Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Bəs ikincilər!?

24-02-2017, 12:35 | 4312 dəfə baxılıb.

Şair var gözünün qabağında sözün anasını ağladır, amma susursan, üz-üzdən utanır deyə. Amma şair də var şeirləri adamın yaddaşını ağladır və utanırsan özündən, onu bir dəfə üz-üzə görüb əlini sıxmadığın üçün
Birinci dediklərim Azərbaycan ədəbiyyatının yağışdan sonra göbələləridir ki, hər yeri basıblar. Saytı açırsan üzünə gülümsəyir, qəzetə baxırsan, şəkli diş ağardır amma...
Televizoru açırsan sözü, tədbirə gedirsən özü gözünə girir. Vicdan səni dirəyir divara, danış deyir, amma sən ona yaxınlaşana qədər üz-üzdən utanır, ürəyinin göbələk yeri “get meşəyə, ədəbiyyatı ləkələmə”- sözünü dilin həmin şairə belə tərcümə etdirib çatdırır
Siz göbələk kimi gəncliyi hamıdan qoruyursunuz öz papağınızın altında. Ədəbiyyat meşəmiz sizin kimi çinarlardan əksik olmasın.
Nə edəsən durub dilini yalançı çıxarası deyilsən ki, həm də ataların sözü var; “Palaza bürün elnən sürün”.
İçin qan ağlayır, amma dişin ağarır daha dəqiq desək, mənim dişimin qızıldan olduğunu nəzərə alsaq, onun ağaran dişinə baxıb sənin dişin qızarır.
Cavan qızları başına yığıb poza verəndə lap onun yerində də olmaq istəyirsən, amma bu zaman vicdanın qulağına pıçıldayır; “ə, kişi ol, ə, bu gün şəkil çəkdirərsən sabah prezident təqaüdü verdirərsən birisi gün də hansısa müsabiqədə qalib edərsən istedadı olmayıb, amma isti ve dadlı olan bir xanımı.
Və özünə təsəlli verisən, vallah, mən də onun yerində olsam, elə edərəm də. Adam xanımlarn xətrinə necə dəysin axı.
Hələ özünə bəraət üçün Vahidin iki beytini də öz içində özünə yedizdirirsən:
Bütün gözəlliyi Tanrım ol sərvinaza verib,
O hər nə etsə, təbiət Ona icazə verib.
Deyəsən, axı birincilərdən çox danışdıq. Bəs ikincilər!?
Məsələn; Akif Səməd
Akif Səməd niyə bu qədər sevilir? Gözəl şeirlər yazıb?
Onun yaradıcılığı barədə fikir bildirmək mənim boyum üçün deyil, amma bir oxucu olaraq onu deyim ki, Akif Səməd özünü yazıb, özündə olan düzünü yazıb. Budur Akif Səmədi sevdirən.
Əvvəl soruşaq kim idi Akif Səməd ?
Cavabı İbrahim İylaslı versin.
Mənim xalam oğlu doğru kişiydi,
Yalanlar öldürdü Akif Səmədi.
Bu doğru kişini niyə yalanlar öldürdü ki ?
Çünki onun dili ürəyinin sözünü tərcümə etmədən dedi. O, göbələyə göbələk deyə bildiyi üçün tez öldü.
Tək idimi Akif Səməd? Yox, əsla. Bu millətin milləti düşünən oğlu tək ola bilməzdi...
Elə buna görə də, Eldar Baxış da tez getdi aramızdan. Daha dəqiq aramızdan tez apardılar. Hadiyə yazdığı “bir şairi öldürdülər bir ölkənin ortasında, ölkə bilmədi-bilmədi” - misraları əslində özünə və özü kimi insanların taleyinə mayak salmalı idi.
Həqiqəti deyən şairi öldürəcəklər. Şərt deyil güllələsinlər. Lap elə Ramiz Qusarçaylı demişkən; “İndi şairləri güllələmirlər, ac saxlayırlar” timsalında.
Şairləri ac saxlayıb dərdlə bəsləyib öldürdülər
Ağamalı Sadiq Əfəndi kimi Hüseyn Əfəndi kimi.
Və əfəndisiz qalan millət özünün düşük ədəbiyyatını yaratmağa məhkum olur, amma sonra yenə Akif Səmədə qayıdaq.
İradə Aytelin yazısında qeyd edildiyi kimi; “Və Akif Səməd bir də deyirdi ki, “bu dünyada bir hax tərəzisi var, bir də mıx tərəzisi. Gün gələjək, hax da yerini tapajax mıx da”. Tapacaq....
Sonda Tanrı, qoru bizə etibar etmə, özün qoru
Yoxsa küçənin ortasında özümüz öldürərik.
Xocalıda çilikləndi,
Əlimdən saldığım Vətən. ... deyən Ramiz Qusarçaylını.
“Biz belə azadlıq istəməmişdik”- deyən Ayaz Arabaçı kimi şairləri.
Və sonda Şairlər məhz sadaladığım şairlər millətin canlı bayraqlarıdırlar.
Bayraqlarına sahib çıx, millətim, yoxsa gec olacaq...

Manaf (Yetim Qacar)скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ədəbiyyat

Vüsal Yurdoğlu:"Nə deyirsən, ay dayı, onların papağı var?..."

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

ELDAR NƏSİBLİ SİBİREL

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının