• 22:48 – Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 
  • 15:42 – Bəxtiyar Əsgərov: “Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” 
  • 17:35 – Bakıda “QAZAXISTAN TƏHSİL SƏRGİSİ keçiriləcək 
  • 19:58 – "Ümidlə gəl"in növbəti buraxılışı 
  • 21:16 – Daimi nümayəndəlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və Heydər Əliyevin 95 illik yubileyləri qeyd edilib 
  • 20:45 – "Ümudlə gəl" ümidləri doğruldur 
  • 15:54 – Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək 
  • 12:40 – Daimi nümayəndəliyin rəhbəri İsrail səfirini təbrik edib 

İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Taravneh bu gün Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.

İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Taravneh bu gün Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanla İordaniya arasında əlaqələr yüksək səviyyədə inkişaf edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Taravneh deyib: “Əlaqələr əsasən İordaniya Kralı ilə Prezident İlham Əliyev arasında dostluq münasibətləri və iki xalq arasındakı münasibətlərə söykənir. Ümid edirəm ki, mənim səfərim bu əlaqələrin daha da inkişaf etməsi üçün öz töhfəsini verəcək”.

Bu gün bir sıra rəsmi şəxslər, o cümlədən baş nazir və xarici işlər naziri ilə görüşəcəyini deyən Atef Taravneh görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı və müştərək problemləri müzakirə edəcəklərini bildirib: “Biz bilirik ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal altındadır. Bu problemin aradan qaldırılması üçün İordaniya beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”.

Ötən gün Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüşdüyünü deyən palata sədri Milli Məclis sədrini İordaniyaya dəvət etdiyini bildirib: “Əminəm ki, onun səfəri yaxında baş tutacaq və bu, əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

Bakıda İslam Həmrəyliyi oyunlarının keçirilməsini müsbət qiymətləndirən parlament sədri bu oyunların Azərbaycanda yüksək tolerantlıq göstəricisi olduğunu vurğulayıb: “Şadıq ki, ölkəmiz də bu oyunlarda iştirak edir”.

İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Taravneh bu gün Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV