Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Vətən də bir sevgidir

20-04-2017, 16:13 | 6262 dəfə baxılıb.

“Ya hələ uzanar, ya sona çatar,
Sevinc özgələrə yas ona çatar.
Kiminsə böyrünə qısılıb yatan-
Olmaq istəmirəm ömür düşkünü” – deyən qələm dostum Hafiz Təmirov (Hacxalıl) “Sevgi də bir vətəndir” kitabı ilə növbəti dəfə oxucularının görüşünə gəlib. Kitabda onun həm nəsr əsərləri, həm də şeirləri yer alıb. Bu yazıların bəziləri ilə tanış idim. Çünki Hafiz mənim eradan əvvəlki dostlarımdan olduğuna görə yeni yazılarımızı bir-birimizə isti-isti göndərirdik. Mən eradan əvvəlki dostlar dedikdə BDU-da oxuyarkən qazandığım qələm dostlarımı nəzərdə tuturam. Biz eyni fakultədə oxusaq da, Hafiz hazırda polis mayordur və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində Publisistika bölməsinin rəisidir. Qəzetləri, saytları izləyəndə görürəm ki, o, həm işinin, həm də yaradıcılığının öhdəsindən çox böyük məsuliyyətlə gəlir. Bunun bir göstəricisi də 2009-cu ildə gənc yazar kimi Prezident təqaüdünə layiq görülməsidir. Hafizin əvvəlki kitablarının oxucusu olsam da, onun haqqında yazmağım üçün illər boyu səbirlə gözlədi. O, özü də bilirdi ki, ona daha çox ərkim çatdığı üçün ürəklə “sən bir az gözlə” deyə bilirdim.

Nəhayət ki, qələmdaşımın kitabı haqqında fikirlərimi bölüşürəm. Bu kitab adındakı mənanı hər sətri ilə ehtiva edir. Hər yazıda hiss edirsən ki, doğrudan da, sevgi də bir vətəndir. Bu vətən sevgisi onun bütün yazılarının nüvəsini təşkil edir. Hafiz bu sevgini ən müxtəlif formalarda təzahür etdirir. Bəzən ölkəmizin ictimai asayişinin keşiyində dayanan ibrətamiz ömür yolu sürən polislərimizdən, bəzən də Vətən üçün canından keçən şəhidlərimizdən böyük sevgi ilə söz açır. O, “Sənin də alnına şəhidlik, ağır sınaqlardan keçmək yazıldı. “Minlərlə can qurban, sinəsi hərbə meydan olan” məmləkəti, bu doğma Vətəni qorumaq üçün soyuq səngərləri övladın kimi bağrına basıb ona keşik çəkdin” sözlərini Azərbaycan Polisinə ünvanlayır.

O, 90 yaşlı polis veteranı Müseyib İlyasovun, 50 il DİN-in Mətbuat Xidmətinin fotomüxbiri işləmiş Üzeyir Muradovun, uzun illər daxili işlər orqanlarında xidmət etmiş general Rasim Musayevin, polis polkovnik-leytenantı Namiq Musayevin, Rusiyada “Komissar Kattanı” rütbəsi ilə tanınan həmyerlimiz, polis polkovniki Yaşar Mehdiyevin örnək ömür yolu ilə oxucuları yaxından tanış edir. Polis polkovniki Vasif Nəcəfovun xidmətləri ilə yanaşı “Antiterror əməliyyatlarının keçirilməsinin hüquqi, taktiki və psixoloji əsasları”ndan bəhs edən elmi iş yazdığı da vurğulanır.

Ümumiyətlə, bu “Sevgi də bir vətəndir”də Azərbaycan Polisinin keşməkeşli tarixi ilə tanış olmaq olur. Kitabda Nardaran hadisələrində həlak olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyevin günahsızcasına öldürülməsinə qarşı üsyan ruhu da hiss olunur. Eləcə də, polis serjantı Zaur Nurəliyevin xidmətdən sonra ailəsi ilə istirahət zamanı Şüvəlan çimərliyində batan iki nəfəri xilas edərkən həyatını itirməsi nümunəvi bir örnək kimi xatırlanır. Xocalının müdafiəsi zamanı sol ayağını itirən və onu ermənilərə əsir düşməsin deyə Vətən torpağına basdıran Əhliman Ağayevin şərəfli həyat tarixcəsindən bəhs edən yazısında da, ibrət dəsri almış oluruq. Daşaltı əməliyyatının iştirakçısı polis kapitanı İsmayıl Cəfərovun da ömür yoluna nəzər salmaqla oxucusunun əsas diqqətini Azərbaycan Polisinin vətənpərvərlik mücadiləsinə yönəldir. Şəhid polis Hamlet Həsənovun timsalında vətənsevərliyin bir nümunəsi göstərilir.

Bunlarla yanaşı, kitabda Hafizin ADMİU-da müəllimi olmuş Mehman Məmmədov, diplom işi yazdığı Zəlimxan Yaqub, kaman ustası Habil Əliyev haqqında yazıları da yer alır. Hafiz bir polis əməkdaşı olsa da, bəzən ixtisasından və istedadından irəli gələn ədəbi təhlil qabiliyyətini də nümayiş etdirir. Buna misal olaraq, polis mayoru Cəlaləddin Qasımovun “27 ildən sonra...” romanı haqqında əhatəli təhlil aparmasını göstərə bilərik.

Hafizin bəzi yazıları isə şair duyğularının müşahidəsinə hesablanıb. “Çörək satıb, çörək qazanan qadın” başlıqlı yazı da bu tipli yazılardandır. Dilənçilik edərək pul qazanan və çörək bişirib satmaqla pul qazanan qadınların müqayisəsində çox ibrətamiz məsləhətlər yer alıb. Eləcə də, körpə uşaqlara yardım edən “Canlı işıqfor” haqqındakı yazı da bədii təxəyyülün yox, bədii müşahidənin məhsuludur.

O, nə qədər publisistikaya meyl etsə də, canındakı bədii kökən cümlələrin ifadə tutumunda özünü göstərir. Məsələn: “Ağlamaq infarktın dərmanıdır”, “Vətənsizlik dili olub danışmamaq, odu olub alışmamaqdır” kimi cümlələrin bədii tutumu göz qabağındadır.

Vətən həsrəti, vətən məhəbbəti hər cümləsində hiss olunur. Özü də bunu etiraf edir ki, “İçi mən qarışıq, bu gün Azərbaycan adlı bir məmləkətdə yaşayanların əksəriyyətinin dərdinin şahı itirdiyimiz doğma yurd yerləri deyilmi?!” Bu ritorik sualın bir cavabı var, o da dərdlərimizin şahıdır. Doğulduğu Uzunoba (Kalinino) rayonunun İlməzli kəndindən deportasiya edilməyin acı xatirələrini uşaqlıq yaddaşından silə bilməyən Hafiz onları qələmi ilə bölüşür. “Dağ İlməzli məktəbinin müəllimləri və məzunları” yazısında da vətənsizlik göynərtisinin əskini nümayiş etdirir. Həmin fəryad şeirində də özünü göstərir: “Göz yaşımın dağıtdığı, Bənd var – İlməzli adında”. Əslində bu misranın mübaliğədən daha çox həqiqət olduğuna inam yaranır. Doğma yurdundan didərgin salınan bir insanın axıtdığı göz yaşları hər cür bəndi qırmağa qadirdir.

Yurdundan didərgin salınmışların nə çəkdiyini yaxşı bilən Hafiz “Bir köçün hekayəsi” yazısında Dilqəm və Şahbazın öz yurd-yuvalarına gedərkən ermənilər tərəfindən əsir alınmaqlarını da unutmur, onların bu fədakarlıqlarının qələbə ilə nəticələnəcəyinə ümid edir.
Hafiz hətta dünyada baş verən hər hansı hadisə ilə Azərbaycan arasında bir bağlılıq görür. Həmin hadisəni öz düşüncə süzgəcindən orijinal şəkildə keçirir. Məsələn: Fransada baş verən partlayışla bağlı fikirləri ilə bir sıra mətləblərə işıq salır. “Biz azərbaycanlılar həmişə “Firəngistana” və “firənglilərə” hörmət və sayğı ilə yanaşmışıq. Mirzə Fətəlinin “Müsyo Jordanı”nın bu gün işğal altındakı Qarabağda necə hörmət və izzət görməyini xatırlayın”. Bunun qarşılığı olaraq Fransanın erməninin dostu olduğunu açıq-aşkar nümayiş etdirməyinə qarşı barışmaz mövqedə dayanır. Ona görə ki, o, yanvar, mart, iyun, sentyabr və noyabr aylarından başqa, qalan bütün aylarda torpaqlarımızın işğal olunmasına təəssüflənir. Bu təəsssüf “Təqvimin rəngi” yazısında üsyankar bir ruhla nümayiş olunur. Özü qeyd edir ki, “Tək bircə söz sərhədsizdir mənim üçün: Azərbaycan! Ana vətən!” Qalan bütün sözləri səmimiyyətlə etiraf etməyi bacarır Hafiz. “Eh Şuşam sənə deyil, sənsizliyə əyildim”- sətirləri ilə etdiyi etiraf kimi.

Hafizin yazılarında işğalçılara qarşı üsyanın güclü olması ilə yanaşı, elə bu günlərdə qazanacağımız qalibiyyətimizə, qələbəmizə güclü bir inam var. Bu inamı dilə gətirməkdən də çəkinmir: “Ancaq mən bir həqiqətə inanıram. O həqiqət bizi Ali Baş Komandanımız cənab İlham Əliyevin “Vətən bizi çağırır” əmri ilə Qarabağa aparacaq, itirdiyimiz böyük Azərbaycanın hər yerində üçrəngli bayrağımızı dalğalandırmaq üçün səfərbər edəcək və haqqımız uğrunda əlli milyonluq bir ordu əl-ələ verəcək. Bu mütləq olacaq, Vallah, billah, Qarabağ haqqı olacaq!!!”

Gülnar Səmaскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

Tanrının özünə qarışıb başı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının