Bizi izləməyi unutmayın

Manşet / #Siyasət / #Dünya / #Araşdırma

Dini rəhbərlik Ruhanini dəstəkləyirsə...

14-04-2017, 20:30 | 3982 dəfə baxılıb.

Keçmiş İran prezidenti Mahmud Əhmədinejat prezidentliyə namizədliyini qeydiyyatdan keçirib.

Cebhe.info xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

İranda növbəti prezident seçkisi mayın 19-a təyin edilib. Əhmedinejad bundan əvvəl prezidentlik uğrunda mübarizə aparmayacağını bəyan etmişdi. Amma namizədlərin qeydiyyatının ertəsi günü keçmiş müavinləri ilə Daxili İşlər Nazirliyinə gələrək ərizə verib.

Əhmədinejadın oyuna qoşulmasının görünməyən tərəfləri

İkinci prezidentliyi dönəmində İranın ali dini lideri Ayətullah Əli Xamneyi ilə münasibətləri pozularaq əks mühafizəkar qanada keçən Mahmud Əhmədinejad bu münasibətləri birdəfəlik kəsdi. Dini liderlə keçmiş prezidentin münasibətlərinin gərginləşməsi o dönəmə təsadüf edirdi ki, İranla ABŞ arasındakı gərginlik müharibə həddinədək inkişaf etmişdi.

Amerikada İrana hərbi müdaxilə məsələsi gündəmə gəlmişdi. Xamneyinin Amerika ilə münasibətlərdə irəli sürdüyü nisbi yumuşalma xəttini gözardı edən Mahmud Əhmədinejadın sərt bəyanatları, İsraili raketlə vuracağı hədələri ABŞ-ın müdaxilə ehtimallarını yüksəldirdi.

Düzdür, həmin dönəmdə Amerika İrana müdaxilə etmədi, lakin Əhmədinejadın hədələyici bəyanatlarına adekvat olaraq tətbiq etdiyi ağırlaşdırılmış sanksiyalar islam respublikası üçün öldürücü zərbə idi.

Üstəlik Əhmədinejadın İran ətrafında yaratdığı qorxulu mənzərə molla rejiminin ciddi-cəhdlə üzərində işlədiyi nüvə proqramından imtina etmək məcburiyyətində qoydu.

Bu gün də islahatçı prezident Həsən Ruhani keçmiş həmkarının yaratdığı bu ağır problemləri tamamilə həll etməyib. Hələ də bir sıra sanksiyalar ləğv edilməyib. Əkbəttə, dini rejim vaxtilə Əhmədinejadın İran üçün necə başağrısına çevrildiyini unutmayıb.

Xamneyi ilə soyuq münasibətlər

Əhmədinejad dönəmində mühafizəkar siyasətçilərin İranı uçuruma apardığını görən Xamneyi islahatçıların namizədini – ABŞ-la yumuşalma siyasətinin tərəfdarı Həsən Ruhanini dəstəkləməyə məcbur oldu.

Həmin dönəmdə, bu gün də Ruhani özünün müctəhidi, təqlid etdiyi din adamı kimi Xamneyini seçib.

Seçkilərdə Xamneyi və Ruhaniyə qarşı müxalifətdə dayanmış Mahmud Əhmədinejad isə müctəhid seçimində Dini Ekspertlər Şurasının sədri Məhəmmədtağı Misbahiyyəddin üzərində seçim edib. Misbahiyyəddin həmin şəxsdir ki, seçkilərdə namizəd kimi iştirakdan imtina edib.

İmtinanın arxasında o məqsəd durur ki, şura sədri Xamneyinin postuna iddia edir. Seçkilərdə iştirak etsəydi, bu imkanından məhrum olacaqdı.

Qarşıdurma riski artır

Bir məqam da diqqət yetirmək lazımdır. İranda müxalifətdə olan dini qurum yoxdur, hamısı birbaşa ölkənin Ali Dini İdarəsinə tabedir.

Bu baxımdan hesab etmək olar ki, Mahmud Əhmədinejad Xamneyinin də dəstəklədiyi Ruhaninin qarşısına təsadüfən çıxarılmır.

Əgər dini rəhbərlik Ruhanini dəstəkləyirsə, Əhmədinejadın heç bir şansı olmayacaq. Çünki ölkənin seçici elektoratı müzakirəsiz Xamneyinin seçdiyi namizədə səs verir.

Bu da o ehtimalı yaradır ki, əvvəldən məğlub olacağını göz altına almış Mahmud Əhmədinejad dini rəhbərlikdəki dəstəkçilərindən və digər kanallardan istifadə edərək, seçilməyəcəyi halda daxildə qarşıdurma riskini artıran addımlar ata bilər.

Bu vəziyyətdə mövcud dini rejimə qarşı gizli müxalifətdə olan mühafizəkar qruplaşmalar Əhmədinejadın bu oyununa qoşula bilərlər.

Bu da İranda seçkiqabağı və seçkilərdən sonra insanlar arasında etiraz dalğalanması yarada bilər.

İranı daxildən vurmaq üçün fürsət gözləyən ABŞ və digər xarici siyasi güclərin bundan istifadə edərək proseslərin mərkəzində yer almağa cəhd edəcəkləri də istisna deyil.

Bu isə ölkədəki seçkiləri dünya üçün daha “maraqlı” edir.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Siyasət / #Dünya

Böyük təhlükə Azərbaycanın bir addımlığında: üç supergücün GİZLİ PLANI

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

ABŞ İrana qarşıdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

ABŞ İrana qarşıdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının