mən ədəbiyyatı bir o qədər də dərk et-mirdim, lakin bu hekayəni oxuduqda o mənə çox maraqlı göründü. Xüsusən, mənə gecə vaxtı qızdırmadan əziyyət çəkən qəhrəmanın əllərini göyə uzadaraq sanki kimdənsə kömək istəməsi səhnəsi çox təsir etdi. Mən bu əsərin adını xatırlamıram, ancaq bilirəm ki, kağızın sağ küncündə “qaralama” sözü, əks tərəfində isə “hekayə T.N-ə ithaf olunur” cümləsi yazılmışdı.”
12 avqust 1920-ci ildə yazdığı gündəlik qeydində Kaci özünə qarşı ikrah hissinin, özünü geridə qalmış meşşan hesab etməsinin səbəbini həyat amalını hələ də tapa bilməməkdə görürdü. Bu amalı tapandan sonra isə onun ardınca getməkdə son dərəcə israrlı idi. Buna görə də 1924-cü ildə ali təhsilini başa vurub mühəndislik diplomunu alan kimi bundan sonrakı həyatını ədəbiyyata həsr etməyi qə-rara alır. Bu məqsədlə sənədlərini Tokio Universitetinin ingilis dili fakültəsinə verir. Bunun səbəbi K.Motocironun yaşadığı dövrdə Qərb dilləri və ədəbiyyatlarına marağın getdikcə güclənməsi ilə bağlı idi. Uzun əsrlər qapılarını Qərbə bağlı saxlayan, milli müstəqilliyini və mədəniy-yətinin orijinallığını qorumaq məqsədilə digər mədəniyyətlərə inteqrasiya etməyən Yaponiyada XIX əsr Meyci inqilabından sonra Avropa ilə əlaqələrin yaranması, XX əsrdə daha da genişlənməsi yapon yazıçılarının da Qərbə meylini gücləndirmişdi. Buna görə də əsrin bir çox yapon yazıçılarının – Kato Miçio, Kavabata Yasunari, Mişima Yukio və başqalarının yaradıcılıqlarında Qərb ədəbiyyatının əhəmiyyətli təsiri aydın müşahidə olunur.
Kaci Motociro Tokio Universitetinin tələbəsi olduğu illərdə ədəbiyyatçı dostları ilə birlikdə çoxdan arzusunda olduğu bir işi, ədəbi jurnal nəşrini gerçəkləşdirir. Bu “Aozoro” – “Mavi səma” jurnalı idi ki, Kacinin ilk hekayəsi də daxil olmaqla, iyirmi hekayəsinin böyük qismi burada çap edilmişdi. Yazıçının “vizit vərəqi” sayılan “Limon” hekayəsi də “Aozora”nın ilk sayında dərc olunmuşdu. Tokio Universitetində oxuduğu üç il ərzində o, bütün səy və gücü ilə jurnalın nəşrinə çalışmış, günbəgün ağırlaşan səhhəti imkan verməsə belə, onun redaktə və korrektura işini öz öhdəsinə götürmüşdü. “Mavi səma” onu Osakadan Kiotoya gətirən sürət qatarındakı eşq macə-rasından başlayan yazıçılıq fəaliyyətinin ən yüksək nailiyyətlərinin şahidi idi. O, öz sənətkar sözünü ilk dəfə bu jurnalda deyə bilmişdi. Mənəvi cəhətdən möhkəm bağlandığı “Mavi səma”nın hər yeni sayının nəşri Kaci Motociro üçün yeni bir ümid deməkdi. Vərəm xəstəliyi şiddətləndikcə həyat eşqi tamamilə sönməkdə olan nasir üçün bu jurnal böyük mənəvi təskinlik idi. O, ikinci mərtəbədə yerləşən səkkiz tatami böyüklüyündə işıqlı mənzilində vərəmlə mübarizə apara-apara əsərlərini yazır, “Mavi səma”nı redaktə edirdi. Jurnalın redaksiyası Hazavu məhəlləsində yaşayan dostu Tonomura Şigerunun otağında yerləşirdi. Redaktəyə köməklik göstərmək üçünsə o, Azavunun yanına gedirdi. Xəstə halı ilə evdən çıxmaq və bu işi icra etmək onun üçün çox ağır idi. Bu səbəbdən Kaci vaxtını əsasən evdə keçirdiyinə görə dostları onu zarafatla “hərəkərsiz cənab” adlandırırdılar.
1928-ci ildə Kacinin bir tərəfdən xəstəliyi ağırlaşır, digər tərfdən yoxsulluğu son həddə gəlib çatır. Hətta təhsil haqqını ödəyə bilmədiyi üçün Tokio Universitetindən xaric edilir. Bu hadisədən sonra həyatdan, cəmiyyətdən, insanlardan küssə də, yaradıcılıqdan soyumur,”Qış milçək-ləri”, “Qayalıq üzərində hiss etdiklərim” hekayələrini yazır. Həyatının sonlarında Osakaya qayıdır, 1929-cu ildə əlli doqquz yaşlı atasının ölümü onu çox kədərləndirir, bu itki yazıçını ölüm haqqında düşüncələrə qərq edir. 1931-ci ildə dostları ölüm ayağında olan Kacini sevindirmək üçün “Limon” hekayələr toplusunu nəşrə hazırlayıb çap etdirirlər. Bu toplu Kacinin nəşrini gördüyü yeganə kitabı olur. O, 1932-ci ildə Osakada vərəm xəstəliyindən vəfat edir.
Yapon ədəbiyyatında hekayə ustası kimi tanınan Kaci Motociro yaradıcılığa novella ilə başlayıb. Daha sonra poeziyanı musiqi və rəsm kimi böyük təsir gücünə malik sənət növü tək dəyərləndirdiyindən, digər tərəfdən özünün etiraf etdiyi kimi, maddi imkansızlıq üzündən patefon ala, violonçel çala bilmədiyi üçün şeirlar yazmağa meyl göstərir. “Böyük, müxtəlif rəngli hərflərlə bir simfoniya yaratmaq istəyirəm” deyən yazıçı şeiri yüksək qiymətləndirsə də, ürəyəyatan, bədii səviyyəsindən razı qaldığı bir şeir belə yaza bilmir, bu sahədə uğur qazanmır. İlk hekayələri olan “Senkiçi” və “Paradoksal həqiqət”də isə öz yazıçı məharətini bütün dolğunluğu ilə əks etdirə bilir. Kaci 1924-cü ildə kiçik bacısının ölümündən təsirləndiyi, xəstəliyinin daha da şiddətləndiyi vaxt Miyedə yaşayan böyük bacısının yanında qalmalı olur. Yazıçının Miye təəssüratları “Qəsr yanında şəhər” hekayəsində dolğun bədii ifadəsini tapır.
“Limon” hekayəsinə qədər onun yaradıcılığı ədəbi mühitdə sanki görünməz olmuşdu. Yazıçının bir ilədək vaxt sərf edib yazdığı hekayə çapından dərhal sonra ədəbi gəncliyin sevimlisi oldu. Bu hekayə Kacinin Kioto məktəbində oxuduğu illərin xatirələri əsasında qələmə alınmışdır. Əsər qəhrəmanının monoloqu kimi səslənən hekayədə estetizmin dərki ideyası irəli sürülür, xeyirxahlıq və gözəllik rəmzi kimi limonda estetizmə münasibət ifadə olunur. Nakatami Takao bu əsər haqqında təəssüratlarında yazırdı: “1922-ci ildə “Limon” əsəri “Gizli xoşbəxtlik” adı altında nəzmlə yazılmışdır. 1923-cü ildə isə artıq nəsr şəkilində qələmə alınmışdır. Bundan sonra əsər “Sezan haqqında hekayət” adı ilə yazılır. “Sezan haqqında hekayət 70 vərəq əl yazısı həcmində idi və Kaci bunu “Aozora” jurnalında çap etdirmək istəyirdi. Çox güman ki, Kaci öz əsərini bir o qədər bəyənmirdi və buna görə də həmin əsəri 10 vərəq həcminə qədər qısaldaraq “Limon” adı ilə çap etdirir.”
“Limon” hekayəsi Kacini bütün Yaponiyada şöhrət-ləndirməsə də, ədəbi mühitdə tanıdır və onun gələcəkdə hekayə ustası kimi yetişməsində əhəmiyyətli rol oynayır. Bu gün XX əsr yapon ədəbiyyatı antologiyalarının hansını vərəqləsək, orada “limon” hekayəsini görməmək mümkün deyil. Eləcə də orta dərəcəli yapon məktəblərində ana dili və ədəbiyyatı dərsliklərində bu hekayəyə rast gəlmə- mək olmaz, şagirdlərdə mütaliə vərdişlərinin formalaş-dırılmasında Kacinin bu əsərinin əlahiddə yeri var.
1925-ci ildə yazıçı bacısının yanında keçirdiyi dövr barədə xatirələri əsasında “Qəsr yanında şəhər” hekayəsini, daha sonra “Yolda”, “Şabalıd çiçəkləri”, Ölənlər” adlı hekayələrini yazır. 1926-cı ildə qələmə aldığı “Qardan sonra”, “Kavabata Yasunarinin ikiqat intiharı” hekayələri ideya-bədii keyfiyyətləri ilə seçilən əsərlər kimi yadda qalır. Bundan sonra K.Motociro “Onun qəlbinin əksi”, “Ucaldılmış K” hekayələrini yazır. Həmin vaxt hekayələrini dövrü mətbuatda müntəzəm çap etdirmək, kitabının nəşrini görmək Kaci üçün əlçatmaz arzulardan idi. Buna görə də “Şineyte” – “Yeni axın” ədəbi jurnalında hekayələrinin çapına dəvət alan yazıçı sevinib ruhlanaraq yeni-yeni əsərlər yazır.
İzu yarımadasında yerləşən Yuqasima dağ kurortunda Kaci Motociro ilə Kavabata Yasunarinin tanışlığı hər iki yazıçının xatirəsində dərin izlər qoyur. Yapon ədəbiyyatının ilk Nobel mükafatçısı, dünya miqyasında tanınan yazıçı K.Yasunari K.Motociroyla görüşü haqqında yazırdı: “Mən İzuda bir neçə ay ərzində Kacinin xəstəliyini müşahidə elədim. Mən ondan çox şey öyrəndim – təbiətə münasibət, itkilərə, canlılara münasibət...”
K.Motociro üslub orijinallığı ilə seçilən yazıçıdır. Yuqasimada Kacinin yazdığı “Qış günəşi” hekayəsində onun realistik simvolizmə xas yaradıcılıq xüsusiyyətləri aşkar sezilir. Burada yazıçının öz qəhrəmanını, onun zamanla, sosial mühitlə əlaqəsini nə qədər böyük ustalıqla canlandırdığı aydın müşahidə olunur. Yaradıcılığının sonlarına yaxın yazdığı “Dağın maviliyi”, “Su borusu”, “İnstrumental illüziya” hekayələrinin mövzu və proble-matikasında isə ümumi yaxınlıq hiss olunur.
K.Motociro yaradıcılığı avtobioqrafik istiqaməti ilə daha çox diqqəti çəkir. Bütün yazdıqlarının aparıcı qəhrəmanı o özüdür. Müxtəlif adlarla təqdim etdiyi bu qəhrəmanlar yazıçının şəxsi tərcümeyi-halının fərqli mə-qamlarını, onun xarakter cizgilərini, yaşantılarını və mənəvi iztirablarını əks etdirir. Buna görə nasirin hər yeni əsəri digərinin məntiqi davamı olaraq bitkin təsir bağışlayır, bir insan ömrünün müxtəlif parçaları kimi bizi həyəcanlandırır, düşündürür, nəhayət, bu parçaları fikrimizdə cəmləşdir-məyə sövq edir.
Müasiri Nakatami Takaonun “Kaci Motociro, Kioto dövrü” məqaləsində yazdığına görə, o, zahirən yaraşıqlı, uca boylu, enlikürək, ilk baxışda diqqəti özünə cəlb edən, əsil şəhər sakinlərinə məxsus görkəmi ilə seçilən, iri alınlı, sərt baxışlı bir gənc idi. Hekayələrindəki qəhrəmanların əksəriyyətini də öz zahiri əlamətləri ilə təsvir edirdi.
Ədəbi yaradıcılığı on ildən bir qədər çox davam edən K.Motociro eqo-belletristika janrının nümayəndəsi, klassik yapon ədəbiyyatındakı esse və simvolist poeziya ənənə-lərinin vəhdətindən ibarət yeni nəsr formasının yaradıcısı olmuşdur. Tənqidçilər onu Şova dövrünün sonu, Toişo dövrünün başlanğıcında, yəni yapon ədəbiyyatının gümüş əsrində, sonralar müasir yapon ədəbiyyatı kimi təsnif ediləcək ədəbiyyatın forma və metodlarının formalaşdığı dönəmdə yaşamış kiçik yazıçılar zümrəsinə aid etsələr də, Kaci Motociro kiçik janrda xariqələr yaradan böyük yazıçı idi. “Limon”dan “Qayğısız xəstələr”ədək yazdığı iyirmi hekayənin tənqiddə yüksək sənətkarlıq örnəkləri kimi dəyərləndirilməsi bunun bariz göstəricisidir.
Ədəbi mühitdə ilk qiymətini 1927-ci ildə yapon ədəbiyyatının mükəmməl tədqiqatçısı və böyük yazıçısı Kavabata Yasunari tərəfindən alan K.Motociro yaradıcılığı digər ölkələrdə o qədər geniş tanınmasa da, yapon milli ədəbiyyatında onun özünəməxsus yazıçı mövqeyi vardır. 1934-cü ildə ilk dəfə əsərləri iki cilddə, 1959-cu ildə tam külliyyatı üç cilddə çap olunan yazıçının yaradıcılıq irsi yaponlar üçün əziz və doğmadır. Bəlkə Kaci Motociro dedikdə, müasir yapon bir an duruxub onun kimliyini yada salmağa çalışar, lakin “Limon” hekayəsinin adı çəkildikdə hamı bu gözəlliyi vəsf edən yazıçını tanıyacaqdır. Həmin cəhət oxucunun şüuraltı hafizəsindəki yazıçı şöhrətinin uzunömürlülüyü ilə bağlıdır. Bu, bir vaxtlar Kiotoya gedən sürət qatarıyla ədəbiyyata yol alan, “Mavi səma”ya yetişib təsəlli tapan yazıçının sağlığında həsrət qaldığı ədəbi şöhrət idi.

Təranə Turan Rəhimli,
filologiya üzrə fəlsəfə doktoru, dosent
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı

Bu dahilər heç zaman qadınla biryerdə olmayıblar SİYAHI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Müsahibə

“Məktəbdə “3”-ü atamın hesabına alırdım” – Keçmişdəki mən

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının