Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

GÜZGÜDƏKİ QIZ

28-02-2017, 19:29 | 7692 dəfə baxılıb.

Kəndimizin sakit keçən günləri dövrünü yaya bağışladığı günlərdən biri idi. Həyatımızda payız höküm sürsə də, həyətimizdə yayın gəlişini bayram edən ağaclar, canlanmaq istəyən alaq otları, aylarla qarın altında yatan gül kolları isti günlərə qucaq açırdı. Hətta Toplanın gözündən qaçmış sümüklər də günəşin şəfəqindən torpağın üzərində parıldayırdı.
Kənd yerində yazılmamış, heç bir kitaba düşməmiş, bundan sonra heç hansısa kitabda rastlaşmayacağımız qanunlar var.
Onlardan biri “yayın gəlişinə hazırlıq” adı ilə ev-eşikdə yır-yığış etməkdir. Daxmanın qapı-pəncərələri taybatay açılır, içərisindəki əşyalar həyətə daşınır, otaqlar silinir-süpürülür, çöldəki salamat dolabların tozu alınır, zərər görmüşlərə əl gəzdirilir, çarpayıların, divanın, kreslo varsa, elə onun da cırıltı səslərinə əncam edilir, yorğanlar, döşəklər, yastıqlar tut ağacından kəsilən “yun çubuğu” ilə çırpılır, rəngi bozaran çərçivələr yenidən rənglənir.
Əgər ev dəbdəbəlidirsə, deməli, qapıları, pəncərələri çox və böyükdür, deməli, əyaları daxmada olanlardan birə-beş artıqdır. Belə evin sahibləri təmizlənmə işində köməyə iki-üç qohumunu çağırır. Qohumlar kəndin onlara aid olmayan problemlərini, başqasının ailə qayğılarını, hətta şəxsi münasibətlərini “həll edə-edə” təmizləmə əməliyyatı aparırlar.
İllərdir bəxtini gözləyən qızların cehizləri toplanan kənd evlərində aparılan təmizlik işlərinin əsasını sırınan yorğanlar, salınan döşəklər, toyuq tükü ilə doldurulan yastıqların çırpılması təşkil edir. Bu yataq dəstlərinə sığal çəkdikdən sonra gələn il başqa evə gönədərmək ümidi ilə yük yerinə yığırlar.
Həmin günlərdə bizim evdə sığal çəkiləsi cehizlik yük olmasa da, qış geyimlərini yığışdırmaq, yay geyimlərini ortaya çıxarmaq üçün mənim çox gec-gec qonaq olduğum otağa qalxdıq. Pilləkənlər və xoşagəlməz xatirələr bu otağı yaddaşımın küncündə toxunulmaz olaraq saxlayıb. Doğmaların yardımı ilə arabada o otağa çıxmaq, onlara əziyyət yaşatmaq, bununla yanaşı, “tikanlı uşaqlıq xatirələri” adlı günlərə toxunmaq ağrıdır və ağırdır.
Həmin otaqda böyük güzgü vardı. İnsanların illərdir görə, duya bilmədiklərini, həyatın görünməyən həqiqətlərini bu güzgüyə baxaraq öyrəndim.
Anam yun papaqlarımızı üst-üstə yığır, əlcəklərini içinə qoyur, düymələri sıx, isti üst geyimlərimizi səliqəli qatlayıb, sonuncu dəfə bacımın yatdığı və ilk mənim olan uşaq yatağına yığırdı. Hərdən müxtəlif geyimlər göstərib, geyinib - geyinməyəcəyimlə bağlı suallar verirdi. Cavabım hazır geyimlərimi qucağıma alıb, qarşı tərəfə qoymaq olurdu. Bunun üçün yolum o böyük güzgünün önündən keçirdi.
Topladığım geyimlər dizlərimin üstündə əlimi atıb təkərlərimi diyirlədim, güzgünün qarşısından keçəndə, təkərlər sanki dondu. Güzgüyə baxdım, dəmirlərdən düzəlmiş dörd təkər üzərində yerləşən stulda oturmuş cansız bir qız gördüm.
Nəfəs ala bilmirdim, boğazıma bağlı sinəmdən daş asılmışdı sanki. Bədənimin hərarəti bayırdakı hava şəraitinə bərabər idi. Ürək döyüntülərim elə güclənmişdi ki, anamın yuna vurduğu çubuq zərbəsi kimi səsi qulağımı batırırdı. İçimdən çölümə suallar çıxdı:
- Bu qız niyə belə “gəzir” ilahi?
...
- Kimdir bu qız?
...
Hər iki sualım cavabsız qalmışdı. Artıq susmuşdum. Tanrıdan cavab gözləyirdim. O cavab vermədi. Tərpənmirdim. Tanrının susduğunu görüb, “bu qız kimdir” sualını özümdən soruşdum. Cavabım düşünmək oldu. Düşündükcə o qızın kim olduğunu yaxşı anlayırdım. Mən o qızı Tanrı tanıdığından daha yaxşı, daha dəqiq tanıyırdım. Sadəcə inanmırdım. “Bu qız kimdir” sualına verdiyim “Mən” cavabına özüm də inanmırdım. Necə inanım axı? Mən ayaqlarımın üzərində dayanmıram, qaçıram, gecənin qoynuna sancılan ulduzlara çıxıb onları qucaqlayıram, hər səhər bir ayaq üstü dövrə vurub, ətrafa sevgi səpirəm, sevinərək, atılıb-düşürəm... Güzgüdəki mən deyiləm... Başımı yana çevirdim.
Dərindən nəfəs alıb, yenidən o qıza baxmaq istədim, amma bacarmırdım, cəsarətim çatmırdı. Özümü toplayıb, “o qız mən deyiləm” təsəllisini ümid dolu qoxu kimi ciyərlərimə çəkib, üzümü əvvəlki səmtə çöndərdim. Göz-gözə gəldik. Ürkək və tez sönən təbəssümlə salamladım onu. Salamımı eyni ürkəklik və eyni təbəssümlə aldı. Mənim kimi elədi.
İnsan reallıqdan qorxmamalıdır. Ən böyük reallıq insanın özüdür. İnsan özündən qaçar, özündən uzaqlaşarsa, yoxa çıxar, sıfıra dönər, heçə qovuşar.
İndi onunla göz-gözəydim. Sallarımı Tanrıya yox, ona verirdim, cavablar da alırdım.
- Sən kimsən?
- Mən sənəm.
- Bəs mən kiməm?
- Sən də mənsən.
- Sən məni necə görürsən?
- Oynayan, oxuyan, qaçan, qanad açıb uçan mələk kimi
- Bəs mən niyə səni arabada görürəm?
- Sən cismin gözü ilə baxırsan
- Bəs sənin gözün hardan baxır?
- Ruhun içindən
- Mən də ruhun gözü ilə baxa bilərəm?
- Sənin başqa gözlə baxmağa ixtiyarın yoxdur. Yoxsa, mən yoxa çıxaram, görünməz olaram. Sən mənsiz, mən sənsiz qalarıq. Təklənərik. Təklənmək varlığını təsdiq edəcək kimsənin olmamasıdır. Varlığın ruhun gözü ilə baxmaqdadır.
- Sübut elə
- Gözünü yum, heç nə düşünmədən 5-ə qədər say
- Sayıram: bir, iki, üç, dörd, beş. Bəs indi neyləyim?
- Gözünü açıb güzgüyə bax.
Möcüzə. Güzüdəki qız rəqs edir. Necə də gözəl musiqidir. Qız bütün otaq boyu ayaq barmaqlarının üzərində oxuya-oxuya quş kimi süzür. Otağın pəncərəsi açılıb, evlərini təmizləyən kənd adamları musiqinin sehrinə düşüblər. Hamı bu dar otağa toplaşıb, sevinirlər, gülürlər, o qızı alqışlarla müşayiət edirlər.
Anama baxıram, elə fərəhli görünüşü var ki...

Mətanət Qüdsi



скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

Zaur Sahilin şeirləri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə

İcra başçısından bir jest

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Xəyalə Sevil:"Sən də tam ola bilmədin"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının