Bizi izləməyi unutmayın

Manşet / #Ədəbiyyat / #Araşdırma

Ədəbi-nəzəri fikrin təkamül yolunun tədqiqatçısı

15-03-2017, 22:03 | 8412 dəfə baxılıb.

Tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlunu tələbəlik illərindən - 60-cı illərin sonlarından tanıyıram, indi də bir kafedrada işləyirik; belə demək mümkünsə, cavanlığımız və ahıllığımız bir yerdə keçir... Onun insanlığı, təvazökarlığı, həqiqətin, haqqın yanında olması, səmimiyyəti və obyektivliyi bir qələm və ürək dostu kimi həmişə məni qane edibdir. Hələ gənclik illərindən istedadlı bir qələm sahibi kimi tanımışam, uzun illər mətbuatda imzasını maraqla izləmişəm, haqqında yazmışam, fikir və münasibətimi bildirmişəm, istər şeirlərini, istərsə də elmi-publisistik məqalələrini, kitablarını məmnunluq hissi ilə oxumuşam...
Aləmdə, yəni yaradıcılıq mühitində tanınan kəslərdən biridir. Şair kimi, xüsusən, uşaq dünyasına hakim olan şair kimi məşhurdur. Bir sözlə, müasir dövrümüzün maraqlı həyat və yaradıcılıq yolu keçən tanınan ziyalı şəxsiyyətlərindən biridir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş, "Azərbaycan Sovet poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir(1984). Ümumiyyətlə Azərbaycan poema janrının problemləri onun tədqiqatının başlıca stixiyasını təşkil edir. Təsadüfi deyildir ki, Rafiq Yusifoğlu 2007-ci ildə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır.
Ümumiyyətlə, onun ədəbi-ictimai fəaliyəti olduqca maraqlı və səmərəli olmuşdur və bu sayaq da, davam etməkdədir. 1985-ci ildən 1992-ci ilədək "Göyərçin" jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Hazırda Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur. O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstandakeçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir. Bütün ömrünü, həyatını ədəbiyyata, onun tədqiqi və təbliğinə həsr edən Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılıq yolu keçən istedadlı qələm sahiblərindəndir. Onun istər poeziya, istər uşaq ədəbiyyatı, istər bədii tərcümə, istər jurnalistika, istərsə də ədəbiyyatşünaslıq sahəsindəki uğurları göz qabağındadır.
Rafiqin əllidən artıq şeir kitabı, elmi monoqrafiyası, dərslikləri vardır. İyirmi ilə yaxındır ki, respublikanın ali məktəblərində mühazirələr oxuyur və biz bu gün qarşımızda onun son ədəbiyyatşünaslıq-tədqiqat işi - "Ədəbi nəzəri fikrin inkişaf mərhələləri" (Bakı, "Elm və təhsil", 2016, - 368 s.) kitabını əlimizdə dəstəvuz edərək Rafiq Yusifoğlunun həm bu tədqiqatından, həm də ümumiyyətlə ədəbi-nəzəri fikir dünyasından danışmaq, oxucularımıza elmi fəaliyyəti barəsində məlumat vermək istərdik...
Bəri başdan deyim ki, son vaxtlar belə samballı, yüksək nəzəri səviyyəli kitab oxumamışdım. Əsəri böyük zövqlə, azalmayan bir maraqla mütailə etdim... Əsər mənim içimdə məmnunluq hissi oyatdı. Tədqiqatın monumentallığı və əhatəliliyi onu da göstərir ki, Rafiq bu işi qısa müddətdə deyil, uzun illər boyu ciddi araşdırmalar və axtarışlar sayəsində hasilə gətirmişdir. Tədqiqat boyu elmi-nəzəri materialın əhatəliliyi, konkret nəzəri problemlər üzrə qruplaşdırılıb araşdırılması məqbul və xoşagələndir. Obyektiv və ayıq elmi münasibət, irəli sürülən mülahizələr, tezislər inandırır, dolğunluğu və aktuallığı ilə diqqəti çəkir.
Göründüyü kimi, Rafiq Yusifoğlunun bu monaqrafiyası da, aktual problemə həs edilibdir. Müəllif araşdırmalarını düzgün metedoloji əsasda qurduğundan, ədəbi-nəzəri fikrin inkişaf mərhələlərini dəqiq müəyyənləşdirdiyindən və hər mərhələni doğru qiymətləndirərək ətraflı izlədiyindən mövzu və problematika haqqında dolğun təsəvvür yarada bilmişdir. Beləliklə, biz o qənaətdəyik ki, prof. Rafiq Yusifoğlunun "Ədəbi nəzəri fikrin inkişaf mərhələləri" tədqiqat əsəri bu istiqamətdə boşluğu doldurmağa, ehtiyacı ödəməyə xidmət edir...
Yeri gəlmişkən, onu da qeyd edim ki, prof. Rafiq Yusifoğlunun bu istiqamətdə 15-ə qədər dəyərli tədiqat işləri də məlumdur.
Bu qədər faydalı əsərləri araya-ərsəyə gətirmək Rafiqin istedadından, tükənməz yaradıcılıq enerjisindən, zəhmətsevərliyindən xəbər verən danılmaz faktlardır. O, bu zəhməti və istedadı müqabilində “Qızıl qələm”, “İlin ən yaxşı kitabı”, “Araz”, “Vətən” və s. ali ədəbi mükafatlarının laureatı kimi də mükafatlandırılmışdır.
Rafiq Yusifoğlu rəsmən elm aləminə 1979-cu ildə daxil olub və dediyim kimi, bu işə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasından başlayıb, görkəmli ədəbiyyatşünaslarla ünsiyyətdə olub. Ustadlarını, xeyirxahlarını unutmayan, qədirbilənliklə onları yad edən Rafiq yazır: "İndi dünyalarını dəyişmiş çox hörmətli ədəbiyyatşünaslarla - Mirzağa Quluzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yəhya Seyidov, Qasım Qasımzadə, Əkbər Ağayev, Yaşar Qarayev, Şamil Salmanov, Arif Hacıyev, Kamran Məmmədov və başqaları ilə ünsiyyətdə olmağım ədəbiyyatşünaslıq elmi haqqında təsəvvürlərimi xeyli genişləndirdi. Aspiranturaya girməyimdə də, müdafiə edib elmi dərəcələr almağımda da, bu adamların bu və ya digər dərəcədə rolu olub. İndi onların hamısının ruhu qarşısında baş əyirəm".
Mən bəndeyi-fəqir də, vaxtilə onun poema janrının sənətkarlıq xüsusiyyətlərinə həsr etdiyi elmi əsəri belə qiymətləndirmişəm: "Bu Rafiq müəllimin yeganə işi deyildir: o bu mövzuda fundamental doktorluq işi yazmış, bir neçə monoqrafiya, dərslik, çoxlu sayda məqalə, məlumat, tədqiqat tipli yazılar çap etdirmişdir. Bu kitab, xüsusən XX əsrdə Azərbaycan poemasının bir çox nəzəri və sənətkarlıq xüsusiyyətləri haqqında ətraflı təsəvvür yaradır.
Bunları niyə misal gətirdim? Əvvala bu fikirlər Rafiqin bir alim kimi şəxsiyyəti, elmi yaradıcılığı, tarixə baxışı, ədəbi fikir siferasında tutduğu yeri dürüst müəyyənləşdirməklə yanaşı, ona müasir ədəbi-elmi mühitin münasibətini bildirir. Bu fikirləri bir cəhət xüsusən birləşdirir - Rafiq Yusifoğlunun istedadını, daima axtarışa meyilliliyini, mühüm və çətin problemlərin həllinə səriştəli və cəsarətli münasibətini, sadəliyini, təvazökarlığını və s. alim-ziyalıya məxsus yaxşı nə varsa onu ehtiva edir...
Sonra da, Rafiq Yusifoğlunun qarşımızdakı kitabının sonuncu, "Əlavə" adlandırdığı hissədə onun barəsində qələm dostlarının fikirlərini verməsi həm qədrşünaslıqdır, həm də maraqlı bir formadır ki, biz də həmin hissədən istifadə edərək öz münasibətimizi bildirdik...
Ümumiyyətlə, müəllifin "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" monoqrafiyasının mündəracatı zəngindir və müəyyən elmi-nəzəri, tarixi-xronoloji sistemlə tərtib edilmişdir. Rafiqin bu kitabı-tədqiqatı da monumentallığı ilə seçilir. Ən qədim dövrdən bu günümüzə qədər ədəbi-nəzəri fikrin inkişafını mərhələlər üzrə izləmək, ümumiləşdirmək, qiymətləndirmək xüsusi hazırlıq və səriştə tələb eləyir.
Burada böyük və keşməkeşli, müxtəlif sosial-tarixi mərhələlərdən keçən, böyük tarixi dövrün məhsulu olan, müxtəlif nəzəri istiqamətləri əhatə edən, fərqli ədəbi-nəzəri üslublarda yazılan əsərlər, elmi-nəzəri baxışlar tədqiqata cəlb edilir, dünya nəzəri fikir kontekstində Azərbaycan ədəbi-nəzəri fikrinin təkamül yolu canlandırılır...
Tam aşkar görsənir ki, müəllif Şərq və Qərb ədəbi-nəzəri fikrinin başlıca, əsas istiqamətlərini dərindən öyrənmiş, izləmiş, mövcud nəzəri ədəbiyyatdan sərf-nəzər etməmişdir. Fikrimizcə, müəllif qədim və orta əsrlərdən üzü bəri Şərq-Qərb ədəbiyyatşünaslığının, estetikasının, elmi-fəlsəfi təmayüllərin mühüm mənbələrinə istinadən, əslində, dünya ədəbi-nəzəri fikir tarixini yaradıbdır.
Monoqrafiya "Ön söz əvəzi" ilə başlayır və "Nəzəri fikrin təçəkkülü", "Orta əsrlərdə nəzəri fikir", "XIX əsrdə ədəbi-nəzəri fikir", "XX əsrdə ədəbi-nəzəri fikir", "Sovet dövründə ədəbi-nəzəri fikir", "Müstəqillik illərində ədəbi-nəzəri fikir", "Müsir dünyada nəzəri-estetik fikir" ümumi başlıqları altında yarımfəsiilərdə öz əsas məzmununu tapır,"Son söz əvəzi", "Ədəbiyyat siyahısı" və mündərəcata düşməyən, lakin olduqca vacib olan "Əlavə"dən ibarətdir.
Məlumdur ki, ədəbi prosesin formalaşmasında mühit, sənətkar şəxsiyyəti, yaradıcılıq psixologiyası, varislik prinsipi mühüm əhəmiyyət kəsb edir. Görkəmli sənətkarların bədii söz və onun qanunauyğunluqları haqqında fikir və mülahizələri də böyük maraq doğurur və ümumən ədəbi-nəzəri fikrin formalaşmasında iştirak edir, ona stimul verir. Müəllif tədqiqatı boyu bu məsələləri nəzərdə saxlamış, müasir gənc filoloqlara dərslik səviyyəsində istiqamətverici bir əsər yazmış, ədəbi nəzəri fikir nədir, necə formalaşır, nə cürə inkişaf edir və hansı mərhələlərdən keçmişdir kimi problematik sualları cavablandırmışdır.
O da, məlumdur ki, ədəbi nəzəri fikir ümumilikdə bədii əsərin ideyası, məzmun və forması, onun struktru, sujet və kompozisiyası, obrazlar sistemi, rəngarəng sənətkarlıq komponentləri, bədii təsvir və ifadə vasitələri, dil, eləcə də həyatı nə şəkildə əks etdirmənin prinsipləri haqqında düşüncələr sistemidir. Rafiq Yusifoğlu səriştə göstərərək bütün bu sistemin elmi şərhini ortaya qoymuş, onun təkamülünü izləmiş və ümumiləşdirmişdir...
Xüsusən, Rafiq Yusifoğlu bu konsepsiyanı izləyərkən, həmişə Avropa ədəbiyyatşünaslarının daha çox üstünlük verdikləri "avrosentrizm"dən uzaqlaşmış, həqiqiəti ortaya qoyarq ta qədimdən dünya ədəbi-nəzəri fikrinin formalaşmasında obyektiv ilkinliyi, başlanğıcı Şərqdən götürmüş; Avestaşünaslığa, Şumerşünaslığa, Qədim Çin təfəkkürünə, Buddizmə, prototürk dastançılıq ənənələrinə diqqəti cəlb etmiş, inandırıcı arqumentlərlə, zəngin misallarla, mənbələrə əsaslanaraq konsepsiyasını ortaya qoymuşdur...
Belə ki, monoqrafiyada Şərq poetikasının türk, ərəb, farsdilli ədəbiyyatın minillik ədəbi təcrübəsinə istinadən yaradılan mükəmməl bir nəzəri sistem izlənilir, bu sistemin yaradıcılarından olan Sibaveyh, İbn Quteybə, Qudamə ibn Cəfər, Əbdülqahir Curcani, Eynülqüzzat Həmədani, Şeyx İşraq, Əl-Fərabi, Nəsrəddin Tusi, Kami Qəzvini, bəlağət elminin banisi sayılan Cahiz və başqaları haqqında verilən məlumatlar, onların fikir və mülahizələrindən gətirilən sitatlar həm Şərq poetikasının görkəmli nümayəndələri, həm də bu poetikanın nəzəri-estetik prinsipləri, kateqoriyaları haqqında dolğun təsəvvür yaradır.
Burada bir cəhəti də, qiymətləndirmək gərəkdir ki, Rafiq Yusipoğlu fikirlərini sübuta yetirməkdən ötəri Qərb və Şərq mənbəşünaslığı ilə yanaşı və bəlkə də, bir az da, üstünlüklə Azərbaycan mənbəşünaslığından istifadə etmiş və bununla da ədəbi-nəzəri fikrin təkamülündə Azərbaycan ədəbiyyatşünaslığının nəticələrini önə çəkərək qiymətləndirmişdir...
Rafiq Yusifoğlunun bu əsərinin ən maraqlı konseptual xətlərindən biri də, ədəbi-nəzəri fikrin formalaşmasında təkcə nəzəri fikir adamlarının deyil, klassik, görkəmli sənətkarların roluna da, əhəmiyyətli bir dərəcədə izləməsidir. Bu hissədə Xətib Təbriziznin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin poetik və bədii əsərlərinə, divanlarına yazdıqları dibaçələrə əsaslanaraq onların ədəbi-nəzəri görüşlərinin məğzi konseptual şəkildə açıqlanır, İntibah (resenans) dövrünün, Sufizm - təsəvvüf və hurifizmin bu yöndən mahiyyəti açıqlanır, orta əsrlər nəzəri fikrinin mühüm abidələrindən olan Bualonun "Poeziya sənəti" əsəri qiymətləndirilir.
Rafiq Yusifoğlu xronoloji ardıcıllıqla XIX və XX əsrlərdə təkamül edərək formalaşan dünya ədəbi-nəzəri fikrinin nəhənglərindən olan V.Q.Belinskinin, Jül Renarın, M.F.Axundzadənin, sonrakı əsrdə A.Səhhətin, M.Ə.Sabirin, Y.V.Çəmənzəmənlinin ədəbi-nəzəri görüşlərinin səciyyəviliklərindən söhbət açır.
Monoqrafiynın ən maraqlı və geniş hissələrindən biri də, "Sovet dövründə ədəbi-nəzəri fikir" başlığı altında verilən oçerklərdir.
Bura qədər olan fikir və mülahizələrdə ədəbi-nəzəri fikrin inkişafı dünya miqyasında klassik tarixi müstəvidə izlənilirdisə, bu fəsildə lokal bir tarixi-siyasi mərhələ - sovet dövründəki ədəbi-nəzəri fikirin Azərbaycan ədəbi mühitindəki mahiyyəti şərh edilir. Mühüm məsələ odur ki, bu mərhələ ilk dəfədir ki, belə bir problematika istiqamətində öyrənilir.
Müəllif bu mərhələni izləmək üçün Azərbaycan ədəbiyyatşünaslığının elmi istiqamətlər üzrə əldə etdiyi nəticələrə ümumi baxış edir, sobet dövrü ədəbiyyatşünaslıq elmimizin ümumi mənzərəsini canlandırır, əldə edilən nailiyyətləri ədəbi faktlar əsasında xatırladır və bunların ədəbi-nəzəri fikrin mühüm qaynaqları sayır. Və sonrakı yarım fəsillərdə bu nəaliyyətlərdən bacarıqla istifadə edə bilir.
Rafiq Yusifoğlu burada "Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabını təhlilə cəlb eləyir və olduqca əhatəli şəkildə görkəmli maarifpərvər ziyalımız, ədəbiyyat tarixçimiz Firidun bəy Köçərlinin bu sahədəki xidmətlərini faktların dili ilə şərh eləyir, nəzəri fikir tariximizdə ilk dəfə bu nəhəng ədəbiyyat adamının ədəbiyyatımızın elmi təsnifatını verməsini müəyyənləşdirərək yazır: "Həm ədəbiyyat, həm mənəviyyat, həm də ədəbi-nəzəri fikir tariximizin formalaşmasında F.Köçərlinin müstəsna xidmətləri olmuşdur. İlk dəfə olaraq o, xalqın diqqətini öz mənəviyyat, ədəbiyyat tarixinin üstünə yönəltmiş, millətin özünü özünə tanıtmaq cəhdi göstərmişdir. ...Bu əsərlə F.Köçərli ilk sistemli ədəbiyyat tariximizi yaratmış, ədəbiyyatşünaslıq elmimizin bünövrəsini qoymuş, onun nəzəri-estetik prinsiplərini formalaşdırmış, humanitar elmin inkişaf perspektivlərini müəyyənləşdirmişdir".
Yeri gəlmişkən qeyd edək ki, F.Köçərlinin bu əsərinin ilk variantı 1903-cü ildə rus dilində nəşr olunmuş və böyük rəğbətlə qarşılanmışdır. F.Köçərli sonralar, yəni XX əsrin ilk on illiyi boyu işi davam etdirərək 2 cildlik "Azərbaycan ədəbiyyatı kitabı"nı yaratmış, həmin dövrdə bu əsərini kitab şəklində çap etdirə bilməmişdi. F.Köçərlinin bu monumental əsəri mətinşünas Ruqiyyə Qəmbərqızının tərtibi və şərhləri ilə Sovet dövründə - 1978-ci ildə 1-ci c., 1981-ci ildə 2-ci c. nəşr edilmişdir.
Fikrimizcə, Rafiq Yusifoğlu XX əsrin əvvəllərinin ədəbi-nəzəri fikrinin məhsulu olan bu məşhur tarixi abidəni nəşr tarixinə görə "Sovet dövrü ədəbi nəzəri fikir" bölməsinə salmalı deyildi... F.Köçərlinin bu kitabı XX əsr(in əvvəlləri) ədəbi-nəzəri fikir" fəslində yerləşdirilməliydi...
R.Yusifoğlu bu yarımfəsildən sonra "Azərbaycan sovet yazıçılarının (bu ədibləri olmalı idi - T.N.) ədəbiyyat və sənət haqqında fikir və mülahizələri" yarımfəslini təqdim etmişdir. Burada, tədqiqatçı düzgün olaraq, belə bir mülahizə irəli sürür ki, "ədəbi-nəzəri fikrin formalaşmasında görkəmli ədəbiyyatşünas alimlərlə yanaşı şair və yazıçıların xidmətləri az olmamışdır" və bu mülahizə prizmasından ümumiləşmiş elmi baxışla yanaşı, H.Cavidin, M.Müşfiqin, xüsusən C.Cabbarlının nəzəri görüşlərinə bir yerdə diqqət yetirir, sonra isə ayrı-ayrılıqda Səməd Vurğunun, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Rəsul Rzanın, Mir Cəlalın ədəbi-nəzəri görüşlərini təhlil süzgəcindən keçirir, sovet dövründə yaranan nəzəriyyə dərsliklərinin elmi mahiyyətindən, dəyərlərindən, perspektivlərindən söhbət açır.
Rafiq Yusifoğlunun bu tədqiqatının ən maraqlı, daha çox orjinal təsir bağışlayan "Müasir dünyada nəzəri-estetik fikir" fəslidir. Burada zəhmətkeş və daima axtarışlarda olan tədqiqatçı "Modernizm və onun nəzəri-estetik prinsipləri", "Semiotika nəzəriyyəsi", "Postmodernizm və onun nəzəri-estetik prinsipləri" müasir, konseptiual, olduqca aktual, müasir nəzəri fikrin maraq dairəsində intensiv şəkildə olan problemləri izah və şərh etmiş, özünün münasibətini bildirmişdir.
Monoqrafiyanın elmi aparaturasının zənginliyi və mövcud mənbələrə müstəqil yanaşma üsulu bunu tam şəkildə sübuta yetirir. Mövzunun əhatə miqyası tarixin dərinliklərindən bu günümüzə gəlir və bunları əhatə etmək elə də asan məsələ deyildir. Bu dövrün ədəbi-nəzəri fikir materialı müəllifin elmi labaratoriyasında təhlil-təşrih əməliyyatından keçərək dürüst qiymətini tapmışdır...
Ümumilikdə, kitabın-monoqrafiyanın elmi planı, struktru və elmi-nəzəri materialın əhatəsi qənaətbəxşdir. Elmi araşdırma aydın, məntiqli və məqsədlidir. Monoqrafiyada ədəbi-nəzəri fikrin inkişaf mərhələləri ayrı-ayrı fikir adamlarının nəzəri fikir müstəvisində ən maraqlı detallarına qədər bütün sənətkarlıq komponentləri diqqət mərkəzinə çəkilmişdir. Klassik üslubda yazılmış, müasir və qabaqcıl ədəbiyyatşünaslıq ənənələrimizi davam və inkişaf etdirən bu əsər öz əhatəliliyi, monumentallığı, informasiya zənginliyi, elmi səviyyəsi ilə diqqəti cəlb edir.
Professor Rafiq Yusifoğlu ədəbiyyatımızda öz sözü, öz imici olan nüfuzlu qələm sahiblərimizdəndir. Onun "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" kitabı müasir elmi-nəzəri fikrin bütün tələblərinə və parametrlərinə cavab verməklə yanaşı, ümumiyyətlə dünya ədəbi fikrinin təkamülü barəsində dürüst, obyektiv, aydın təsəvvür yaradan monumental tədqiqatdır...
Əsəri oxuduqca aşkar şəkildə görsənir ki, müəllif ədəbi-nəzəri fikir tarixini mükəmməl şəkildə mənimsəmiş, həmçinin, hər dövrə məxsus fikir axınını, cərəyanları, bunların tarixi mənzərəsini yaxşı bilir. Elə buna görə də, müəllifin elmi-nəzəri arqumentləri, izah və şərhləri inandırıcıdır və hər bir müddəanın arxasında fakt dayanır, material dayanır, müəlliflərin fikirlərindən gətirilən misallar dayanır...
Əsəri oxuyarkən dünya ədəbi-nəzəri fikrinin inkişaf yolu, onun təkamülü, əldə olunan, sivlizasiya xidmət edən nəticələri barəsində tam təsəvvür yaranır və elə buna görə də, Rafiq Yusifoğlunun bu yeni tədqiqatını müasir ədəbiyyatşünaslığımızın nəaliyyətləri səviyyəsində qəbul etmək olar. Çünki Rafiq bu əsərini də, müasir milli metodologiya və mütərəqqi dünya ədəbiyyatşünaslığının zəngin təcrübəsi və nəzəri prinsipləri əsasında araşdırdığından dəyərli və orjinal, bu günümüzə - filoloji nəzəri fikrimizə, tədrisimizə, təhsilimizə lazımlı, boşluğu dolduran bir monoqrafiya yarada bilmışdır...
Filologiya elmlər doktoru, professor, şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, pedaqoq Rafiq Yusifoğlu olduqca məhsuldar ziyalılarımızdandır. Hələ beş il bundan əvvəl nəşr edilmiş biblioqrafik göstəricidə onun yaradıcılığı barəsində 3592 addan ibarət məlumat getmişdi. Bu adi fakt deyildir, mühüm göstəricidir, qürur və fərəhverici göstəricidir və bu faktlar sübut edir ki, Rafiq Yusifoğlu bu günümüzün ən nüfuzlu qələm sahiblərindən biridir. Bir qələm dostu və həmkarı kimi ona, bu yolda yeni-yeni uğurlar arzulayırıq...

Tərlan Novruzov
filologiya üzrə elmlər doktoru, professor.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

RƏSUL RZA ÖMRÜNDƏN DAMLALAR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının