Ömür və ölüm haqda



Ömür və ölüm haqda :

Allah heç kəsə müəyyən bir ömür müddəti təyin etməyib. Alın yazısı deyilən bir şey yoxdur. İslamda hər şey insanın öz əməli ilə qazanılır, artır və azalır. Həmçinin ömür də...

Məsələn, hədislərdə deyilir ki, zina ömrü qısaldır, sədəqə ömrü uzadır. Əgər ömür yazılmış olsaydı sədəqə hansı ömrü uzadacaqdı? Ya zina necə ömrü qısaldacaqdı?

Qəza və Qədər anlayışı baxımından, əgər İmam Hüseynin ömrü Kərbəlada tamam olacaqdısa Yezidi niyə lənətləyirik...

Demək məsələ başqa cürdür. Aristotel yazır ki, insan taleyi su üzərində barmaqla yazılmış yazı kimidir. Yəni hər an dəyişir.

İnsanın taleyi öz əlindədir. Nəcm surəsində deyilir ; İnsana öz çalışdığından, kəsb etdiyindən qeyri bir şey yoxdur.

Əcəl, alın yazısı, Allahın işi deyərək hər bir bədbəxt hadisəni Allahın üstə yıxmaq lazım deyil.
Lerikdə insan 100 il, Bakıda 60 il yaşayırsa bu Allahın yazısı deyil, bu Lerik dağlarının saf havası və Bakının zəhərli təbiəti ucbatındandır.

Rok Feller 8 dəfə ürəyini dəyişib 100 yaş yaşayırsa, kasıb da böyrək tapammayıb ölürsə bu əcəl deyil.

Allah heç kəsə qəti bir ölüm günü təyin etməyib. Sadəcə Allah alim olduğu üçün hər kəsin ölüm anının haçan olacağını qabaqcadan bilir. Ancaq bu bilmə təyin və müəyyən etmə deyil. İnsan əməli ilə, səhhətini qorumaqla ömrünü uzada və qısalda bilər.

Əgər bütün ölümləri Allah təyin etsə idi onda canilər niyə günahkar olurdu... Allah insana həyat bəxş edib ki, yaşasın. Təbii və qeyri təbii hadisələr zəminində də o dünyasını dəyişir.

Allah insanın bütün hərəkətlərinin ( insan istədiyi təqdirdə) yaradıcısı və hərəkətverənidir.

Əgər insan özünü öldürmək istəyirsə bu da olacaq. Çünki Allah insanı eyni zamanda faili-muxtar, ixtiyar sahibi edib .

İnsan özünü öldürürsə bunu Allah təşkil və icra etmir. İnsanın öz istəyi və icrası ilə Allah bunu sadəcə əvvəldən bilir.

Yenə təkrar edirəm, bu bilik bə bilmək də o demək deyildir ki, bu və bu kimi digər ölümlərin təşkilatçısı Allahdır.

İnsan ixtitar sahibidir. İnsan robot kimi məcburi idarə edilmir. O özü öz addımlarına cavabdehdir.
İndi insanlar bütün işləri öz adlarına çıxırlar, yalnız ölüm və bədbəxt hadisələr olanda isə dərhal Allahın üstə atırlar. Bu yanlışdır və küfrdür .

Qədər, Allahın təqdir etdiyi dəyişməz hökmə deyilir. Məsələn, hamı öləcək. Heç kəs əbədi deyil. Bax bu Qədərdir.

Qəza isə insanın haçan öləcəyidir. Qədər Allahın, Qəza isə insanın təyinidir .

Qədəri Allah yazır, Qəzanı isə insan həyata keçirir.
Tural İrfan
İlahiyyatçı-yazar
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi