Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Manafın hekayəsi

4-03-2017, 10:26 | 5162 dəfə baxılıb.

Gözü inboksa tuşlanıb qalmışdı. İnana bilmirdi nə Nağının bu qədər qisasçı olmasına, nə də kitab qızın bu qədər Nağıya yaxın olmasına. Özü də inanmazdı ki, nə vaxtsa içdən belə sına bilər.
Nağı dünən axşam yazışma sonunda balaca bir replika da qoymağı unutmamışdı:
- Brat namusuna and içdiyin qıza de mən yanğınsöndürən deyiləm. Mənə yanıram yazmasın. Həm də yaxşı oğlanın sevdiyi başqasına yanıram yazmaz.
Gözü donsa da xəyalı onu çox-çox qabaqlara aparmışdı. Atalar düz deyir, elə söz vaxtına çəkər. Elə qış ayları idi.
Onun ittiham olunduğu gün... O, komandirinin: “Vüsala xəyanətin özü yox, sözü də yaddır”- dediyi o dostunun sevgilisinə və baçısına xəyanətdə ittiham olunurdu.
İttiham edən isə Nağı idi. Bu gün onun sevdiyi qızla yazışmalarını oxuyub daşa dönmüşdü.
O zaman hamı həqiqəti bilə-bilə susmuşdu. Yox susmayanlar da olmuşdu. Dostu Gündüz Nağının ittihamları önündə belə demişdi:
- Vusal bunu edərsə, onu özüm öldürərəm. Sənin sevdiyinə göz dikdiyinə görə yox, mənim dünyada inandığım son insanı gözlərimdə öldürdüyü üçün onu özüm öldürərəm.
Amma o Tanrısına güvənib getmişdi Vətəndən.
Altı il Sibirdə şaxtaya can versə də, ölməmişdi. Gəldiyi ilk gündən rus qızlarını özündən uzaq tutaraq könlünü komputerin facebook adlı gözəlinə vermişdi. Hamı onun komputer aludəçisi olmasını qürbətdə olmağı ilə əlaqələndirsə də, əslində o sadəcə özünü və ona olan böhtanı unutduracaq birini axtarırdı. Və dörd il sonra onu tapanda anlamışdı ki, Vətənə dönmək zamanı yetişib, amma cəsarəti yox idi etirafa. Sadəcə dost kimi danışır bütün sirlərini bölüşürdü.
Əsmər də onun kimi sevgidən yarımayanlar sinfinin sürünənlər qrupuna aid idi. Bu qız da sanki dərd daimi qeydiyyatda idi. İlk gündən kitab oxumaqdan başı xarab olana oxşayan bu qızı bəyənməmiş, sadəcə kitab adam kimi köməyinə güvənmişdi, amma sonra ürəyinə uduzmuşdu onu və bu uduzmanı etiraf edə bilmirdi.
Və altı il sonra Bakıya ilk ayaq basdığı gün onu görmüşdü. Yox kitab qızı yox Nağını.
Qatarın qabağına qaçıb taksi lazimmı deyən şoferlərdən fərqli olaraq Nağı qıraqda durub müştəri gözləyirdi. Çox dəyişilməmişdi bir az kökəlmiş və bir az da qocalmışdı.
Vüsal pencəyini çiyninə atıb yoluna davam edərkən çiyninə qoyulan əlin istiliyindən daha çox eşitdiyi sözün istiliyinə aldanmışdı:
- Brat, olan oldu, keçən keçdi. Küsülü qalmağın adı yox, xoş gəlmisən Vətənə. Yəqin ağlına gəlməzdi mənim taksavatlıq eləməyim, amma inan bu gün ilk günümdür. Görürsən həyasızlığı da bacarmıram qıraqda durub müştəri gözləyirdim. Sənin Bakıya gəldiyin gün mənim taksavatlığa başlamağım təsadüf ola bilməz. Bu bir zərurət idi, bizim barışmağımız üçün.
Bakıda kiçik ofis tutub qaldığı gündən Nağı ondan əl çəkməmişdi. Təsadüfən açıq qalan komputerindən kitab qızı görüb:
- Vüsal, vüsalına yetmisənmi soruşanda Vüsal əsəbi halda:
- O Vüsal üçün deyil, nə də Vüsal onun üçün deyil. O, mələkdir mən isə şeytan. Bizim vüsalımız alınmaz.
Nağı, həmişə olduğu kimi: - bir sözdür dedim də deyib mövzunu dəyişsə də, ağlına da gəlməzdi bu gün.
Bir gün Nağı ofisdən gedərkən facebookunu açıq qoymuş və şeytan yoldan çıxartmışdı Vüsalı.
Kitabqızla Nağının danışmağından şok olsa da, oxuduğu yazışmalar sadəcə onu dondurmuşdu.
Nağı ilə Kitab qız həddən artıq çox qabağa getmişdi. Nağı kitab qızın ürəyini oğurlaya bilmişdi. Altı il bundan qabaq ona böhtan atan Nağı indi qisasını alıbmış kimi atdığı replikası: “Brat, namusuna and içdiyin qıza de mən yanğınsöndürən deyiləm, Mənə yanıram yazmasın. Həm də yaxşı oğlanın sevdiyi başqasına yanıram yazmaz” ilə məğlubiyyətinin etirafını gözləyirdi.
Kitab qızın Nağıya sevgi və ehtiras dolu etirafları və Nağının bundan ona qarşı istifadəsi.
Siqareti sonuncu siqaret kimi sümürüb yerə atdı. Sabah xadimə gəlib onsuz da otaqları təmizləyəcəkdi. İndi ona otağın təmizliyindən daha çox ruhunun təmizliyi lazım idi. Ruhunu xadimə təmizləyə bilməyəcəkdi.
Hardasa Babəkin səsi gəlir qulaqlarına dolurdu.
Ölüm bu dünyaya mərd gəlib mərd yaşayanların son silahıdır.
Əli əsə-əsə Nağıya yazmağa başladı.
Hə mən təslim oldum. Sən mənim sevdiyim, namusuna and içib ətəyində namaz qıldığım qızı virtual da olsa, yatağına sala bildin. Sabah gəlib mükafatını ofisdən götürə bilərsən. Qapını öz açarınla açarsan. İşıqı yandırıb hədiyyəni görəndə təəcüblənmə. Nəyi sənə halal etsəm də, kitab qızı sənə halal etmirəm. Ona toxunma. Onun xoşbəxt olmaq haqqı var.
İnteri basıb göndərdi. Nağı səbirsiliklə gözlədiyi cavabı oxumaqla məşğul olduğu an Vüsal sabaha hazırlıq görürdü. Qazı açıb stola yaxınlaşdı.
Stolun üstünə göz gəzdirdi. Boş kağız tapıb qələmi əlinə aldı. Və yazmağa başladı.
Ölümümdə kimisə günahkar bilməyin. Son xahişim ədəbiyyat dostlarımın heç birini məzarıma yaxın qoymayın...
Və qələmi qırıb yerə atdı. Onsuz da qələmi qırılmışdı.
İndi bir kibrit çəkmək və otağa dolan qaza qovuşmaq olardı, amma bu oyunu quran Nağı oyuna son nöqtəni də sabah özü qoyacaqdı. Otağa girib işığı yandırmaqla.

Manaf (Yetim Qacar)скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı / #Ölkə / #Kriminal

Azərbaycanda 22 yaşlı oğlan sevdiyi qıza görə özünü doğradı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Yerdə qalan beş rayon Azərbaycana qaytarılır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Sevgim

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının