• 23:58 – Hitlerin qəzəbinə tuş gəlmiş azərbaycanlı pəhləvan 
  • 22:59 – Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR 
  • 11:00 – Roza Zərgərli:"Hüseynin elə bir yerindən telefon çıxdı ki..." 
  • 10:12 – 20 yaşlı xanım yaxınlıq etmədiyinə görə şəkillərini montaj edib yayan iki uşaq atası saxlanıldı 
  • 22:52 – Qurd ;"Cavidan tir-tir əsirdi" 
  • 22:05 – Haci Əbdül: "İran çempion olsa, nəzir-niyaz verərəm" 
  • 19:17 – Həkim müğənnini döydü 
  • 16:51 – Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı-Bəxtiyar Qəhrəmanov 

Dönsən gözləyənin yox

Dönsən gözləyənin yox Dönsən gözləyənin yox Küsülü də deyilik,
Bayram ola, barışaq.
Axıb dolaq bir qaba
Soraq-soraq
barışaq...
Çıxdıqmı dərdi başa?
Əcəl baxmır ki yaşa!.
Al qəlbimi çək şişə
Yana-yana...
barışaq...
Bax,əlinin içində
Əlim necə göynəyir...
Nə təsirli səhnədi
Yalan-yalan..
barışaq...
Ordan əl elə, görüm…
Yaman görünür yerin!
Yoxdu daha təhərim...
Barışaq taa...
Barışaq...
Barışaq!

****

Yalansa...
yalan öldürsün məni,
Dedim də... çıxdı dilimdən
Ta bir başqa iş də gəlmir,
Bağışla, toxta...
əlimdən..
Yuyub apardı məni bu sel,
Sudur də..
dili həlimdi...
Nə olsun sonu ölümdü,
Ölüm var betər... ölümdən..
Sığal çək ağarsın telim,
Çəlimsizdi ayrılıq da...
Nə görmüsən ayrılıqda?!
Gedək, çıxaq ayrılıqdan...
Gözümün tovuşu getdi,
Yolda toz qopar qadası...
Həmişə adam ovlamır
Hərdən ov tutur adamı...
Yalansa...
yalan öldürsün....

****

Bir azca uzaq düşür,
Dərdlər daşımır bizi.
Gecəni bir aləmi
Balaca komamıza
Dərdlər ağappaq düşür...
Düşür dərdi dizəcən…
Çatarammı yazacan?
Boylanıb ulduzlara
İndi ha say yüzəcən…
Yerə son yarpaq düşür!
Yayda qar yağa bilər!
Gecə Gün doğa bilər...
Mininci mərtəbədən
Atıb özünü yerə-
Dünya dağıla bilər,
Amma..
sappasaq düşür
Dünya dağıla bilər..

****

Bir il də soyuyub getdi,
İçə bilmədim bu ömrü.
Sərmişdim sinəm üstünə,
Gün vurdu qurutdu ömrü.
Haça budaqda oxudu,
Öz başına tor toxudu..
Sanki şirin bir yuxuydu
Kim gəlib oyatdı ömrü..?
Burulub dalana girdi.
Yorulub üzümə durdu..
Yaşamağa bəhanəmdi,
Heyif, unutdum bu ömrü...
Bir il də soyuyub getdi!!!

****

Daha sən görən deyiləm,
Sən də dəyişmisən yəqin...
Nə səni qaytara bilər.
Nə məni dirildər...
təlqin..
Nə sən qanadlı pərisən,
Nə də mən sevgi allahı.
Yüz savaba dəyişməzdim.
Sənlə etdiyim günahı...
Daha vaxt da o vaxt deyil,
Nə sən uşaq... nə mən..
uşaq..
Yarımçıq yuxu kimidi,
Gördük, danışdıq və...
bitdi...
Hərdən yuxuma gəlirsən ..
Bilmirəm sevinim yoxsa...
Ölüm deyilmiş ayrılıq,
İlahi, bizi bağışla..

****

Sevgidən çox yazırsan,
A sevmirəm deyənim.
Ayrılıq qorxusundan
Ürəyini yeyənim..
Soyuqdu baxışların,
İçini yandırırsan.
Axı sevinmədiyinə
Kimi inandırırsan?!
Hər gecə köhnə dərddən
Təzə şirə çəkirsən...
Hər gecə bir az daha
Öz dibinə çökürsən...
Sıra-sıra saralır
Tökülür yarpaqların.
Uçuşur başın üstə
Səhvlərin, günahların...
Dörd tərəfin sükutdu,
İndi ha çağır, səslə.
Dönsən gözləyənin yox
Həmin qadından özgə...

Şahnaz Şahin
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV