Bizi izləməyi unutmayın

Manşet / #Siyasət / #Dünya / #Ölkə

Müharibə təhlükəsi ortadan qalxmayıb

11-04-2017, 20:00 | 4412 dəfə baxılıb.

"Aprelin ilk günlərində Qərbin, Rusiyanın və Ermənistanın qorxduğu baş vermədi. Cəbhə bölgəsindəki vəziyyət ötənilki ilə müqayisədə nisbətən sakitdir. Doğrudur, atəşkəs yenə də pozulur, ancaq 2016-cı ildəki döyüşlər qeydə alınmadı. İkinci qorxu ondan ibarət idi ki, Ermənistanda 2 apreldə keçən parlament seçkisi zamanı Azərbaycan ordusu hücuma keçə bilər. Bu da baş vermədi. Çünki Ermənistandakı seçki günü hücum əməliyyatı Azərbaycanın da maraqlarına cavab vermirdi. Bu halda beynəlxalq aləm Azərbaycanı bu hücumla Ermənistandakı seçkini pozmaqda ittiham edə bilərdi".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Fransa Xarici İşlər Nazirliyi aprel döyüşlərinin bir illiyi ilə bağlı xüsusi bəyanat yaydı: "Bəyanatda 2016-cı ilin aprel ayının 2-dən 5-dək Dağlıq Qarabağda baş vermiş və regionun əhalisini matəmə bürümüş hərbi əməliyyatlar xatırladılaraq bunlar yazılırdı: "Minsk qrupunun həmsədri kimi Fransa Rusiya və ABŞ-la birgə döyüşlərin dayandırılması və Ermənistan ilə Azərbaycan arasında danışıqların yenidən bərpası üçün səfərbər olublar. Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağın hazırkı statusu qəbuledilməzdir və münaqişənin hərbi yolla həlli yoxdur". Bəyanatda tərəflər 2016-cı il mayın 16-da Vyanada və 2016-cı il iyunun 20-də Sankt-Peterburqda götürülmüş öhdəliklərə, yəni, atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin həyata keçirilməsinə və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırılır".

Aprel döyüşləri ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin də bəyanat yaydığını xatırladan politoloq qeyd edib ki, bu bəyanatda da deyilirdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərilir: "Bəyanat bu cümlə ilə bitirdi: "Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, dayanıqlı nizamlanmaya istiqamətlənən dialoqu bərpa edəcəklər".

E.Şahinoğlu deyib ki, Fransa və Rusiyadan fərqli olaraq, Minsk Qrupunun üçüncü həmsədri - Amerika Birləşmiş Ştatları aprel hadisələri ilə bağlı xüsusi açıqlama yaymadı:

"Görünür, Dövlət Departamenti belə bəyanata ehtiyac duymayıb. Buna baxmayaraq, Dövlət Departamentinin mövqeyi Rusiya və Fransa Xarici İşlər Nazirliklərinin mövqeyi ilə üst-üstə düşür. Dövlət Departamentinin bəyanat yaymaması o demək deyil ki, Vaşinqton Cənubi Qafqazı və Azərbaycanı unudub.

Yüksək rütbəli amerikalı diplomatlardan biri "Atlas" Araşdırmalar Mərkəzinin təmsilçisi ilə söhbətdə bunları vurğulayıb:

"Ağ Evdə yeni administrasiya formalaşır, xarici siyasətin konturları müəyənləşdirilir. Ancaq bu faktorlar ABŞ-ın Azərbaycandakı fəaliyyətinə təsir etməyib. Səfirlik əvvəlkitək Azərbaycanın dövlət sturkturları ilə sıx əməkdaşlıq edir. Dövlət Departamentindən verilən tapşırıq da belədir ki, ABŞ-Azərbaycan münasibətləri ən yüksək səviyyədə olmalıdır. Bu mənada, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Vaşinqton üçün prioritet məsələlərdən biridir. Amerikalı diplomatın sözlərinə qüvvət olaraq bu ölkənin Minsk Qrupundakı yeni həmsədri Riçard Hoqlandın bölgəyə son səfəri zamanı verdiyi açıqlamanı da xatırlamaq olar. Riçard Hoqland dedi ki, münaqişənin həlli üzərində işləyirlər və həmin plan 3 əsas maddədən ibarətdir. Böyük ehtimalla həmin maddələr bunlardır: Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılması, azərbaycanlı məcburi köçkünlərin həmin 5 rayona geri qayıdışının təmin olunması və statusu müəyyənləşdirən referendum tarixinin dəqiqləşdirilməsi. Sonuncu prinsip Azərbaycan üçün ziddir. Buna baxmayaraq, amerikalı diplomat bu 3 maddəni xatırlatmaqla Vaşinqtonun da münaqişənin həlli üzərində çalışdığına işarə etdi".

Mərkəz sədrinin sözlərinə görə, görüntü belədir ki, Fransa, Rusiya, ABŞ nəsə etməyə çalışırlar, açıqlama verirlər, diplomatları bölgəyə intensiv səfərlər edirlər:

"Ancaq bütün bunlar o deməkdirmi ki, aprel ayı və gələcək aylar sakit keçəcək, cəbhə bölgəsində toqquşmalar baş verməyəcək? Müharibə təhlükəsi ortadan qaldırılmayıb. Ermənistandakı 2 aprel parlament seçkisinin nəticələri Azərbaycan cəmiyyətini və siyasi dairələrini məyus etdi. Ermənistanda sülhə çağırış edənlər, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacib olduğunu söyləyənlər parlamentdən kənarda qaldılar. Parlament hakim partiyanın və onun müttəfiqlərinin nəzarətində qaldı. Həmin qüvvələr isə Dağlıq Qarabağda status-kvonun davamında maraqlıdırlar. Bu qüvvələr Dağlıq Qarabağ ətrafındakı rayonları statusa dəyişmək istəyirlər. Bu isə açıq-aşkar şantajdır və Azərbaycan heç zaman bu "prinsiplə" razılaşmayacaq. Belə olan halda müharibə riskinin azaldığını vurğulamaq mümkün deyil".скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Politoloq:"Başqa dövlətlər, o cümlədən, Rusiya da prosesə qoşula bilər"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Müsahibə

“Daha böyük qələbə diplomatik cəbhədə yaşanıb”

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət

Ermənistanla Belarus arasında diplomatik gərginlik yaşanıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Cialis 10 Vidal http://kamxl.com Online Dutasteride Baldness Overnight Shipping Propecia Risques Cefixime
  • Нравится
  • 0
kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının