Bakıda oğurluq edən şəxs yaxalandı » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Bakıda oğurluq edən şəxs yaxalandı

Bakıda oğurluq edən şəxs yaxalandı Bakıda oğurluq edən şəxs yaxalandı Daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən xristian qəbiristanlıqlardan dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tutularaq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinin həyətinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb.

E.Məmmədov ilkin izahatı zamanı qəbiristanlıqlardan oğurladığı dəmir əşyaların bir qismini metal qəbulu məntəqələrinə satdığını bildirib.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV