Səfa Rəşid:"Sənə baxdım yatmamısan, oyaqsan"



Analoq.az şair Səfa Rəşidin şeirlərini təqdim edir:

Məni göylər qucağında aparsa
Sənin yerin cənnət olar bilirəm.
Bu məzarda ocaq yandır mənimcun
Bir ah cəksən əlbət olar bilirəm

Yorğun duşən ayaqlarım qızdımı?
Səni gəzib axtardıgım küçələr
Bu təklikdə bitirmisdim özümü
Səninüçün agladığım gecələr

Bir "yəqin"var, məndən sənə hədiyyə
Ömür boyu sənlə qalar darıxsan
Eşiyə çıx,
bir göyə bax
mən ordan
Sənə baxdım yatmamısan, oyaqsan.

Bu sükutla barışımmı, görəsən?
Çəkilmişəm göy üzünə yox olub.
Ömur boyu səadət yox mənimçün
Sevincimin uzu qara dogulub.

******

Götürmür

O qiz çaşbaş düşüb ömür yolunda
Çiyninə arxalı tərəf götürmür
Hərdən kif bağlamiş nəm kağız kimi
Sevirəm sözundən bir hərf götürmür.

Elə aldadici qurur sözunu
Guya ki, heç kəsə qıymır özünü
Yollar ayrıcında yorur gözünü
Getməyə biryolluq tərəf götürmür.

Aģlayır bu yerin göy tavanı da
Götürüb üstünə çən havanı da
Onun oynaddığı hər havanı da
Əlimdə tutduğum bu dəf götürmür.

Bu ömür təzə-tər həvəs altında
Hər yanı bağlıdır qəfəs altında
Mən də tıxanmışam nəfəs altında
Barmaq bir tətiklik hədəf götürmür.

******

Səndən soraq gəlməsə

Sən bir şeir kimisən
Ovqatın qəm nəğməsi
Sənə sarı üzürəm
Mənsə bir yük gəmisi

Sahilim bəlli deyil
İçində vurnuxuram
Səndən gələn qasırğa
Fırtınadan qorxuram

Boylan bir səsə sarı
Məni gəz buralarda
Səndən soraq gəlməsə
Bataram göy sularda

******

Mənim təkliyimin sığortası yox

Səni də bir yolluq unutmaq olmur
illər məndən küsüb, ömürdən gedib
Sənlə bir yarımçıq ömür yaşadım
indi ayılmışam ömür tən gedib.


Mənim təkliyimin sığortası yox
Sən elə bilirsən kədərim yoxdu
Mən sənin başinin ustə əsirəm
Amma öz başımdan xəbərim yoxdu.


Sənli sabahların xatirəsi var
Viranə qəlbimin uçuğu altda
Səni oxumuşdum mən kitab-kitab
Qəlbinə yol tapdım sonuncu qatda.


Bu nağıl ömrümün xatirəsi qəm
Köhnə kitabların kif varaqları
Sən bizə qonaq gəl ay ömrüm, günüm
Bitirək evdəki ayrılıqları.

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Isotretinoin usa price quick shipping Cephalexin 500 Mg levitra overnight delivery N Antidotes To Cephalexin