• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

Rəhim Qazıyev:"Mən Fazil Qəzənfəroğlu ola bilmərəm"

Rəhim Qazıyev:"Mən Fazil Qəzənfəroğlu ola bilmərəm" Rəhim Qazıyev:"Mən Fazil Qəzənfəroğlu ola bilmərəm" Sabiq Müdafiə naziri Rəhim Qazıyev Milli Məclisin deputatı Fazil Qəzənfəroğlunun ünvanına aşağalayıcı ifadələr işlədib.

O, "Təzadlar" qəzetinə müsahibəsində deyib ki, "Mən Fazil Qəzənfəroğlu ola bilmərəm, mənim 75 yaşım var, həmişə də bir sifətim olub."

Millət vəkili Fazil Qəzənfəroğlunun cavabı isə gecikməyib. O, siyasi mövqeyini, elmi baxışlarının kimlərsə tərəfindən bəyənilmədiyini normal qarşıladığını deyib:

Allah, millət və vətən qarşısında da alnıaçıq hesabat verəcəyimə əmin olmazsam, bu gün siyasətin içində olmağı özümə həqiqətən rəva bilmərəm. Ancaq bu üz, sifət, həya mövzusunun Rəhim Qazıyev kimi birisinin dilindən səslənməsi mənə xeyli gülməli göründü. Əmin olduğum bir şey var ki, öz mənasız ömür kitabını adam daha diqqətlə vərəqləsə, o zaman Fazil Qəzənfəroğlu olmağın özü üçün böyük bir şərəf olduğunu dərhal anlardı. Bu yerdə nədənsə xatirimə "Nəsimi" filmindəki bir epizod düşdü. Teymur saray əyanlarının yanında Əlincə qalasındakı uğursuzluğa görə oğlu Miranşaha qarşı sərt davranış göstərir. Miranşah qayıdır ki: "Hökmdar, bəs mənim şərəfim, ləyaqətim?" Teymurun cavabı həqiqətən ibrətamizdir: "Sən öz şərəfini, ləyyaqətini Əlincə qalasında itirmisən." İndi bu Rəhim Qazıyev hələ də anlamır ki, "öz şərəfini, ləyaqətini Şuşa qalasında itirmiş" və buna görə "başına güllə çaxmağı unutmuş" birinin "bir sifətdən" danışması nə deməkdir.

F.Qəzənfəroğlu Rəhim Qazıyevə tövsiyə edib:

Həmişə qürur yeri olan o "bir sifət"ini möhkəm-möhkəm qorusun. Çünki bu millət üçün yüzlərlə and yeri olmaqla yanaşı, hər dəfə islatmaq üçün bu cür xain sifətlərin də olması vacibdir ki, gələcəkdə kimsə şərəfini, ləyaqətini itirib vətən torpağının alverçisinə çevrilməsin.

Bahar RÜSTƏMLİ
AzNews.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV