Bizi izləməyi unutmayın

Manşet / #Müsahibə / #Yazarlar / #Ədəbiyyat

Ruslan Nadir:"Vətənpərvərlik sadəcə vətəni sevməklə bitmir"

3-05-2017, 19:00 | 6262 dəfə baxılıb.

Yaxşı gənclik böyük qüvvə, qürur və güc mənbəyidir. Və yaxşı gənclik tutduğu bütün mövqelərdə öncə el-obasını, millətini, yurdunu, sonra isə özünü düşünər.

Bu gün yetişən gəncliyin içində alim də var, fəhlə də, çörəyini bir əlində kitab-qələm digər əlində isə mıx-mismar tutmaqla qazanan da. Ancaq əsas odur ki, nə edirsən et bu vətəni düşünərək yaşa. Bu isə hər “adamam” deyənin işi deyil.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda həmsöhbətimiz ixtisası inşaatçı, peşəsi yazmaq olan Yazar Ruslan Nadirlə olan maraqlı müsahibəmi Analoq.az oxucularına təqdim edirik.

Sizi oxuculara daha yaxından tanıdaq…

Ağayev Ruslan Nadir oğlu 11.05.1986-cı ildə, çiçəkli bir bahar sabahı Cəlilabad rayonunda dünyaya göz açmışam. Həyat dolu bir insanam desəm yalan olmaz, çünkü yaşamağı çox sevirəm. Həm də yaxşısıyla, pisiylə dünyanı və insanları olduğu kimi sevirəm. Bəzən dost seçimində yanılsam da dostcanlıyam. Biraz şair, biraz rəssam ruhluyam. O cümlədən roman, ssenari müəllifiyəm. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüyəm. Uşaqlıq arzularım məni aktyor olmağa sürükləyirdi, eyni zamanda da hərbçi olmaq arzusunda idim. Bilmirəm, bəlkə də iki fikirli olduğuma görə də nə aktyor peşəsinə tam yiyələndim nə də hərbçi ola bildim. Amma hal-hazırda yazmaqda olduğum KÖLGƏ adlı romanımı bitirmək üzrəyəm. Düşünürəm ki, bu romanın əsasında bədii film çəkilməsinə nail ola bilsəm arzularimdan birini gerçəkləşdirmiş sayılıram. İxtisasım inşaat üzrədir, çörəyimi daşdan çıxarıram.

Sizin üçün milli mənlik nə deməkdir?

Düşünürəm bu içi mən qarışıq hamımıza məlumdur ki, milli mənlik özünü dərk etmək, özünü tanımaq, soy-kökünü qorumaq, vətəninə, millətinə, xalqına sayqı duymaq, sabib çıxmaqdır. O cümlədən də, kimliyini dünyaya hayqırmaq, öz milliliyini tanıtmaq və bununla qürur duymaqdır milli mənlik. Genetik kodumuz da, coğrafi mənsubiyyətimiz də bütün dünyaya bəllidir. Milli mənliyi olmayanın isə nə vətəni, nə də şəxsi mənliyi bütün olmaz. Biz bu baxımdan şansılyıq.

Gəncləri düzgün istiqamətləndirməkçün nələr lazımdır?

Düzgün istiqamətləndirilmədə gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən vacib məsələlərdən biridir. Çünkü dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsi ilə əlaqədardır. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran vacib məsələdir. Aydındır ki, bunları dərk edən gəncdə milli mənlik şüurunun inkişafı da yüksək səviyyədə olar. Vətən sevgisi və milli mənlik şüurunun aşılanması isə beşikdən başlamalıdır. Evdə valideyinlər, məktəbdə müəllimlər bu məsələyə xüsusi və ciddi zaman ayırmalıdır. Əgər gənclik gələcəyimizdirsə, gələcəyimizi qorumaq üçün milli mənliyimizi qorumaq, inkişaf etdiriləsi məqamlara laqeyid yanaşa bilmərik. Ona görə də soyumuzu, kökümüzü unutmamalı, unutdurmamalı, tariximizi yaxşı bilməliyik. Hesab edirəm ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün ayrıca dövlət proqramı qəbul edilsə daha məqsədə uyğun olardı. Bu proqramda bütün mühüm istiqamətlər yer almalıdır. Hərbi vətənpərvərlik, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, təhsildə vətənpərvərliyin gücləndirilməsi, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, gənclərdə vətəndaşlıq hisslərinin gücləndirilməsi və s. bu kimi istiqamətlərin yer alacağı proqramın özəyini isə Qarabağın unudulmaması təşkil etməlidir. Ölkəmizdə gənclərin Qarabağı unutmaması, vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün onların Qarabağa, cəbhə xəttinə, səngərlərə mütəmadi səfərləri təşkil edilməlidir. Müharibə vəziyyətini, torpaqların yağı düşmənin tapdağı altında olduğunu əyani şəkildə öz gözləri ilə görmək, gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayacaqdır ki, bu da gəncliyə düzgün istiqamət almaqda yaxından yardımçı olacaq.

Gənc olaraq gəncləri daha yaxşı tanıya bilirsiz və onlara güvənirsiz?

Əslində hazırkı gənclik ötən Aprel döyüşlərinə qədər gözümdə çox kiçilmişdi. Düşünürdüm ki, bu günkü gənclik vətən sevgisindən məhrumdur. Yalnız, Aprel döyüşləri zamanı sadəcə səngərlərdə deyil, adicə küçələrimizdə də gəncliyin ayağa qalxmasının, hər an silaha sarilib vətənin müdafiəsinə hazır olduğunun şahidi oldum. O məqamlar qürur verici və sevindirici idi. İndi mənə elə gəlir ki, Azərbaycan gəncliyi vətən sevgisinin, vətənpərvərlik ruhunun nə olduğunu yaxşı bilir. Vətənini sevənə isə güvənmək olar.

Patriotsuz?

Demək olar ki, dünyanın yarısını gəzmişəm. Bura Almanya, İtalya, Polşa, Avstriya, Fransa, Rusiya,Türkiyə, İran və s. ölkələr daxildir, amma heç bir ölkədə Vətənim Azərbaycanın mənə bəxş etdiyi mənəvi hüzuru nə görmədim nə də duymadım. Azərbaycan dünyanın ən gözəl guşəsidir və dünyanın heç bir ölkəsi mənə vətən ola bilməz. Bir deyim də var, “gəzməyə qərib ölkə ölməyə vətən yaxşı”. Gəlin buna Yaşamağa da ölməyə də Vətən deyək. (gülümsəyir)

Qəhrəmanlar və obrazları gəncliyin düşüncə tərzini dəyişə bilir?

Məncə indiki dövrün gəncliyi tamam fərqlidir. Bir gənc olaraq ümumi yox şəxsi baxışımı, düşüncəmi sizinlə paylaşa bilərəm. Tarixi əsərləri yetərincə oxumuşam, o dövrün qəhramanları kimi olmaq üçün isə elə o dövrdə yaşamaq lazımdır. Biz də o qəhramanların nəsli, onların soyundanıq. Onlar o dövrdə öz sözünü deyib, bizlər isə XXI əsrdəyik. Dövrümüzün qəhramanları da az deyil. İndi hamı Milli Qəhraman Mübariz İbrahimovdan, Fərid Əhmədovdan, Əhməd Abdullayevdən ilhamlanır.


Orta məktəblərdə tədris olunan dərsliklər barədə nə düşünürsüz?

Qarabağ Milli dəyərlərimizin özəyidir, onsuz Azərbaycan bütöv ola bilməz. Kitab formasında hələlik tədris edilməsə belə, “Qarabağ tarixi” fənninin öyrənilməsi lazımdır. Qarabağ bizim yaramızdır. Milli dəyərlərimizi qorumaq üçün, yaramızın dərinliyini uşaqlarımıza aşılamaq əlbət gərəklidir. Torpaqlarımızın işğal altında olduğunu nəzərə aldıqda, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə də ən azı “Qarabağ tarixi” qədər çox önəm verilməlidir. Çünkü hər bir Azərbaycan gənci, istər qadın istərsə də kişi, silahdan istifadə qaydalarını və hərb zamanı hansı qaydalara riayət olunacağını yaxşı bilməlidir. Nəzərə alınmalıdır ki, qizlar hərbi xidmətə çağırılmır ona görə də məktəblərdə hərbi hazirliqlara ciddi yanaşılmalıdır.

Mövqeyimiz aydındır?

Təəssüflər olsun ki, bu suala yüksək rəy bildirə bilməyəcəm. Çünkü, bu rəqəmin 100/40 faiz olduğunu düşünürəm. Bu gün gənclərin əksəriyyəti ölkədə aparılan islahatlara dəstək verir və əlbəttə ki, gənclik gələcəyimizdir deyə düşünürük hər zaman. Həmçinin, etiraf edim ki, gənclik öz sözünü deyə bilir. Bütün bunlar isə, tamamilə aydın mövqeli olmağımız demək deyil. Unutmayaq ki, yaşlı nəsil təcrübə deməkdir. Odur ki məsləhətli don gen olar deyib, böyüklərimizin vövqeyinə diqqətli yanaşaq.

Bax bütün bu danışdıqlarımızın təbliğatı üçün KİV-də nələr çatmır?

Ölkəmizdə hər KİV Azərbaycan Tarixinin ən yaxın faciəsi olan Qarabağı, Xocalı qətliyamının təbliği ilə xüsusi məşğul olmağa borcludur və bu işlə yalnızca KİV deyil Dövlət qurumları da ayrıca məşğul olmalıdır. Azərbaycana bütün xarici ölkələrdən turistlərin axın etdiyi də göz qabağındadır. Bunun üçün də insanların sıx olduğu yerlərdə xüsusi program çərçivəsində Qarabağ faciəsi göz önünə saxlanmalı və hər bir Azərbaycanlı ilə bərabər xarici qonaqlar da bu haqda məlumatlı olmalıdır.

Hərbi vətənpərvərlik təbliğatı üçün necə?

Hər bir vətəndaş erməni daşnaqlarının törətdiyi faciələri bilməli, tarixin qanlı yaddaşına qazınan erməni vəhşiliyindən agah olmalı və agah etməlidir. Uşaqlar üçün məktəblərdə ayrıca, tez-tez milli ruhun zəngin olduğu əsərlər səhnələşdirilməli və uşaqlar teatrlara tamaşalara aparılmalıdır. Bununla bərabər hər bir valideyin də övladına milli qürur ,milli dəyər və vətən sevgisini aşılamağa borcludur. Çünki vətənpərvərlik sadəcə vətəni sevməklə bitmir. Vətənpərvərlik – vətənin dar günündə vətən üçün ölmək, öldürmək gərəkdirir.Vətən üçün, xalq üçün, milli dəyərləri qorumaq onları gələcək nəsillərə ötürmək üçün əzm gərəkdirir.Ramilə QARDAŞXANQIZI

herbiand.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar / #Ədəbiyyat

Ruslan Nadir:Günah

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar / #Ədəbiyyat

Ruslan Nadir:"Kişilər ağlamaz"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar / #Ədəbiyyat

Ruslan Nadir: "Səndən Başqasını, Sevə Bilmirəm"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının